Esmira xanım Quliyeva: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu
Təhsil
Oxunub: 153
24 ноя 2022 | 12:47
200 №- li tam orta məktəbinin direktoru Esmira xanım Quliyeva - Bu gün çox əlamətdar bir günü-Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyini qeyd edirik.

Bu yubiley münasibətilə öz adımdan və YAP Qubadlı rayon təşkilatı üzvləri adından və rayon ictimaiyyəti adından bütün partiya üzvülərimizin timsalında başda Cənab Sədr İlham Əliyev olmaqla çoxminlik (800 min) partiya üzvlərimizi səmimi qəlbdən təbrik edirəm, müstəqil Azərbaycanın bütovlüyü- inkişafı naminə apardıqları çətin və şərəfli siyasi fəaliyyətlərində uğurlar diləyirəm.

Bu əziz gündə fürsətdən istifadə edərək, 30 ilə qədər işğal altında olan Azərbaycan torpaqlarını 44 günlük Vətən müharibəsində azad etdiyinə, Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli səhifələrindən birini ,,Zəfər” səlnaməsini yaratdığına görə Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri və Müzəffər Ali Baş Komandan, dövrümüzün fatehi, Cənab İlham Əliyevə Yeni Azərbaycan Partiyasının çoxminlik üzvlərinin minnətdarlıq hisslərini bir daha catdırırıq. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və və müharibə veteranlarımıza can sağlığı, müzəffər ordumuza güc qüvvət arzulayırıq!

Esmira xanım Quliyeva: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu


Olduqca qürurverici haldır ki, partiyamızın yubileyini qaləbələrlə, zəfərlərlə dolu zəngin bir tarixi reallıqlar müstəvisində qeyd edirik. Noyabr ayı xalqımız ücün uğurlu ay kimi, bayramlar ayı kimi yaddaşlarda əbədi həkk olunacaqdır!

Bu məqamda tarixə qısa bir ekskursiya etməyi özümə borc bilirəm.Bəli, düz 30 il bundan öncə, yenicə müstəqillik əldə etmiş respublikamızda olduqca əlamətdar hadisə baş verdi. Noyabrın 21-də Ümummilli lider, ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda xalqın təkidli tələbılə respubilkanın müxtəlif bölgələrindən olan 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, doğrudan da tarixi hadisə idi. Bu o zamanlar idi ki, ölkəmiz daxili və xarici güclərin çox böyük təhdidlərinə məruz qalmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üzləşmişdi. Müharibə şəraiti, ölkədə baş alıb gedən xaos, anarxiya, cəbhədə hərbi uğursuzluqlar Azərbaycan xalqının iradəsini demək olar ki, tamamilə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. O zamanki iqtidarın yarıtmaz siyasəti,şəriştəsiz idarəçiliyi, ölkəni daha da acınacaqlı bir vəziyyətə gətirib çıxarmışdı. Məhz belə ağır və acınacaqlı bir zamanda dövlətinə və xalqına sadiq olan insanlar, xüsusilə ziyalılar , məşur 91- lər , ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təkidlə tələb etdilər. Yarandığı gündən etibarən qısa bir zaman kəsiyində Yeni Azərbaycan Partiyası dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq partiyasına çevrildi və bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu tarixi yol keçmişdir.

Xalqın tələbi və böyük istəyi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və ölkəmiz inkişaf yoluna qədəm qoydu. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. İlk öncə ölkədə böyük infrastruktur layihələr reallaşdırıldı, xarici investorlar dəvət edildi və nəticə etibarilə iqtisadi sahədə böyük uğurlar əldə edildi. Qısa bir zaman kəsiyində Azərbaycan dünya miqyasında böyük siyasi-iqtisadi nüfuza malik olan ölkəyə çevrildi. Ölkəmiz başda BMT olmaqla əksər beynəlxalq qurumlarda təmsil olundu və bu gün Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynayan, dünya çapında inkişaf etmiş ölkələr arasında xüsusi yeri olan qüdrətli, müzəffər bir dövlətə cevrilmişdir

Ümumiyyətlə, tarixi reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyəti ilə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə hakimiyyəti dövründə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı, eləcə də Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət və ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar, məhz ulu öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.
Ümummilli lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras qoyub getdi.




Bu gün Ümummilli liderin ideyalarını uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası, məhz ulu öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. İki il öncə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı.

2003-cü ildən başlayaraq müstəqil Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlara imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nailiyyətlər əldə etmişdir. Cənab Prezident İlham Əliyevin elə birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində bütün parametrlər üzrə Azərbaycan keçid dövrünü uğurla başa vurmuşdur. Bu, Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, məhz bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün olmuşdur. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektor tərəfindən istehsal edilirdisə, indi bu rəqəm 80 faizi ötmüşdür.

Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı gəlirli ölkələr” sırasına yüksəlmişdir. 2004-cü ildə Respublikamızda adambaşına düşən ÜDM müstəqil ölkənin iqtisadi tarixində ilk dəfə olaraq 1000 dollarlıq həddi keçmişdir. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 dollar olduğu halda, hazırda bu rəqəm 4214,3 dollara yüksəlmişdir. Göründüyü kimi, Cənab Prezident İlham Əliyevin iqtidarı dönəmində ölkədə adambaşına düşən ÜDM təxminən 5 dəfəyə qədər artmışdır ki, bu da ölkədə artan iqtisadi rifahı göstərən mühüm göstəricidir.

Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ zəfəri, Azərbaycanın iqtisadi inkişafı, ölkə başçısının dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan 2020-ci il tarixində qısa bir zaman ərzində böyük bir qələbəyə imza ataraq öz gücünü bütün dünyaya sübut etmişdir. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etmiş, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bütövlükdə Cənubi Qafqazın, xüsusən də Azərbaycanın dünyadakı “münaqişəli” bölgə imicinin tədricən aradan qalxması regionun iqtisadi cəlbediciliyini ciddi şəkildə artırmış oldu.

44 günlükVətən müharibəsi zamanı hər daim Azərbaycanının yanında olan qardaş Türkiyə dövləti ilə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Dərinləşən bu əməkdaşlıq Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə öz təsdiqini tapmışdır. Beləliklə Naxçıvanı bir-birinə bağlayan Zəngəzur dəhlizinin qurulması ilə Türkiyənin Azərbaycanla quru yolu ilə əlaqəsi reallığa çevriləcək.

Hazırda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyəti “Böyük qayıdış” üçün çox böyük hazırlıq işləri görür. Cənab Prezidentin son vaxtlar bu sahədə qəbul etdiyi qərarlar onun həmişə olduğu kimi, bu dəfə də sistemli və koordinasiyalı yanaşmaya üstünlük verdiyini göstərir. İlk növbədə Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. İlkin infrastrukturun qurulması istiqamətində atılan önəmli addımlara 45 kilometrlik Bərdə-Ağdam dəmir yolu xəttinin, Füzuli-Şuşa Avtomobil yolunun və Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının tikintisini və s. göstərmək olar. “Böyük qayıdış”a hazırlıq prosesi çərçivəsində atılan növbəti mühüm addım bu ərazilərdə yeni idarəetmə institutunun - Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılmasıdır.

Eyni zamanda Cənab Prezident tərəfindən digər sahələrdə olduğu kimi dövlət və hökümət sturukturlarında yeni islahatlar aparılmışdır.

Yeni dövrün yeni reallıqlarına uyğun olaraq Cənab Prezident İlham Əliyev tərəfindən ölkənin siyasi sistemindədə islahatlar aparılması çərcivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayını cağırılaraq partiyanın fəaliyyətində bir cıra islahatlar aparmışdır.

Yeni idarə heyyəti yaradıldı, Veteranlar şurası yaradıldı , Partiyanın daha çevik fəaliyyətini təmin etməsi ücün Mərkəzi Aparat yaradılaraq, onun yeni şöbələrini təkmilləşdirilməsi həyata keçirildi. Mərkəzi Aparata yeni rəhbər-Cənab Tahir Budaqov təyin olundu.

