Impera

XƏBƏR LENTİ
21:08Əli Əsədov Türkiyə parlamentinin sədri ilə görüşdü - FOTO20:26BMT baş katibi Gəncəyə edilən hücumu pisləyib20:24BMT baş katibi Gəncəyə edilən hücumu pisləyib19:54İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb (VİDEO)18:23Acun Ilıcalı: "Apardıqları ədalətli mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq" - FOTO16:18"Ermənistanın bu vandalizminə "dur" deyilməlidir"15:17Ad gününü keçirə bilməyən Nigar 10-cu sinif şagirdi idi15:15Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatdı: Üç nəfər vəfat etdi14:54Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb14:10Rusiyalı ekspert: Ermənistanı terror təşkilatı idarə edir13:54Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu - FOTO13:34Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"13:25Düşmənin alay komandiri, polkovnik məhv edilib12:40Daha 29 erməni hərbçi MƏHV EDİLDİ10:53Düşmən ciddi itki verdi10:48Məktəblilərin tətili ilə bağlı daha bir QƏRAR10:46Azərbaycanda bəzi yerlərdə avtobuslar İŞLƏMƏYƏCƏK - RƏSMİ22:07Sumqayıtda silahlı insident: səhvən 1 nəfər güllələndi21:29"Paşinyan qorxur ki, onu güllələyəcəklər" - Rusiyalı politoloq21:20Baş Prokurorluq: Həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb21:11Azərbaycan və İran XİN başçıları telefonla danışdı14:10İnfeksionist ofisdə ən təhlükəli əşyanın adının açıqladı13:32Azərbaycanın xəbər saytlarına kibertəhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə olunub11:36X-XI siniflərin əyani şəkildə tədrisə cəlb olunacağı tarix məlum oldu10:41Müstəqil Azərbaycan Xalq Mübariz Cümhuriyyətinin Bəyanatı20:07İşğaldan azad olunan Hadrut qəsəbəsi - VİDEO20:03Azərbaycan – Kipr matçında heyətlər açıqlandı11:50World Telecom vətəndaşı necə aldadır!?10:56Hacıqabulda qəzada motosiklet sürücüsü ağır xəsarət aldı22:51Tovuzda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var22:46Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - RƏSMİ22:27İranın qərbində terrorçular zərərsizləşdirildi21:00Bakcell Əli Həsənovun toruna necə düşübmüş – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?20:39Kamil Zeynallı həbs edildi, Nadir Qafarzadə prokurorluğa çağırıldı20:30TƏBİB-dən ÜZÜCÜ XƏBƏR: "Epidemik vəziyyət gərginləşir"14:56"Gəncəyə raket atılması erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür" - İlham Əliyev13:47Rusiyanın FHN təyyarələri Ermənistana - Silah Daşıyır13:41Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb13:29Azərbaycandakı xarici diplomatlar Gəncədədir13:24Qarabağ separatçılarının liderinin daha bir dostu məhv edildi - FOTO21:56İlham Əliyev: Azərbaycanda təkcə türk silahları yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var20:34Təhsil sistemimiz düzəlmir ki, düzəlmir... - İDDİA19:15Birinci vitse-prezident Mehriban Əliyeva: Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir - FOTO16:19Ayətullah Nuri Həmədani: Qarabağ İslam dünyasının bir parçasıdır və işğaldan azad edilməlidir22:04Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - Düşmənin artilleriya bölməsi məhv edilib - VİDEOLAR21:31Ermənilərin muzdlu təbliğatçısı Azərbaycan ordusunun Hadruta girdiyini təsdiqləməyə məcbur oldu20:43Hikmət Hacıyev: “Qardaş Türkiyə artıq masadadır, Minsk Qrupunun üzvüdür”20:37Düşmən Hadruta hücum etdi, dəhşətli itki verib geri oturduruldu – Müdafiə Nazirliyi20:17Azərsu ASC-nin keçirdiyi 1,6 milyon manatlıq tenderi "İZOLBETON" MMC udub22:43Bakıda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib22:17Rabitə və telekommunikasiya sahəsində islahat nədən başlamalıdır?22:08“Göyçə və Zəngəzura muxtariyyət tələb etmək tamamilə real səslənir” - AÇIQLAMA19:19Hadrutun alınması bizə bu üstünlükləri verir – Polkovnik13:55“Onlar dərk etmirlər ki, daha genişmiqyaslı azadlıq əməliyyatlarını ordumuz üçüncü mərhələdə keçirəcək...” - AÇIQLAMA12:36Fikrət Məmmədov onu Baş idarəyə rəis TƏYİN ETDİ - ƏMR11:00“Qarabağda ilk konserti özüm verəcəm”22:09Bu yeni parka şəhid general Polad Həşimovun adı veriləcək16:37Xəlil Rza Ulutürkün nəvəsi də şəhid oldu - FOTO16:05Diqqət: növbəti düşmən təxribatı!15:33Yunanıstana məxsus təyyarə İraqdan Ermənistana yola düşdü: Terrorçu daşıyır? - FOTO15:25Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb00:26Bakıya bunun üçün gəlmişəm – Çavuşoğlu00:22Yevlaxın sabiq icra başçısının həbs müddəti üç ay uzadıldı11:04Nazir müəllimləri təbrik etdi21:32“İlham Əliyevin ortaya qoyduğu mövqeyi dəstəkləyirik”20:40Düşmən Ağcabədini atəşə tutdu: 1 nəfər həlak oldu17:09Azərbaycan Ordusu Cəbrayılı azad etdi11:45Hikmət Hacıyevin təcili bəyanatı: “Ermənistan ərazisindən Gəncəyə raketlər atılıb”00:48Almaniyada Qarabağ aksiyası00:19Belarusa qarşı sanksiyalar elan edildi. Lukaşenka siyahıda yoxdur00:04İş adamı Anar Əlizadə Orduya iki milyon manatla gəldi23:43Bakı meriyasının əməkdaşları da maaşlarını Orduya Yardım Fonduna köçürdülər22:47Hikmət Həsənov: “Hədəfimiz tək Madagiz deyil…”22:24İlham Əliyev 3 ölkə prezidentinə məktub ünvanladı20:04Ali Baş komandan Twitter-dən elan etdi: “Ordumuz Madagizə Azərbaycan bayrağını sancdı!!!”19:28Paşinyan kamera qarşısına keçdi, çığırdı, bağırdı və dedi12:24Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib - Diqqət!12:19Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər - FOTO12:12Qondarma rejimin “rəhbəri” xüsusi təyinatlı hərbçilərə yalvardı: - “Millət kimi qalacağımız sizdən asılıdır”12:06"Bu, danışıqların sonu deməkdir" - Prezident İlham Əliyev01:28Çavuşoğlu: "Heç kim Azərbaycana dəstəyimizi ləkələməsin"01:18Düşmənin məhv edilən döyüş texnikası00:43Minsk qrupunun həmsədrləri yenidən bəyanat yaydılar13:24“Polis kimdir və nəçidir?23:48Çovdarovla əlaqəli olan iş adamının qaranlıq keçmişi-VIDEO13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2020 (84)
İyun 2020 (2)
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rabitə və telekommunikasiya sahəsində islahat nədən başlamalıdır?

