Impera

XƏBƏR LENTİ
14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (425)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kərəm Həsənov necə çökdürülür: “Əmlak kralı”nın imperiya süqutu

06 dek 2017, 14:04   
    202
http://reportyor.org/uploads/posts/2017-12/1512546387_tt.jpgDövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun bir çox obyektinin əlindən alındığından, komitə sədrinin ağır günlər yaşadğından bəhs etmişdik. Həmin məlumatda bildirmişdik ki, artıq “Həsənovlar İmperiyası”na son verilməsi prosesi başlanıb.
Əvvəl “Dalğa” itirildi
Məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 10-a qədər obyektinə əl qoyulub. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hadisə bir müddət öncə baş verib. K.Həsənova məxsus olan 10-a qədər obyekt komitə sədrinin əlindən alınaraq digər bir gücün nəzarətinə verilib. Qeyd edək ki, komitə sədrindən alınan əmlakların dəyəri on milyonlarala manat həcmindədir. Onların arasında paytaxtın mərkəzində yerləşən obyektlərlə yanaşı, şəhərətrafı ərazilərdə yerləşən nəhəng kompleklər də mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Komitə sədrinin əlindən alınan obyektlərdən biri “Azneft” dairəsinin yaxınlığındakı “Dalğa” obyektidir. Hansı ki, dəyəri milyon manatlarla hesabanan bu obeykt Həsənovlar imperiyasının ən mühüm, “pulgətirən” obyektlərindən biri kimi tanınıb.
Daha sonra “Çinar Plaza” əldən getdi
Bundan başqa, komitə sədrinin Bakıətrafı kənd və qəsəbələrdə dəniz sahilində yerləşən bir sıra mühüm obyektlərinin də əlindən alındığı bildirilir. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi xəbərə görə Komitə sədrinin əlindən alınan obyektlrədən biri “Çinar Plaza”dır: “K.Həsənovun əlindən alınan bir neçə obyekt var ki, onlardan da biri “Çinar Plaza”dır. Xeyli sayda ofisin fəaliyyət göstərdiyi bu məkan hər zaman Həəsnovlar imperiyasının əsas mülklərindən biri hesab olunub. Dəyəri milyonlarla manat olan bu obyektlə yanaşı komitə sədrinin bir neçə iri obyektinə də əl qoyulub ki, yaxın gələcəkdə bu siyahının daha da genişlənəcəyi gözlənilir”. Mənbə həmçinin komitə sədrinə məxsus yüzlərlə obyektin ona yaxın olan bir neçə şxəsin adına sənədləşdirildiyini qeyd edib: “K.Həsənova məxsus obyektlərin böyük əksəriyyəti komitə sədrinə yaxın olan bir neçə adamın adına rəsmiləşdirilib ki, bunlardan da biri komitənin Xərai Rayon Şöbəsinin əməkdaşı Tahir Qarayevdir. K.Həsənovun T.Qarayevin adına sənədləşdirilən 25-ə qədər obyekti mövcuddur. Bundan başqa, Bibiheybət məscidinin arxasındakı sağlamlıq mərkəzi də onun adınadır. Bundan başqa, T.Həsənovun qaynınınK.Həsənovun əlindən alınan obyektlərlə yanaşı, onun öz obyektlərini kimlrin adına sənədləşdirdiyi ilə bağlı da maraqlı informasiyalar verib. Mənbənin məlumatına görə, K.Həsənov da adına çoxlu sayda mülklər rəsmiləşdirilib ki, onların gerçk sahibi K.Həsənovdur”.
Dəyirmanlar hədəfdədir
Bu günlərdə redaksiyamıza K.Həsənovla bağlı yeni informasiyalar daxil olub. Bilgili mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, K.Həsənova məxsus ticarət obyektləri ilə yanaşı, istehsalat müəssisələri, ictimai iaşə obyektləri də əldən çıxmaq üzrədir: “K.Həsənova məxsus təxminən 15-ə qədər dəyirman var ki, bu dəyirmanlardan komitə sədrinin ailə büdcəsinə hər ay böyük miqdarda vəsaitlər daxil olur. Hansı ki, son günlər K.Həsənovun əlindən alınan əmlakların siyahısına yaxın günlərdə bu dəyirmanların da daxil olacağı gözlənilir. K.Həsənov uzun illərdir ki, bu dəyirmanların idarəsini Şamo adlı şəxsə həvalə edib. Lakin iş adamların demək olar ki, hamsı bu dəyirmanların gerçək sahibinin K.Həsənovun olmasından xəbərdardır”.