Bu gun hər bir rayon təşkilatına yeni sədr İdarə Heyətinin qərarı ilə Aparatın rəhbərinin əmri ilə təyin edilibdir. Sədr yalnız bir yerdə çalışmalıdır. Hər bir rayon və şəhərlərdə işlək və yüksək əməkhaqqı ilə təmin edilmiş, maddi- texniki təminatı ilə təchiz edilmiş, partiya aparatı fəaliyyət göstərir. İlk dəfə olaraq YAP rayon təşkilatları avtomobillərlə təmin edilmişdir.

Demək olar ki YAP da bu gün özünün Azərbaycan cəmiyyətində inkişaf dövrünü- intibah dövrünü yaşayır və təşkilatlanır.

Sözsüz ki burada da Cənab Sədr İlham Əliyevin diqqət qayğısı və Mərkəzi Aparatın rəhbəri Cənab Tahir Budaqovun, Mərkəzi Aparatın gərgin əməyinin, işin düzgün təşkilinin və tələbkarlıgının nəticəsindədir.

YAP Qubadlı rayon təşkilatı olaraq bizlər də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ötən dövr ərzində bütün imkanlarımızı səfərbər etmişik. Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP-ın sonuncu qurultayından sonra indiyə kimi müxtəlif istiqamətlər üzrə 173 müxtəlif səpgidə tədbir keçirmişik. Postmüharibə dövründə YAP Qubadlı Rayon Təşkilatı 35-dən çox şəhid ailəsi ilə fərdi görüş keçirmiş, eyni zamanda Qybadlı rayon icra hakimiyyəti ilə birlikdə şəhidlərimizin anım və doğum günlərində iştirak etmiş və bununla əlaqədar tədbirlər təşkil etmişdir. Həmçinin YAP Qubadlı rayon təşkilatı 87 ərazi ilk partiya təşkilatında hesabat seçki yığıncağı keçirmişdir. Təşkilatımız 87 ərazi partiya təşkilatlarında 3867 nəfər partiya üzvlərini özündə birləşdirir. Təkcə bu il əksəriyyəti gənclərdən ibarət 138 nəfər partiyamızın sıralarına qəbul edilib. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı Qubadlı rayon təşkilatı respubilka üzrə keçirilən 30 illik yubleyimizlə baglı futbol turnirində 2 nəfərlə, Zəngəzur komandasını təmsil etmiş, şahmat turnirində 2 nəfər , güləş idman turnirində komanda şəklində iştirak etmişlər.

Nə? Harda? Nə zaman? inteketual bilik yarışmasında isə komanda şəklində iştirak etmişdir.

Rayon üzrə o cümlədən Gənclər və İdman idarəsi ilə birgə, futbol və şahmat turnirləri keçirilmişdir.

Qubadlı rayon Təşkilatının ərazi ilk partiya təşkilatlarında 30 illik yubleylə baglı yığıncaqlar təşkil edilmişdir. Partiyanın fəal üzvlərinə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etdikləri üçün Təşəkkürnamə verilimişdir. Növbəti bu qəbildən olan tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirmişdir. Ağacəkmə aksiyası Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü st. Sumqayıtda məcburi köçkünlər üçün tikilmiş şəhərçik ərazisində salınan parkda reallaşdırılmışdır.

Eyni zamanda Rayon icra hakimiyyətinin başçısı, YAP Qubadlı rayon təşkilatı idarə heyətinin üzvü Cənab Malik İsaqovun rəhbərliyi ilə rayonumuzda bir çox uğurlars imza atılmışdır.

Təhsil sahəsində ugurlar qazanaraq ötən tədris ilində Qubadlı rayonu ali məktəblərə qəbul imtahanları nəticələri üzrə respubilkada birinci yeri tutmuşdur. Bu da rayon rəhbərliyinin zamanında təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Belə ki rayonda fəaliyyət göstərən 32 məktəbin 22-i yenidən təmir-bərpa ediımiş və yaxud da yenisi tikilmişdir. Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonu səhiyyə müəssisəsi yenidən təmir-bərpa olunaraq müasir avadanlıqlarla təchiz olunmuşdur. Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət Evi tam əsaslı şəkildə təmir-bərpa edilərək yenidən istifadəyə verilmişdir. Məhz bu gün bu əziz gündə tədbirimiz sözü gedən binada keçirilir.