09 okt 2020, 22:17   
    36

Ekspertlər sektorda dövlətsizləşmənin zəruri olduğu qənaətindədirlər

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sektorun dünya iqtisadiyyatında payının getdikcə artmasına səbəb olur. "Gartner” şirkətinin hesablamalarına görə, 2019-cu ildə dünya İKT bazarının həcmi əvvəlki illə müqayisədə 0,5 faiz artaraq 3,74 trilyon dollar təşkil edib. İKT-nin inkişafı ilə əlaqədar dünya ölkələrinin iqtisadiyyatında rabitə və informasiya sektorunun payı da artır. Belə ki, hazırda inkişaf etmiş ölkələrdə bu sektorun iqtisadiyyatdakı payı 7-12 faiz arasında dəyişir. Azərbaycanda isə mobil rabitə istisna olmaqla, dövlətin əlində olan rabitə və informasiya sektorunun iqtisadiyyatda payı çox cüzi rəqəmlərlə ifadə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkə üzrə istehsal olunan Ümumi Daxili Məhsulun cəmi 1,8 faizi informasiya və rabitə sektorunun payına düşüb. Müqayisə üçün qeyd edək ki, bizim kimi resurs ölkəsi olan Rusiyada bu göstərici 3.5 faiz təşkil edir.

