Impera

XƏBƏR LENTİ
13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO16:16“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...16:11“Ramiz Mehdiyev prezident olmaq istəyirmiş” – VİDEO16:06Zakir Fərəcovun kürəkəni dənizi zəbt edib? - VIDEO15:48Eldar Mahmudovun oğlu Britaniyadakı əsas şirkətini bağladı15:40Parlamentin növbəti iclasının vaxtı açıqlandı15:36Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA15:31Vilayət Eyvazovdan yeni TƏYİNAT15:28Vilayət Eyvazov bu postun komandirini VƏZİFƏSİNDƏN AZAD ETDİ15:20SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”15:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM19:52Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?19:4465 yaşdan yuxarı şəxslər nə vaxt küçəyə çıxacaq? - AÇIQLAMA19:39Mayın 31-dən sonra sərhədlər açılacaq?19:35Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO19:23DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO19:17İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM19:14İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”19:11Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”19:08Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək - SƏRƏNCAM19:06Prezident nazir müavini təyin etdi11:25May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO11:21Elman Rüstəmov Azərbaycanda iki bankın bağlanmasını şərh edir - CANLI YAYIM19:48Bərdənin icra başçısı vəzifəsindən azad edildi19:40Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – VİDEO19:29Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi19:05Daha bir icra başçısı vəzifəsindən azad edildi18:59Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI: "Nazir müavini olmağım..." - VİDEO18:52Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ18:47Vilayət Eyvazovdan plyonka ilə bağlı sərt göstəriş18:40Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb?18:37Fransa - Azərbaycan işgüzar görüşü keçirildi18:33İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO18:21ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı18:17DTX-dan nazir müavini ilə bağlı ŞOK FAKTLAR -VIDEO12:23“Atabank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ12:17İlham Əliyev rektor təyin etdi - SƏRƏNCAM12:11Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir11:59Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu - FOTO11:44Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO11:00Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”10:54Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb10:51KORONAVİRUS - CANLI STATİSTİKA Yanan "Eurohome" bazarından ən son görüntülər - VİDEO10:43“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür11:29Bakıda kafeyə basqın - 17 nəfər saxlanıldı - VİDEO11:19Adil Vəliyevin rayonunda nələr baş verir... - VİDEO11:12Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO11:03Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri...” - VİDEO10:59"LİDER TV"-nin BÜTÜN ƏMƏKDAŞLARI İŞDƏN ÇIXARILIB10:55Zərdabın icra başçısı da hədəfə gələ bilər10:50GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏMƏKDAR MÜƏLLİMLƏR NİYƏ DƏRS KEÇMİR???10:44Dövlət qurumlarının "dəli" çıxardığı biznesmen yeni məlumatlar açıqladı - VİDEO19:23Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - VİDEO19:17Azərbaycanda koronavirsa 143 yeni yoluxma19:10İlham Əliyev Vladimir Putinə zəng edib19:08İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi - SƏRƏNCAM19:05Prezident onu da vəzifəsindən azad etdi - SƏRƏNCAM19:03İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım - VİDEO11:03Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları10:5650 minlik maşın sürən vayner xanım 190 manat yardım alıb – VİDEO10:52İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”10:48Samuxun da bir əməliyyata ehtiyacı var... - VİDEOLAR10:37Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?- 190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEO10:31Şəmkirdə ancaq Alimpaşa Məmmədovun şələsi fırlanır – VİDEO10:26Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb?10:21İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
BÜTÜN XƏBƏRLƏR
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hər zaman xatırlanan qüdrətli gülüş ustası

10 mar 2020, 15:41   
    164

Hər zaman xatırlanan qüdrətli gülüş ustası

 

Bu gün qüdrətli gülüş ustası, səhnəmizin "qaynana”sı, Akademik Musiqili Teatrın inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalova vəfatından 16 il ötür.

AZƏRTAC xəbər verir ki, geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.

Nəsibə xanım 1916-cı il aprelin 2-də Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə xəstəliyə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad”, "Arşın mal alan” və "Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote”), Ziraldina ("İki ağanın bir nökəri”), Zivər xanım ("Məhəbbət gülü”), Qesiya ("Tiflis nəğməsi”), Gülbadam ("Qız anası”) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana”), Telli ("Böyük dayaq”), Züleyxa ("Ulduz”), Cənnət xala ("Qaynana”), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti”), Əsli xala ("Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Bədii filmlərdə yaratdığı bir sıra obraz "Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib.

Azərbaycanın Xalq Artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

OXŞAR MÖVZULAR