Impera

XƏBƏR LENTİ
13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO16:16“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...16:11“Ramiz Mehdiyev prezident olmaq istəyirmiş” – VİDEO16:06Zakir Fərəcovun kürəkəni dənizi zəbt edib? - VIDEO15:48Eldar Mahmudovun oğlu Britaniyadakı əsas şirkətini bağladı15:40Parlamentin növbəti iclasının vaxtı açıqlandı15:36Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA15:31Vilayət Eyvazovdan yeni TƏYİNAT15:28Vilayət Eyvazov bu postun komandirini VƏZİFƏSİNDƏN AZAD ETDİ15:20SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”15:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM19:52Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?19:4465 yaşdan yuxarı şəxslər nə vaxt küçəyə çıxacaq? - AÇIQLAMA19:39Mayın 31-dən sonra sərhədlər açılacaq?19:35Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO19:23DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO19:17İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM19:14İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”19:11Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”19:08Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək - SƏRƏNCAM19:06Prezident nazir müavini təyin etdi11:25May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO11:21Elman Rüstəmov Azərbaycanda iki bankın bağlanmasını şərh edir - CANLI YAYIM19:48Bərdənin icra başçısı vəzifəsindən azad edildi19:40Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – VİDEO19:29Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi19:05Daha bir icra başçısı vəzifəsindən azad edildi18:59Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI: "Nazir müavini olmağım..." - VİDEO18:52Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ18:47Vilayət Eyvazovdan plyonka ilə bağlı sərt göstəriş18:40Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb?18:37Fransa - Azərbaycan işgüzar görüşü keçirildi18:33İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO18:21ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı18:17DTX-dan nazir müavini ilə bağlı ŞOK FAKTLAR -VIDEO12:23“Atabank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ12:17İlham Əliyev rektor təyin etdi - SƏRƏNCAM12:11Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir11:59Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu - FOTO11:44Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO11:00Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”10:54Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb10:51KORONAVİRUS - CANLI STATİSTİKA Yanan "Eurohome" bazarından ən son görüntülər - VİDEO10:43“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür11:29Bakıda kafeyə basqın - 17 nəfər saxlanıldı - VİDEO11:19Adil Vəliyevin rayonunda nələr baş verir... - VİDEO11:12Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO11:03Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri...” - VİDEO10:59"LİDER TV"-nin BÜTÜN ƏMƏKDAŞLARI İŞDƏN ÇIXARILIB10:55Zərdabın icra başçısı da hədəfə gələ bilər10:50GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏMƏKDAR MÜƏLLİMLƏR NİYƏ DƏRS KEÇMİR???10:44Dövlət qurumlarının "dəli" çıxardığı biznesmen yeni məlumatlar açıqladı - VİDEO19:23Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - VİDEO19:17Azərbaycanda koronavirsa 143 yeni yoluxma19:10İlham Əliyev Vladimir Putinə zəng edib19:08İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi - SƏRƏNCAM19:05Prezident onu da vəzifəsindən azad etdi - SƏRƏNCAM19:03İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım - VİDEO11:03Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları10:5650 minlik maşın sürən vayner xanım 190 manat yardım alıb – VİDEO10:52İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”10:48Samuxun da bir əməliyyata ehtiyacı var... - VİDEOLAR10:37Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?- 190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEO10:31Şəmkirdə ancaq Alimpaşa Məmmədovun şələsi fırlanır – VİDEO10:26Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb?10:21İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
BÜTÜN XƏBƏRLƏR
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“İnklərin itirilmiş şəhəri” –Maçu Piçu

29 fev 2020, 18:34   
    45
“İnklərin itirilmiş şəhəri” –Maçu Piçu
 

Dünyada sirri açılmayan onlarla, yüzlərlə abidələr vardır. Elə abidələr vardır ki, onun adı hansısa xalqın, millətin zamanın, tarixin müəyyən hissəsində var olduğunu, amma sonradan yoxa çıxdığını sübut edir.

AZƏRTAC belə abidələrdən biri olan Maçu Piçu haqqında maraqlı məlumatları təqdim edir.

