Impera

XƏBƏR LENTİ
13:36Füzuli Ələkbərovun qızı klinika açır? - İDDİA13:18Milli Konservatoriyada növbəti albomun təqdimatı olub12:55Sahil Babayevin işçiləri əl-ayağa düşüb... - İLGİNC12:34Növbədənkənar seçkilər iddiaları artır - GƏLİŞMƏ12:07Avropa çempionatına vəsiqə qazanan 20 komanda11:51Təhsil ocağında tender maxinasiyaları... - İTTİHAM11:36Səhiyyə sistemində daha bir biabırçı mənzərə... - Nazirlik görməzdən gəlir...11:04QARAKƏND FACİƏSİ - Azərbaycan Tarixinin 28 İLLİK QARANLIQ SƏHİFƏSİ - VİDEO10:36“Gedib, nəvələrini oynatsın...” Partiya sədrindən səhiyyə nazirinə çağırış10:19Azərbaycan elektrik enerjisinin istehsalının artırılmasını davam etdirir10:03Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub00:09Qoyun kəsən azərbaycanlıya cinayət işi açıldı18:51Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM18:45Elçinlə arvadından döyülmə xəbərinə reaksiya18:35Rəisin qardaşının meyiti TAPILDI - Xəzərdə18:26SON DƏQİQƏ: İranda DƏHŞƏT - Yüzlərlə insan həyatını itirdi - VİDEO18:03“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini17:4629 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur17:18İlham Əliyev sərəncam imzaladı17:03"Təzyiq və təhqirlər başlanıb" – Baş katibdən Rövnəq Abdullayevə şikayət16:24Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL16:03100 manatlıq şirkət 13 milyonluq tenderin qalibi elan edildi15:46Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (405)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Məni zorlayan baldızım oğlu sonradan ərimi öldürdü” - VİDEO

01 noy 2019, 17:53   
    51
 “Məni zorlayan baldızım oğlu sonradan ərimi öldürdü” - VİDEO
 
"Özümdə güc toplayıb aylar sonra polis şöbəsinə getdim. Orada mənə qarşı təcavüz olunduğunu, şəkillərlə şantaj edildiyimi söylədim. Mənə dedikləri o oldu ki, özüm də yaxşı qadın deyiləm. Düz yolda olsam, başıma bunlar gəlməzdi”.

"Qafqazinfo”nun budəfəki müsahibi 34 yaşlı Səadət Hüseynova uşaqlığından bu yana gün görməyib dediyimiz qadınlardandır. 3 oğul anası olan Səadət uşaq yaşından bibisinin himayəsində böyüyüb. Daha sonra əqli problemi olan bibisi oğlu Asif İsgəndərovla evləndirilsə də, bir neçə dəfə ailədaxili zorakılıqlara görə çətinliklər yaşayıb. Bununla bağlı ailə-qadın təşkilatlarına müraciət edib, televiziya proqramlarına çıxıb. Ancaq bu dəfə Səadətin problemi daha böyükdür. Baldızı onu uşaqları əlindən almaqla qorxudur, həbsə atdırmaqla hədələyirlər.

Problemin kökü daha dərin olsa da, hadisələrə təkan verən məsələ aylar əvvəl yaşanıb. Belə ki, Səadətin dediyinə görə, bibisi nəvəsi (baldızının oğlu) Elnur Vəliyev onun çayına dərman qataraq yatızdırıb və çılpaq şəkillərini çəkərək onu şantaj etməyə başlayıb:

"Baldızımın oğlu Elnur evimizə daim gəlib-gedən olub. Eyni məhəllədə yaşayırıq. Həmişə çayını da, yeməyini də vermişəm. Yoldaşım rayonda işləyirdi. Bir gün yenə gəlmişdi, çayını verib özüm paltar yumağa getdim. Qayıdanda təkid etdi ki, mən də içim. Çayı içəndən yarım saat sonra özümü pis hiss etməyə başladım, istədim yuxarı evə - oğlumun yanına gedim, huşumu itirdim. Səhərə yaxın elə yıxılıb qaldığım yerdən oyandım. Nə olduğunu öyrənmək üçün baldızımgilə gedirdim ki, qarşıma çıxdı. Elnurdan mənə nə verdiyini soruşdum, dedi ki, heç nə. Ona borc verdiyim 50 manatı istəyəndə gülüb bildirdi ki, daha mənə heç nə qaytaran deyil. Səbəb kimi də telefonda çılpaq şəkillərimi göstərdi. Çayıma dərman qatıb yatızdırıb, o vaxt da şəkillərimi çəkib, bir neçə nəfərə də yayıb”.

