Zəlzələdən sonra yaponların imdadına çatan türk: Mütləq nəsə etməliydim...
Gündəm / Sosial
Oxunub: 29
5 янв 2024 | 15:30
Zəlzələdən sonra yaponların imdadına çatan türk: Mütləq nəsə etməliydim...


Yaponiyanın zəlzələdən zərər çəkmiş Vacima qəsəbəsində Türkiyədən olan Aydın Muhammet və işçiləri təxliyə edilənlər üçün icma mərkəzinin qarşısında şorba və plov süfrəsi açıblar.

Türkiyə vətəndaşının Yaponiyanın mərkəzində sahibi olduğu tikinti şirkətinin 10 nəfərlik könüllü komandası Yeni il günü şəhərin böyük hissəsini əhatə edən 7,6 bal gücündə zəlzələdən sonra qurbanlara isti yemək verir.

2011-ci ilin martında Yapon arxipelaqının o biri tərəfində baş vermiş güclü zəlzələ və sunami nəticəsində təxminən 20 000 nəfərin ölümünə səbəb olan fəlakət zonalarına yardımdan sonra bu, Muhammetin ikinci təcrübəsidir.

Son 30 ildə həyat yoldaşının vətənində yaşayan Muhammet, dağıntı xəbərini televiziyada görəndən sonra yolların açıldığını bilən kimi hərəkətə keçib: "Mən sadəcə nəsə etməliydim".

5 yük maşınından ibarət komanda nəhayət 11 saat sonra 300 km qarlı məsafəni qət edərək dərhal su və uşaq bezlərindən tutmuş hazır yeməklərə qədər hər şeyi paylamağa başlayıb: "Biz bu qədər yoldan sonra tükənməli idik, amma bura gələn kimi gücləndik".

46 yaşlı Muhammet motivasiyasının insanların heç bir kömək görmədikdə hiss edə biləcəyi ümidsizlik və tənhalığa bələd olmasından qaynaqlandığını deyib: "Mən başqa fəlakət zonalarında olmuşam, ona görə də burada olduğumuz zaman qurbanların xoşbəxtliyini hiss edirəm. Bu, mənə işi davam etdirmək istədiyimi hiss etdirir".

"Həqiqətən minnətdarıq. Ən yaxşısı isti yeməkdir", - deyə 72 yaşlı Matsuo Yata təşəkkür edib.

Muhammet 2011-ci ildə fəlakətə daha az hazır olduğunu, lakin sunamidən zərər çəkmiş şəhərdə bəzi qurbanlara çatmağı bacardığını, həmçinin Naqoyadakı evinin yaxınlığındakı daşqından sonra xilasetmə işlərinə kömək etdiyini xatırlayıb. Onun şirkəti dəqiqədə 400 litr su verə bilən quyu qazıb və böyük enerji generatoru təmin edib. Muhammet hər zaman fermer dostunun yetişdirdiyi düyüdən illik olaraq alır və onun təxminən 1 tonunu təcili ehtiyaclar üçün şirkətində saxlayır.

"10 nəfərdən ibarət komandanın iki gün ərzində edə biləcəyi çox şey var. Orada nəsə edə biləcək daha çox insan olmalıdır. Mən bilirəm ki, yeni ildir, amma dincəlmək vaxtı deyil", - deyə söyləyən Muhammetə yaşlı bir kişi yaxınlaşıb və minnətdarlıq nümayişi olaraq onu bərk qucaqlayıb.(Reuters)
Сегодня, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
Сегодня, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
Сегодня, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
Сегодня, 13:59
Onlar əfv olunmaq istəyir
Сегодня, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
Сегодня, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
Сегодня, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
Сегодня, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
Сегодня, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH
Сегодня, 10:07
İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib
Сегодня, 09:32
Kürdəmirdə qadın su quyusuna düşüb öldü
Сегодня, 09:11
Bürclərin kişiləri ər kimi necədirlər? Nəyi bilməlisiniz və...
Вчера, 17:45
Azərbaycanla münasibətlər yüksək səviyyədədir - Putin
Вчера, 17:20
Heydər Əliyev BAM-ın inşasında böyük rol oynayıb - Rusiya lideri
Вчера, 15:50
Dünya ölkələrinin inflyasiya REYTİNQİ
Вчера, 14:40
Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR
Вчера, 14:12
Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı
Вчера, 13:31
İranda qadınların geyiminə nəzarət SƏRTLƏŞİR
Вчера, 12:49
İlham Əliyev Rusiyaya getdi
Вчера, 12:01
NATO-dan Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA
Вчера, 11:17
Avropa İttifaqı 18+ saytlara qarşı tələbləri sərtləşdirib
Вчера, 10:38
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Вчера, 09:58
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL
Вчера, 09:23
Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
Вчера, 08:54
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
20-04-2024, 19:25
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
20-04-2024, 18:26
Ərdoğan HƏMAS lideri ilə görüşüb