Latın Amerikasının Maçu Piçu şəhəri yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Onu "İnklərin itirilmiş şəhəri" də adlandırırlar. Bu tarixi şəhər tropik meşəliyin ortasında, dəniz səviyyəsindən 2430 metr yüksəklikdə, Perunun Kusko şəhərindən 80 km məsafədə olan mənzərəli bir ərazidə yerləşir.

And dağlarının ucsuz-bucaqsız zirvələrindən birində yerləşən Maçu Piçu zəngin flora və faunası ilə Amazon hövzəsinin üst hissəsini əhatə edir. Maçu Piçu memarlıq əsəri İnk sivilizasiyasının bədii memarlıq və inşaat sahəsinin ən böyük nailiyyətlərindən biri hesab olunur. Bu əhəmiyyətli maddi irs nümunəsinin adının hərfi mənası keçua dilindən tərcümədə "qoca zirvə” deməkdir. Yaranma tarixinə gəldikdə isə, şəhər qədim İnk imperiyasının rəhbəri Paçakutek Yupanki tərəfindən XV əsrdə inşa edilib. Ümumilikdə, Maçu Piçu şəhərinin tarixi olduqca maraqlıdır. XVI əsrdə ispan ordusu İnk imperiyasını işğal edərkən bu möhtəşəm şəhəri nəzərdən qaçırıb. Həmin dəhşətli müharibədən sarsılan ink xalqı bir daha özünə gələ bilməyib. Hətta yerli əhalinin çoxunun vaxtilə şəhərdə yayılmış çiçək xəstəliyi səbəbindən vəfat etdiyi güman olunur. Sonralar bu arxeoloji kompleks "itirilmiş şəhər” kimi tanınmağa başladı. Əslində isə bu şəhər heç də qeybə çıxmamışdı, sadəcə bəşəriyyət onun mövcudluğu barədə məlumat əldə edə bilməmişdi. Nəhayət ki, 1911-ci ildə amerikalı tədqiqatçı Binqem Hayram İnk memarlığının bu əfsanəvi şəhərini gün üzünə çıxartdı. Perunun yerli xalqlardan biri bir dağın yüksəkliyində tapıntılar olduğunu bildirdiyi üçün amerikalı tədqiqatçı buraya səyahət etdi və ərazidə axtarışlar aparmağa başladı. Nəticədə, Binqem Hayram bu nadir şəhəri aşkar etdi və kəşfindən sonra "The lost city of the Incas” (İnklərin itirilmiş şəhəri) adlı kitabını yazdı.

Maçu Piçuya nəzər saldıqda insan şəhərin XV əsrə aid olmasına heyrətlənir. Çünki o əsrlərdə İnk mədəniyyətində təkər kimi nəqliyyat avadanlığı olmadığı halda, şəhərin tikilməsi üçün istifadə olunan ağır daşlar çox yüksəkliyə qaldırılmışdı. Bu zaman yalnız insan gücündən istifadə olunduğu fərz edilir. Lakin tam olaraq, ağır daşların yüksəkliyə necə qaldırıldığı haqda heç bir məlumat yoxdur. Digər cəhətdən, şəhərin hansı məqsədlə bu qədər uzaq və hündür bir yerdə tikildiyi bilinmir. Lakin şəhərin dini mərasimlər və ya astronomiya elmi üçün bir yer olduğu, yaxud kənd təsərrüfatı kimi də istifadə edildiyinə dair müxtəlif mülahizələr irəli sürülüb.

Tikinti zamanı heç bir məhluldan istifadə olunmayıb

Maçu Piçu şəhərini digər dünya memarlıq nümunələrindən fərqləndirən cəhətlərindən biri də, daşların arasına heç bir məhlul istifadə edilmədən tikilməsidir. Daşlar klassik ink memarlıq üslubuna görə yığılıb. Həmçinin bu binalardakı daşların ölçüsü bir-birindən fərqlidir, bəziləri böyük, bəziləri isə kiçikdir. İnklər bu daşları o qədər düzgün yerləşdiriblər ki, şəhər dövrümüzə kimi yaxşı şəkildə gəlib çata bilib. Məlumdur ki, dağlıq bölgələrdə zəlzələnin seysmik dalğaları, çətin hava şəraiti kimi təbii fəlakətlər daha geniş yayılıb və bu kompleks o güclü fəlakətlərə rəğmən olduqca möhtəşəm qalmışdır. Bütün bunlar isə XV əsr İnk xalqının inşaat bacarığının yüksək səviyyədə olduğunu ifadə edir.