Rayon icra hakimiyyətinin təhsil şöbəsinin, maliyyə şöbəsinin və başqa idarələrinin binaları əsaslı şəkildə təmir-bərpa edilmişdir.

Demək olarki köçkünlük həyatını yaşayan qubadlılar ücün Sumqayıt şəhərində Qubadlı şəhərciyi salınmışdır. Həmçinin rayon icra-hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq qayğı göstərilir və onların problemləri və istəkləri ilə yaxındam və yüksək həssaslıqla maraqlanılır.

Qubadlıya ilk qayyıdışın başlanğıcı olaraq rayon ərazisində hüquq mühafizə orqanları, Aqrar inkişaf Mərkəzi, Azərsun, Azər işiq, və Yol tikinti, digər xidmətsahələri gərgin fəaliyyət göstərirlər, İlk dəfə olaraq Qubadlı alıcıları bal məhsulunu istehsal etdilər

Digər idarə və müəssisələr də öz işlərini günün tələbləri səviyyəsində quraraq Cənab Prezidentin tapşırıqlarından irəli gələn vəzifələri öz səlahiyyətləri çərçivəsində icra edirlər. Bütün bu qeyd edilənlər YAP Qubadlı rayon təşkilatının fəal üzvlərinin Cənab Prezidentimizin qarşımıza qoyduğu qoyduğu vəzifələrin icrasına verdiyi tövhələrdir. Tam əminliklə demək istəyirəm ki, bundan sonra da, biz qubadlılar Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla xalqımızın etimadını doğrultmaq üçün var gücümüzlə fəaliyyətimizi uğurla davam etdirəcəyik.

Bu məqamda xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, Cənab Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun sədri və Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva öz növbəsində ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə tövhələr verir. O, doğma vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etməkdədir.

Eyni zamanda müsəlman qadınının stereotiplərin qıraraq özünün ağıllı, savadlı, müasir dünyagörüşlü, eleqant, yüksək siyasi baxışlara malik, hər birimizin qürur mənbəyinə cevrilmiş əsl güclü siyasətci-qadın obrazını dünyaya təqdim etmişdir.

Bir daha əminliklə demək istəyirəm ki, ümummilli lider, ulu öndər Heydər Əliyevin ideya və arzuları yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyənində əbədiyyətə qədər yaşayacaq, qoyub getdiyi böyük əməlləri hər daim bizlərə örnək olacaqdır. Daima inkişaf edən, yeni tarixi qalibiyyətlərlə zəngin ana vətənimiz Azərbaycan Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyanın Sədri, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək!
Сегодня, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
Сегодня, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Сегодня, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
Сегодня, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
Сегодня, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
Сегодня, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Сегодня, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
Сегодня, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
Сегодня, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
Сегодня, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
Сегодня, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Сегодня, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
Сегодня, 10:39
Lənkəranda “Range Rover” yandı
Сегодня, 09:46
TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”
Сегодня, 09:24
Bürclərin ən səxavətli kişiləri: Siz hansı yerdəsiniz?
Сегодня, 08:49
Bakının əsas yollarında TIXAC var
Вчера, 16:45
Türkiyəyə gələcək əcnəbi VAR hakimlərinin maaşı diqqət çəkdi
Вчера, 16:19
Üçüncü dünya müharibəsi: Azərbaycan üçün əsas milli maraqların qorunmasıdır - ŞƏRH
Вчера, 15:33
Tiktoker Adəmin atası həbs olunub
Вчера, 15:07
Gürcüstan parlamentində deputatlar arasında dava olub
Вчера, 14:27
Ali təhsil müəssisələrinə qəbul imtahanının növbəti mərhələsi üçün qeydiyyat elan edilib
Вчера, 13:48
Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilir
Вчера, 13:28
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Вчера, 13:00
Azərbaycanda dəhşətli statistika: Evlənənlərin yarısı qədər BOŞANMA
Вчера, 12:30
Tokayev Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ
Вчера, 11:51
"Qaçqınkom"un mətbuat departamenti ləğv edildi
Вчера, 11:23
Paşinyan Tokayevlə görüşdü