Səadət deyir ki, həmin gündən sonra Elnur Vəliyev onu əqli problemləri olan əri və böyük oğlu ilə qorxudub. Beləcə 3 ay boyunca ona təcavüz edib: "Döyərək məni zorlayıb. Hətta ərim rayondan gələndə üz-gözümə nə olduğunu soruşurdu, yıxılmışam deyirdim. Evimdə bir manat belə olsa, alırdı. Daha dözə bilmədiyim üçün Kəmalə Ağazadənin (Azərbaycan Uşaqlar Birliyinin sədri) yanına getdim. Mənə məsləhət gördü ki, əvvəlcə ərimə deyim, daha sonra polisə müraciət edək. Düzü, ərim kim nə desə ona inanan idi, ona görə qorxurdum ki, mənim sözümə inanmayacaq. Ancaq bacısı oğlu əvvəllər də bir neçə nəfərə qarşı buna bənzər hərəkət etdiyindən inandı və polisə müraciət etdik.
Polisə təcavüz olunduğumu, şəkillərlə şantaj edildiyimi dedim, mənə dedikləri o oldu ki, özüm də yaxşı qadın deyiləm. Elnur cəmi 3 saat polis şöbəsində oldu, daha sonra yetərli dəlil tapmadıqları üçün buraxıldı. Bu hadisədən sonra bir müddət sakitlik oldu. Avqustun 3-də ərim rayondan gəlmişdi. Eşitdim ki, mən işdə olan zaman bacısı oğlu ilə sözləri çəp gəlib, daha sonra oğlan ərimi bıçaqlayıb. Hadisənin şahidləri olmağına baxmayaraq ölümün ehtiyatsızlıq zəminində baş verdiyini iddia etməyə çalışırlar. Nə mənim, nə də ərimin arxasında duracaq bir adam yoxdur ki, onun qanı yerdə qalmasın.

Baldızım bu məsələdə məni günahlandırır. Olan-qalan tək övladlarımdır. Gecə-gündüz işləyib onları dolandırmağa çalışıram. Elə övladlarımı məndən alacaqlarını, pozğun olduğumu deyirlər. Ancaq bütün gün hamballıq edib 5-10 manat qazanmağa cəhd edirəm, heç kimə ağız açmıram, qarşılığı da belə olur. Pozğunun əlləri heç bu gündə olar? (cadar-cadar olmuş əllərini göstərib ağlayır)

Müsahibim hazırda istintaqın gedişatından narazıdır:

"Müstəntiqə deyirəm ki, hadisələrdən əvvəlcədən xəbərdar olan Kəmalə Ağayevanı da mənim şahidim qismində dindirsinlər, ancaq etmirlər. Məsələnin tam araşdırılmasını və məhkəmənin doğru qərar verməsini istəyirəm”.

İttihamlarla bağlı şikayətçinin qayınanası (bibisi) ilə danışmaq istəsək də, rayonda olduğundan bu, mümkün olmur.

"Qafqazinfo” olaraq üçüncü tərəf kimi məsələdə adı hallanan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə görüşdük. K. Ağazadə bildirdi ki, Səadət Hüseynova ona müraciət edən zaman təcavüzə məruz qalmışdı və nəticədə hamilə idi:

"Mən ona ilk növbədə əri ilə danışmasını və hüquq-mühafizə orqanlarına müraciət etməsini məsləhət gördüm. Bildiyim qədər, yoldaşı ilə birlikdə polisə müraciət ediblər, ancaq polis qadınla çox aşağılayıcı formada danışıb. Deyilib ki, təcavüz və şantajla bağlı sübut yoxdur. Necə yəni sübut yoxdur?! Ortada hamiləlik var idi. Nəyə görə məsələ araşdırılmadı, nəyə görə ekspertiza olunmadı?! Mənim üçün bu, qaranlıq qaldı.
Paralel olaraq mən onu qadın təşkilatlarından birinə də yönləndirdim. Çünki hamiləliyini sonlandırmaq istəyirdi. Yoldaşı Asif də mənim yanımda olub. Demişdi ki, Səadətin arxasında duracaq.

Bilirdim ki, ailədə yaxın qohumun belə bir təcavüzü etməsi böyük problemə səbəb olacaq. Hüquq-mühafizə orqanlarının məsələyə biganəliyi nəticəsində aylar sonra Asif bacısı oğlu tərəfindən bıçaqlandı. Bir faciə yaşandı. İndi isə çalışmalıyıq, heç olmasa növbəti faciə yaşanmasın. Növbəti faciənin arxasında nə durur? Bu bibioğlu Səadətin əri olub, bibi nəvəsi Səadətə təcavüz edib. Amma niyəsə bu gün hamı qadının üstünə gedir ki, odur günahkar. Həm oğlanın həbsinə, həm də ərinin ölümünə səbəbkar o olub. Səadət neyləmişdi? Günahsız, hamıya inanan, uşaqlığından bu günə kimi ailəyə hamballıq etmiş qadındır”.

K. Ağazadənin sözlərinə görə, ailə S. Hüseynovanı evindən çıxarmaq istəyir:

"Ona olan şiddətin, bugünkü gündə yaşadıqlarının arxasında sadəcə bir ev məsələsi durur. Ev də nə ev, özünüz görmüsüz... Asifin anası da mənim yanıma gəlib. Ona demişəm ki, oğlunu itirmisən, heç olmasa gəlininin yanında dur. Mənə deyir ki, qızı Səadəti öldürəcək, onu sığınacağa götürün. Əslində burda sadəcə bir istək var, o da ev. Səadət evdən çıxsın, onlar mülkə yiyələnsinlər.

Bu günə kimi mənə bircə dəfə prokurorluqdan zəng olunub. Bildirilib ki, adım Səadətin ifadəsində yer alıb. Mən də təsdiqləyərək izahat verməyə hazır olduğumu bildirdim. Dedilər ki, mənimlə əlaqə saxlanılacaq, ancaq hələ də heç kim müraciət etməyib. Məhkəmədə bu hadisələrin gedişatını məndən soruşarlarsa, şahid olaraq çıxış etməyə hazıram. Qonşular da prosesləri yaxından bilir və onlar da Səadətin arxasındadırlar”.

Qeyd edək ki, hazırda Elnur Vəliyev Asif İsgəndərovu öldürməkdə şübhəli bilindiyi üçün həbs olunub. Faktla bağlı ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


OXŞAR MÖVZULAR