Azərbaycanda rabitə və informasiya sektorunun mühüm hissəsi dövlətin mülkiyyətindədir. Mütəxəssislər hesab edirlər ki, bu sektorda fəaliyyət göstərən dövlət müəssisələrinin idarəçiliyində ciddi problemlər mövcuddur.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, sektorun iqtisadiyyatda payı az olsa da, son 10 ildə böyümə tempi ən yüksək olan 2 iqtisadi fəaliyyət sahəsindən biri olub:

"Statistika Komitəsinin 2010-cu ilin müqayisəli qiymətləri ilə apardığı hesablamaya görə, 2010-2017-ci illərdə ümumilikdə Azərbaycan iqtisadiyyatı üzrə real böyümə 9 faiz olub. Lakin bu göstərici ticarət üzrə 41, kənd təsərrüfatı üzrə 24, emal sənayesi üzrə 20, tikintidə 19 faiz təşkil etdiyi halda, rabitə və informasiya sektoru real olaraq 2 dəfə artıb. Son illər "rabitə və informasiya” sektoru üzrə xidmətlərin ümumi dəyərinin təxminən 75 faizi rabitə, 25 faizi isə informasiya xidmətləri hesabına formalaşır. Lakin informasiya xidmətlərinin dəyəri rabitə xidmətlərinə nisbətən daha üstün sürətlə artır: 2010-2018-ci illərdə informasiya xidmətlərinin dəyəri 92 milyon manatdan 455 milyon manata çatıb (artım 5 dəfə). Rabitə xidmətlərinin dəyəri isə 1 milyard 88 milyon manatdan 1 milyard 442 milyon manata (artım 32.3 faiz) yüksəlib”.

R.Ağayevin sözlərinə görə, telekommunikasiya sektorundakı aparıcı dövlət müəssisələrində menecment strukturunun formal hüquqi tələblər baxımından korporativ idarəetmə modelinə nə dərəcədə uyğun gəldiyini rəsmi sənədlər əsasında dəyərləndirmək mümkünsüzdür:

"Əvvəla, bu şirkətlərin heç birinin idarəetmə strukturuna dair informasiyalar, onların fəaliyyətini tənzimləyən əsas sənəd (Nizamnamə) ictimaiyyət üçün əlçatan deyil. Qurumların internet saytlarında idarəetmə strukturu və onların fəaliyyətini tənzimləyən əsas hüquqi sənədlərlə bağlı heç bir məlumat yerləşdirilməyib. Dövlət telekommunikasiya müəssisələrinin hesabatlılıq və məlumat açıqlığı təcrübəsi də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korporativ idarəetmə standartlarına cavab vermir. Telekommunikasiya sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərinin hesabatları nəinki korporativ idarəetmə ilə bağlı beynəlxalq standartların, eləcə də milli qanunvericiliyin tələbləri ödənmir. Bu şirkətlərin heç birinin nizamnamə məqsədlərinə uyğun fəaliyyətlərinə və onların nəticələrinə dair ümumi hesabat ümumiyyətlə açıqlanmır Bu cür hesabatlarda göstərilən xidmətlər, onların strukturu, həcmi, dinamikası, coğrafi bölgüsü barədə informasiyaların olması çox mühümdür”.

R.Ağayev qeyd edir ki, "Aztelekom” MMC və "Bakı Telefon Rabitəsi” MMC-nin maliyyə hesabatları son dərəcə məhdud informasiya təqdim edir: hər ikisinin hesabatı eyni struktura və məlumat tutumuna malikdir:

"Yalnız müəssisələrin ümumi gəlir və xərcləri, onların məhdud səviyyədə strukturu barədə məlumat açıqlayır. "Azİntelekom” MMC-nin maliyyə hesabatı bu 2 şirkətlə müqayisədə daha əhatəlidir”.

