Şagirdlərin sevimlisi Xəyyam Fərəcov
Təhsil
Oxunub: 168
25 окт 2022 | 12:05
“Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir.”
Heydər ƏLİYEV



Cəmiyyəti idarə edən hər kəsin - fəhlənin, mühəndisin, həkimin, alimin tərbiyəsində müəllimin rolu əvəzedilməzdir. Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir.
Müəllim şagirdlərin dostu, sirdaşıdır, həmçinin şagirdlərin düzgün addim atmasında bələdçi rolu oynayır. Müəllimin xəzinəsi şagirdlərin qazandıqları uğurlardır. Müəllim nə qədər yorğun olsa belə çəkdiyi əziyyətin bəhrəsin görəndə yorğunluğunu unudur.

Kiçik bir yazımızda mənalı və zəngin həyat yoluna qısa nəzər salmaqla 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcovun xarakterik cizgilərini yaratmağa çalışacağıq. 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcova möhkəm cansağlığı, müqəddəs peşə sahibi kimi bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq .

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xəyyam Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov - 30 il davam edən işğal dövründə erməni vandalları bizim bütün şəhərlərimizi, kəndlərimizi dağıtmış, yerlə bir etmişlər. Bu illər ərzində Azərbaycana hədsiz dərəcədə maddi və mənəvi ziyan vurulub, mədəni və dini-tarixi abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilib. Bunun əsas məqsədi ondan ibarət olub ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yerləri olmasın. Lakin rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq işğala son qoydu və bütün torpaqlarımızı düşməndən təmizlədi.

İkinci Qarabağ savaşının tarixində əldə edilmiş önəmli qələbələrdən biri də Zəngilan şəhərinin işğaldan azad edilməsidir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Bu tarixi gündən düz iki il sonra, 20 oktyabr 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava limanının birgə açılışını etdilər. Həmin gün Türkiyə Prezidenti Zəngilan və Cəbrayıl şəhərlərinə səfər etdilər. Dövlət başçımız oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulayıb ki, belə bir tarixi gündə Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfəri böyük əhəmiyyət kəsb edən hadisədir. Həmçinin Prezident İlham Əliyev qeyd edib ki, bu şanlı tarix Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, hərbi əməliyyatların gedişinə müdaxilə etmək fikrində olan bütün qüvvələri durdurdu.

Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilib. Bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin də dediyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına ciddi gözaydınlığı, eyni zamanda da, bütün dünyaya ciddi mesajdır. Bu gün ölkəmizin hər şəhərində, hər kəndində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin və xalqlarımızn birliyinin ən bariz nümayişidir. Həmçinin bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Bundan başqa Türkiyə və Azərbaycan Prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində birgə iştirak ediblər. Bütün bu tədbirlər Azərbaycan və Türkiyənin bütün işlərdə hər zaman bir yerdə olduqlarının və bundan sonra da bir olacaqlarının bütün dünyaya növbəti nümayişidir.

Сегодня, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Сегодня, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Сегодня, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Сегодня, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Сегодня, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Сегодня, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Сегодня, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Сегодня, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Сегодня, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
Вчера, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
Вчера, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
Вчера, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
Вчера, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
Вчера, 12:47
Sabah 21° isti olacaq
Вчера, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
Вчера, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
Вчера, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
Вчера, 09:13
Azərbaycanda Elm Günüdür
Вчера, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO