Impera

XƏBƏR LENTİ
14:18Prezident Şahin Məmmədovu Masallının İCRA BAŞÇISI TƏYİN ETDİ14:08İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT13:36Füzuli Ələkbərovun qızı klinika açır? - İDDİA13:18Milli Konservatoriyada növbəti albomun təqdimatı olub12:55Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC12:34Növbədənkənar seçkilər iddiaları artır - GƏLİŞMƏ12:07Avropa çempionatına vəsiqə qazanan 20 komanda11:51Təhsil ocağında tender maxinasiyaları... - İTTİHAM11:36Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...11:04QARAKƏND FACİƏSİ - Azərbaycan Tarixinin 28 İLLİK QARANLIQ SƏHİFƏSİ - VİDEO10:36“Gedib, nəvələrini oynatsın...” Partiya sədrindən səhiyyə nazirinə çağırış10:19Azərbaycan elektrik enerjisinin istehsalının artırılmasını davam etdirir10:03Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub00:09Qoyun kəsən azərbaycanlıya cinayət işi açıldı18:51Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM18:45Elçinlə arvadından döyülmə xəbərinə reaksiya18:35Rəisin qardaşının meyiti TAPILDI - Xəzərdə18:26SON DƏQİQƏ: İranda DƏHŞƏT - Yüzlərlə insan həyatını itirdi - VİDEO18:03“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini17:4629 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur17:18İlham Əliyev sərəncam imzaladı17:03"Təzyiq və təhqirlər başlanıb" – Baş katibdən Rövnəq Abdullayevə şikayət16:24Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL16:03100 manatlıq şirkət 13 milyonluq tenderin qalibi elan edildi15:46Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (407)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bulat Agabəyovu şantaj edən dəstə ilə bağlı YENİ DETALLAR

27 okt 2019, 21:08   
    69

Bulat Agabəyovu şantaj edən dəstə ilə  bağlı  YENİ DETALLAR 

 

Ötən il Elşən Cabbarov adlı sahibkarın Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunması haqda xəbərlər yayıldı.

Bundan az əvvəl Elşən Cabbarovun iş ortağı Məhəmməd Cəfərli (hazırda azadlıqdadır) həbs olunmuşdu. Saytlar yazırdı ki, Elşən Cabbarov Bulat Ağabəyovun şantaj etməklə külli-miqdarda pul alıb.

 


Eyni zamanda Elşən Cabbarov onu ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, Bulat Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib. Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Korrupsiya.orgbildirir ki, bu iş indiyədək davam edir. Məhkəmə baxışı Ağır Cinayətlərə Dair Məhkəmədə gedir.

Və cinayət hadisəsinin yeni detalları üzə çıxıb. Cinayət işində adı keçən şəxslərdən biri də Əsədov Təbriz Fərəc oğludur. Hazırda ona qarşı AR.CM-nin 296.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Təbriz Əsədov deyir ki, ötən ilin bu vaxtı həmkəndlisi Vüqar Gülüşov onunla görüşüb. Elşən Cabbarov adlı sahibkarı aradan götürmək üçün 60 min manat vəd edib. Söhbət əsnasında bildirib ki, qətli Bulat Ağabəyov sifariş verir.

Əsədov Təbriz sifarişi yerinə yetirəcəyinə söz versə də etmir, Üstəlik bu xəbəri öldürməli olduğu Elşən Cabbarova çatdırır. Bakıda "50 qəpik” kafesində Elşən Cabbarov, Məhəmməd Cəfərli və Təbriz Əsədov arasında görüş olur. Elşən Cabbarov Təbrizin dediklərindən sonra dərhal 102 xidmətinə məlumat verir. Onlar Xətai Rayon 37-ci Poliş Şöbəsinə aparılır. Təbriz orda izahatını verir.

Əsədov Təbriz iddia edir ki, bir neçə gün sonra Xətai Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov Salyana gəlib. Onu və Vüqar Gülüşovu "Şahdağ” restoranında görüşdürüb. O, da Gülüşov yalvarıb ki, ərizədə yazdıqlarının yalan olduğunu desin. Yoxsa onu tutacaqlar.

Bundan sonra ƏsədovTəbriz ifadəsini dəyişir, yalan dediyini yazır.

 

 

Maraqlıdır, Xətai Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov nə üçün rayona gəlir, burada Təbriz Əsədovla əleyhinə ifadə verdiyi Vüqar Gülüşovu görüşdürür, üstəlik yedirdib-içirdir. Şərait yaradır ki,Əsədov ifadəsin dəyişsin. Üstəlik tapşırır ki, "yaz ki, bu Elşənin planı olub”.

 

 

Təbriz Əsədov izahat yazıb rayona qayıtdıqdan sonra valideynləri onu danlayır.

Deyirlər ki, düzünü yazmalı idin. Yenidən birinci izahatı ilə bağlı müxtəlif instansiyalara məktublar yazırlar. Lakin deməyinə görə məktublara məhəl qoyulmur, onun birinci izahatı üzə çıxmır. Hazırda elə onu Elşən Cabbarovla və MəhəmmədCəfərli ilə qabaqcadan əlbir olan şəxs kimi ittaham irəli sürülüb. Onun dediyinə görə Ağabəyovdan pillar alınanda, şantaj edilən epizodlarda olmayıb.

 

 

Hazırdaazadlıqda olan Məhəmməd Cəfərli Elşən Cabbarovu himayə altına alıb.

Təbriz Əsədov deyir:” İndi anlayıram ki, bunlar hamısı eyni qruplaşmanın adamlarıdı, məni də tora salıblar.Hələ Bakıda "50 qəpik” kafesində söhbət olanda dedim ki, Vüqar Gülüşov kəndçimdi, onu tutdura bilmərəm. Məhəmməd Cəfərli ded ki, onu oyundan çıxaracayıq, deyərik ki, pulu Bulat Ağabəyov verib. Vüqarda pul hardandı.

Bəs Vüqar niyə bu oyuna gedib. Sən demə onun Elşən Cabbarova küllü-miqdarda borcu varmış.

Məhəmməd Cəfərlinin planı bu "killer sifarişi”, adam öldürtmə bahənasi ilə Bulat Ağabəyovu şantaj edib pul qopartmaq olub.

Cəfərli deyirdi ki, "başına dövlət quşu qonub.” Yaqin Bulatdan xeyli pul alacağını deyirdi.

Bax belə düşmüşəm quldur dəstəsinin içinə. Xahiş edirəm ki, işə ədalətli baxsınlar. Oyun qurublar. Mən də bu oyunun qurbanına,oyuncağına çevrilmişəm. Aidiyyatı qurumlardan xahiş edirəm-əsas cinayətkar Cəfərli Məhəmməddir. Qalıb kənarda. Ona baxanda Elşənin günahı azdır.

Bir şeyi də deyim. Məhəmməd Elşənə deyirdi ki, necə edək ki, Bulatın bütün sirrini bilən (harda yeyir, nə içir, dincəlir v s) Həsənov Röyal Qəmbər oğlunu ələ keçirək. Bundan ötrü o uşağın dizini sındırıblar. Bu faktı məhkəmə də bilir, DİN-də.

 

İş obyektiv araşdırılmalıdı. Elşən həbsxanadadır. Məhəmməd azadlıqda. Bu necə olur?

Faktiki olaraq Məhəmməd Cəfərli Vüqar Gülüşovu da öz cinayət əməlinə şərik edib. Gülüşov Bulat Agabəyovun adından mənə Elşən Cabarovu öldürtmək üçün sifariş verir. Halbuki, həm Gülüşov ,həm də Cəfərli eyni adamdırlar. Məqsəd məni oyuna salmaq, Agabəyovu isə şantaj edib pul qopartmaq olub. Bu mürəkkəb planı Məhəmməd Cəfərli hazırlayıb. Məni isə bilmədən bu oyuna alət ediblər.

Aidiyyatı qurumlardan xahiş edirəm-işə ədalətli baxılsın.”

 

 

 

OXŞAR MÖVZULAR