Hesabatlardan telekommunikasiya sektorunda fəaliyyət göstərən 3 aparıcı dövlət şirkətindən heç birinin dövlət büdcəsindən birbaşa vəsait almadığı görünür:

"Lakin tabeçiliklərində olduqları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsilə mərkəzləşdirilmiş qaydada, müxtəlif investisiya layihələrinin dəstəklənməsi üçün sərmayələrin yönəldilib-yönəldilmədiyi barədə hər hansı açıq mənbədə məlumat yoxdur. Şirkətlərin dövlət büdcəsi qarşısında öhdəlikləri, tədiyə növləri üzrə öhdəliklərin strukturu barədə də hesabatlarda hər hansı məlumat açıqlanmır. Eyni zamanda şirkətlərin öz gəlir mənbələri və borclanma hesabına həyata keçirdikləri investisiya layihələri barədə də məlumatlar ictimaiyyət üçün qapalıdır. Dövlət müəssisələrinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması yalnız şəffaflıq baxımından önəmli deyil. Bu cür hesabatlar həmçinin adıçəkilən subyektlərin fəaliyyətinin səmərəliliyini də ölçmək baxımından zəruri məlumat bazası formalaşdırır. Qeyd edim ki, artıq ötən ildən etibarən fəaliyyətin səmərəliliyinin ölçülməsi dövlət təsərrüfat subyektləri üçün hüquqi öhdəliyə çevrilib. Bu, Nazirlər Kabinetinin 57 saylı (04.06.2019) qərarı ilə təsdiqlənən "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nda əksini tapıb”.

Ekspert bildirir ki, son 30 ildə dünyada telekommunikasiya və rabitə xidmətlərinin dövlətsizləşdirilməsi təcrübəsi geniş yayılıb:

"Uzunmüddətli araşdırmalar və empirik analizlər rəqabətsiz mühitdə fəaliyyət göstərən dövlət rabitə xidmətlərinin xərclərinin yüksək, xidmətlərin məhsuldarlığının və keyfiyyətinin aşağı olduğunu üzə çıxarıb. Əsas səbəb dövlətin inhisarçı şirkətlərinin rəqabətə ehtiyac duymaması və texnoloji dəyişikliklərə çevik reaksiya verməməsidir. Müxtəlif ölkələrdə rabitə sektorunda başlayan liberallaşdırma dalğasının məqsədi bu sektorda rəqabəti və nəticədə istehlakçıların rabitə xidmətlərinə əlçatanlığının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub. Rəqabət formalaşdırılmadan alternativ operatorlar bazara maneəsiz daxil ola bilmir, hansısa operator(lar) bazarda hökmran mövqe tutur, rəqiblərə münasibətdə məhdudlaşdırıcı davranışlar nümayiş etdirir. Bu zaman əsas addımlardan biri rabitə sektorunda siyasət hazırlayan ali dövlət qurumundan (məsələn, Rabitə Nazirliyindən) asılı olmayan, avtonom bir tənzimləyici orqanın formalaşdırılması çox önəmlidir. Bu orqan müəyyən edilən siyasət çərçivələri daxilində bazar oyunçularının fəaliyyətini izləyir, rəqabət mühitini pisləşdirən istənilən operatora qarşı hüquqi alətlər əsasında qərarlar qəbul edir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, ölkə prezidenti tərəfindən 2016-cı ildə təsdiqlənmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sektorda idarəetmə strukturlarının təkmilləşdirilməsi məqsədilə müstəqil tənzimləmə orqanının yaradılması nəzərdə tutulsa da, bu istiqamətdə real addımlar atılmayıb.