Malik Həsənovon Zəfər adlı kadrı kimdir?
Mənbənin sözlərinə görə, K.Həsənov iri özəlləşdirmələri özünə yaxın hesab etdiyi məhdud sayda şəxslərə etibar edir ki, bunlarda biri də onun Zəfər adlı müavinidir: “İri özəlləşmələrin həyata keçirilməsinə birbaşa nəzarət edən K.Həsənov bu məsələdə çox az adama etibar edir ki, komitə sədrinin etibarını qazanan bu şəxslərdən biri də komitə sədrinin Zəfər adlı müavinidir. Məhz onun iştirakı və tövsiyyəsi ilə Bakıda və respublikanın bir çox bölgələrində onlarla iri obyektin özəlləşdirilməsi həyata keçirilib”. Mənbənin məlumatına görə, Zəfər adlı şəxsin karyerasının qəfildən parlamağında K.Həsənovun qardaşı Malik Həsənov müstəsna rol oynayıb: “Zəfər adlı şəxslə komitə sədrinin tanışlığı M.Həsənovun təşəbbüsü ilə baş tutub. Məhz qardaşının təqdimatına əsasən onu özünə müavin təyin edən komitə sədri,bəlli bir müddətdən sonra Zəfər adlı şəxsə böyük etimad göstərməyə başlayıb. Dəyəri milyonlarla ölçülən layihələrin reallaşmasında iştirak edən müavin bu gün də K.Həsənovun himayəsi altında kariyerasını davam etdirməkdədir. Lakin K.Həsənovun özünün taleyinin tükdən asılı olduğu indiki məqamda komitə sədrinin yaxın çevrəsinin də aqibətinin kifayət qədər qaranlıq görsəndiyi şübhəsizdir. Və istisna deyil ki, K.Həsənovun sayəsində səfa görənlər, müftə qazancın cəfasına da komitə sədri ilə birlikdə dözməli olacaq”.
Azərbaycanın “Əmlak kralı”nın başgiicəlləndirən kapital siyahısı
Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu qısa zamanda Azərbaycanda ciddi kapital sahibinə çevirib. Cumhuriyyet.az olaraq xatırladaq ki, mediada dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. K.Həsənovun kapital siyahısında Fərhad Əliyevə bağlı əmlaklar da mühüm yer tutur. Belə ki, Kərəm Həsənov Fərhad Əliyevdin təkcə kreslosunu zəbt etməyib. Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı. Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “Azərbaycan Aliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC, “Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu. Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna” ödənilir. Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarının adına keçirdi. Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzi müəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığı Gəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yeri sayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyən müəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isə ləğv edildi.
K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin mediada dərc olunan tam olmayan siyahısını cumhuriyyet.az olaraq oxuculara təqdim edirik:
1.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6.Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub?şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri ?yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, I.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11.Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12.Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. Ismayılov Ramazan Islam oğlunun adına rəsmiləşdirilib.
14.Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qaracının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20.Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.
Gözlənilən sonluq
Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər. Xatırladaq ki, bundan qabaq özəlləşdirmə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla, müvafiq icra hakimiyyəti – əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyət ondan alınıb. Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur. Heç şübhəsiz ki, belə bir qərarın verilməsi Kərəm Həsənovun gələcək taleyini sual altında buraxır. Komitə sədrinin səlahiyyətsiz bir kreslo sahibinə çevrilməsi prosesinin başlanğıcı qoyulub. Bu, bir növ nəqliyyat naziri Ziya Məmmədovla bağlı gedən prosesi xatırladır. Onun da portfelsiz nazirə çevrilməsinə nəqliyyat sahəsində həyata keçirilən layihələrlə bağlı qərar vermək səlahiyyətlərinin əlindən alınması ilə başlanmışdı. Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var.
Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var.
Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Beləliklə, Həsənovların başı təzədən cəncəldədir və 3 milyardlıq korrupsiya işi qardaşların prezident önündə növbəti sınağıdır…
Çingiz Coşqun, Cumhuriyyet.az
OXŞAR MÖVZULAR