Maçu Piçu şəhəri struktur cəhətdən yaşayış və kənd təsərrüfatı sahəsi olaraq iki əsas hissəyə bölünür. Yaşayış üçün nəzərdə tutulan şəhər qismi özü də ayrıca aşağı və yuxarı olaraq iki hissəyə bölünür. Aşağı hissədə anbarlar, yuxarı hissədə dini mərasimlərin həyata keçirilməsi üçün məbədlər və müqəddəs yerlər var. Maçu Piçuda fərqli yaş qruplarına aid olan insan skeletləri, məzarlar və bu kimi bir çox arxeoloji tapıntılar məlum olmuşdur ki, bu da sahədə vaxtilə yaşayışın mövcud olduğunu sübuta yetirir. Ərazi baxımından elə də böyük olmayan Maçu Piçu özündə müxtəlif istiqamətlərə çıxışı olan pillələr, sırf aşağı təbəqə əhalisinin yaşayışını təmin etmək üçün evlər, dini mərasimləri gerçəkləşdirmək üçün xüsusi yerlər, ancaq yüksək təbəqə insanlarına məxsus olan yaşayış bölgəsi, iqamətgahlar və s. kimi bir çox tikilini birləşdirir. Daş divarlardan hazırlanmış şəhərə dini ritual və astronomik təqvimlə bağlı olduğu düşünülən İntihuatana daşı, şərqə doğru açılan üç pəncərədən ibarət olan Üç Pəncərə məbədi və Günəş Məbədi kimi üç əsas tikili də daxildir. Buradan da aydın olur ki, Maçu Piçudakı binaların əksəriyyəti dini mərasimlərlə əlaqədar olub. Hətta onların inşası günəşin hərəkətinə əsasən müəyyən edilib. Bu İnklərin həmin zamanlarda Günəş tanrısına sitayiş etmələri ilə bağlıdır.

Hələ də açılmayan sirləri var

Şəhərin aşağı hissəsindəki kənd təsərrüfatı üçün nəzərdə tutulan sahənin hər bir mərtəbəsi dairəvi formadadır və hər birinin ayrı-ayrılıqda öz rütubət və istilik dərəcəsi var. Bu isə sahənin əkinçilik üçün əlverişli olmasına şərait yaradır. Kənd təsərrüfatının suvarılması yağış suyu vasitəsilə olmuşdur. Keçmişdə yağışlar daşların arasından keçib kiçik gölməçələr yaradırmış. İnklər də bu suyun təsərrüfat sahəsinə gətirilməsi üçün daşlar üzərində kanallar düzəldiblər. Beləliklə, kənd təsərrüfatının suvarılma sistemi yaradılıb. Həmçinin xalq bu sudan gündəlik ehtiyaclarını ödəmək üçün də istifadə edib.

Hazırda dünya turizm sektorunda ən çox ziyarət edilən məkan olaraq bilinən Maçu Piçunun mühafizəsi üçün gündəlik turistlərin sayı məhdudlaşdırılır. Buludların arasında hündür bir dağın zirvəsində inşa olunan bu tarixi memarlıq nümunəsi 1981-ci ildə Peru tarixi ziyarətgahı elan olunub və 1983-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. 2007-ci ildə isə dünyanın yeni yeddi möcüzəsindən biri hesab olundu. Qeyd etmək lazımdır ki, uzun müddət davam edən elmi araşdırmalara rəğmən, Maçi Piçunun hələ də cavabı tapılmayan bir çox sirri qalmaqdadır.


OXŞAR MÖVZULAR