Eyni zamanda dövlətə məxsus telekommunikasiya şirkətlərinin özəlləşdirilməsi üçün konkret addımlar və qrafik müəyyən olunsa da, bu istiqamətdə də hər hansı dəyişiklik yoxdur. Əvəzində NRYTN öz imkanlarından özəl sektorun sıxışdırılması üçün rahatlıqla istifadə edir:

"Məsələn, "Aztelekom” regionlarda yeni miniATS-lər quraşdırmaqla özəl İnternet porvayderlərini müştərilərinə xidmət göstərmək imkanından tamamilə məhrum edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Çindən dövlət vəsaiti hesabına balaca, kiçik tutumlu ONU tipli mini ATS-lər (köməkçi ATS-lər) gətirib. Bu ATS-lər istifadəçilərə daha yaxın ərazilərdə fiber-optik xətt üzərindən quraşdırılır. Yəni hazırda mövcud olan ATS-lərlə müştəri arasında daha bir köməkçi ATS qurulur. Sual oluna bilər ki, bəs burada "innovasiya” hardadır ? Bu yeniliyin "innovasiya” tərəfi ondan ibarətdir ki, bununla özəl provayderlərin müştərisini ələ keçirmək üçün unikal imkan yaranmış olur. Belə ki, yeni ATS-lərdə özəl provayderlərin öz avadanlıqlarını yerləşdirmək imkanı yoxdur. Və ya NRYTN qəsdən bu imkanı yaratmayıb. Xatırladım ki özəl provayderlər hər ay bir xeyli vəsait ödəməklə öz müştərilərinə xidmət göstərmək üçün köhnə ATS-lərdə avadanlıqlar yerləşdiriblər. Tətbiq olunan "innovasiyadan” sonra yeni ATS-lərdə belə bir imkandan məhrum olan özəl provaydrelərin köhnə ATS-lərdəki avadanlıqlarında "oturan” müştəriləri avtomatik olaraq NRYTN provayderlərinə keçir. Daha doğrusu keçirilir”.

Rəsmi statistikaya görə, internet xidmətləri bazarında özəl sektorun nisbi üstünlüyü (55 faiz ətrafında) olsa da, 2010-2018-ci illərdə bu sektorun bazar payı sürətlə azalaraq təxminən 90 faizdən 55 faizə qədər geriləyib. R.Ağayev qeyd edir ki, hazırda Azərbaycanın telekommunikasiya sektorunda, xüsusilə sabit və mobil telefon xidmətləri bazarında çox az istisna ilə bütün oyunçular hökmran mövqeyə sahibdir.

Müsahibimiz hesab edir ki, islahatların ilk mərhələsi olaraq telekommunikasiya şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi, Direktorlar (Müşahidə) Şuralarının real fəaliyyəti və icra orqanları üzərində real nəzarət (təsir) imkanları təmin edilməlidir:

"Bu şirkətlərin məlumat açıqlığına və şəffaflığına dair tələblər sərtləşdirilməlidir. Şirkətlərin fəaliyyətini tənzimləyən normativ sənədlər, onların strukturu və səlahiyyətli şəxsləri barədə məlumatlar internet resursları vasitəsilə ictimailəşdirilməlidir. Şirkətlərin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtibi və açıqlanması təmin edilməli, Yol Xəritəsində nəzərdə tutulan hədəflərə uyğun olaraq islahatların 2-ci mərhələsi kimi dövlətə məxsus telekommunikasiya şirkətlərinin dövlətsizləşdirilməsi prosesi başa çatdırılmalıdır. Bundan əlavə, telekommunikasiya şirkətlərinin dövlətsizləşdirilməsi modeli seçilərkən investisiya müsabiqələri vasitəsilə səhmlərin nəzarət zərfi strateji investora təklif edilsə də, Türkiyə modelində olduğu kimi səhmlərin müəyyən hissəsinin (25-30 faizi) fond birjası vasitəsilə açıq bazarda satışa çıxarılması məqsədəuyğundur. Yol Xəritəsində nəzərdə tutulan hədəflərə uyğun olaraq telekommunikasiya sektoru üzrə müstəqil tənzimləyici qurumun yaradılması və onun effektiv fəaliyyətinin təmin edilməsi prosesi qısa zamanda başa çatdırılmalıdır”.

Qeyd edək ki, rabitə və telekommunikasiya sahəsində Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanladığımız sorğuya cavab verilmədi.

Dünya SAKİT,
"Yeni Müsavat”

OXŞAR MÖVZULAR