Azərbaycanın dünəni, bu günü, sabahı-Heydər Əliyev
Gündəm / Siyasət / Təhsil
Oxunub: 54
10 май 2023 | 11:06
Azərbaycanın dünəni, bu günü, sabahı-Heydər Əliyev

Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə - dünyasını dəyişdi - deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Həyat həqiqətidir ki, aqillər demişkən, böyük insanların ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür. Dahilik səviyyəsinə yüksəlmiş görkəmli şəxsiyyətlərin həyata gəlişi ilahi varlıq tərəfindən ölçülüb-biçilmiş, həm də qərinələr dönəmində, əsrdə bir dəfə təsadüf edilən hadisə olmaqla yanaşı, qismətlərinə düşmüş ömür payı müddətində onların gördükləri vüsətli tarixi işlərin miqyası, mübaliğəsiz, əsrlərə bərabər tutulur, ölkəsinin, millətinin zəfər salnaməsinə əbədi həkk olunur.
Azərbaycanın, dünya azərbaycanlılarının milli iftixarı, beynəlxalq aləmdə görkəmli dövlət xadimi, mütəfəkkir və dahi siyasətçi kimi şöhrət qazanmış Ulu Öndərimiz Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli həyat və fəaliyyətini, zəngin irsini zaman-zaman öyrəndikcə bu böyük insanın tanrı sevgisi ilə bəxş edilmiş qüdrətli zəkasına, misilsiz idarəetmə istedadına, malik olduğu geniş və çoxşaxəli biliklər dünyasına heyran qalmaya bilmirsən. Heç şübhəsiz, çox az sayda dövlət rəhbəri ola bilər ki, sosial-iqtisadi, ictimai-siyasi, inzibati-hüquqi, humanitar sahələr üzrə bu dərinlikdə zəngin, hərtərəfli elmi-nəzəri və təcrübi məlumatlılıq səviyyəsinə yiyələnmiş olsun.
Yüksək mənəviyyatı, vətənpərvərliyi, saf təbiəti, insanlara sonsuz məhəbbəti ilə xalqın, millətin Müəllimi olmaq şərəfinə ucalmış Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil quruculuğu daim önəmli mövqe tutmuşdur. Cəsarətlə demək lazımdır ki, müstəqil Azərbaycan dövlətinin təhsil qanunvericiliyinin əsasında, bugünədək qazanılmış uğurların təməlində məhz Ulu Öndərin proqram ruhlu, inkişafyönlü ideya və göstərişləri dayanır.
Ulu Öndərin istiqamətverici dəyərli tələblərindən biri də o idi ki, “Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bugünümüzə və gələcəyimizə həsr olunmalıdır”. Dərindən yanaşsaq, bu, böyük məna daşıyan əbədi vəzifədir. Belə nəticə çıxarmaq olar ki, bizim bugünümüz və gələcəyimiz indi və sonra ümumi təhsilə cəlb edilən uşaqları hansı səviyyədə formalaşdırıb milli dəyərlər ruhunda tərbiyə etməyimizdən, onlara dövrə uyğun necə keyfiyyətli təhsil verməyimizdən bilavasitə asılıdır. Demək, ümumi təhsilin də heç vaxt dəyişməyəcək başlıca vəzifəsi məhz bundan ibarətdir.
Dahi şəxsiyyət, əvəzsiz lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, ümumən sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini ozumuzə qaytarması, milli adət-ənənələrimizi yaşamasıdır. Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları Heydər Əliyev zəkasının məhsulu kimi onun müdrik, uzaqgörən rəhbərliyi altında olmuşdur. O, həqiqətən tarixi şəxsiyyət idi. Azərbaycanın dünəni, bu günü və sabahı idi. Heydər Əliyev Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. 2023-cu ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsini hər birimiz xoş ovqat və böyük sevinc hissi ilə qarsilayiriq. Təhsil işçisi olaraq hər birimiz Heydər Əliyevi ağır sınaqlardan müdrikliklə, ağlın, idrakın yenilməz gücü ilə çıxarmış, işığa, nura qovusdurmus ulu öndərimizi minnətdarlıqla yad edirik. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahurudur, milli dövlətçiliyə ehtiramın ifadəsidir.
Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, Heydər Əliyev bütün həyatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir. Eyni zamanda, əsas uğurlardan biri də ondan ibarətdir ki, həyata keçirilən islahatlar içərisində elmin inkişafı prioritet kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Bu baxımdan qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında və s. elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır.
Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, xalqimizin fəxri və qüruru olan Heydər Əliyev də var olacaq və əziz xatirəsi hər birimizin qəlbində əbədi yasayacaq. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.


Mətanət Pirquliyeva
Sumqayıt Dövlət Texniki Kollecin direktoru
“Əməkdar” müəllim
Сегодня, 15:50
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
Сегодня, 15:03
Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”
Сегодня, 14:13
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
Сегодня, 13:21
Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib
Сегодня, 12:24
"Meyxananı böyük səhnəyə atam gətirib"
Сегодня, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Сегодня, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Сегодня, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Сегодня, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Сегодня, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
16-04-2024, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16-04-2024, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb