Impera

XƏBƏR LENTİ
22:11Arvadı Konstitusiya məhkəməsindədi, baldızı Prezident Aparatında: İş adamı məhkəmə hakimini ifşa edir-VİDEO20:35Kardiologiya İnstitutunda nə baş verir? Baş direktor və ətrafı narahatdır13:30Abşeron şadlıq sarayı18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (478)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

XƏSTƏ SƏHİYYƏ, YAZIQ HƏKİM, KÖLƏ PASİYENT… – Haram olsun belə nazirə!

02 avq 2019, 22:42   
    56

 XƏSTƏ SƏHİYYƏ, YAZIQ HƏKİM, KÖLƏ PASİYENT… – Haram olsun belə nazirə!

 

 

 

Xəstə cəmiyyətin səhiyyəsi də xəstə olar – kimdir günahkar?!

İyulan 29-da bütün gücümü səfərbər edib, şəkərli diabet xəstələrinə dövlətin pulsuz verməli olduğu dərmanlarımı almaq üçün poliklinikaya üz tutdum. Bu dərmanları əldə etməyin özü xeyli üzücü bir «prosedur»dur ki, barəsində bir neçə dəfə yazmışam. İndi isə budəfəki «macəra»mı ortaya qoyacam ki, heç olmasa bir qədər təsəlli tapa bilim – onsuz da «Şirəli səhiyyə»nin müalicəvi tərəfindən danışmağın özü yekabaşlıq olardı…

Üz tutdum həkimə – qapısının ağzına «piyli hərflər»lə «endokrinoloq» yazılıb. Həkim və mən bir-birimizə o qədər «yad»ıq ki, hələ indiyə qədər (xəstəliyim 2013-cü ildə aşkarlanıb) ayırd edə bilməmişəm, «endokrinoloq» bu həkimin adıdır, yoxsa soyadı?

Bəs, bu «yad» münasibət haradan qaynanlanır? Qulaq asın, söyləyim. Mən, kasıb bir pasiyentəm – həkimə verməyə pulum yoxdur. Məhz bu səbəbdən dolayı, həkim mənə nifrət bəsləyir – baxışlarından hiss edirəm, amma üzə vurmuram. Həkimin özü isə rəzil gündədir – məvacibi normal yaşamaq üçün ona bəs eləmir. Odur ki, təmas vaxtı gözləri xəstənin gözlərinə yox, ağzına zillənir… ki, onun ağzının qırağında «təzə dolma yağı»nın qalıqlarını tapsın – adam belə «pisniyyətlilik»dən lap ikrah edir! Bax, çağdaş Azərbaycanda həkim-xəstə antaqonizminin səbəbi budur. Bir tərəkəmə atalar məsəlində deyildiyi kimi: «Pəyə (tövlə) dar olanda, günahı inək inəkdə görər…»

Həkim, guya məni müalicə edirmiş kimi, dedi «səni göndərəcəm rentgenə» – get yoxlasınlar. Etiraz etdim – getmirəm, lazım deyil, iki aydan bir rentgendən keçməliyəm?! Qoy, ölkədə hələ ki, vicdanını itirməmiş həkim qalıbsa, söyləsin: bir pasiyent il ərzində neçə dəfə rentgendən keçə bilər ki, normadan artıq «şüa dozası» almasın?

Bəs, nə üçün bu xilafi-həkim məni rentgenə göndərmək istəyir? Cavab çox sadədir – «endokrin» həkimin göndərişi ilə rentgenə getsəm, oradakı «şüa doxduru»na 5 manatverməliyəm – «xəstə səhiyyə»nin yazılmamış qanunudur. Bu pullar toplanacaq və sonradan «endokrin»lə «şüa doxduru» arasında «qardaş malı» kimi bölünəcək. Şübhəsiz, bu bölgüdən «Şirəli nazir»ə də pay çatacaq. Ona görə, yazının başlığında yazdım: HARAM OLSUN BELƏ NAZİRƏ! Həkimlərə toxunmuram – çünki gerçəkdən YAZIQDIRLAR!…

Xeyli çək-çevirdən sonra, nəhayət, «endokrin» xanım mənin pulsuz dərman reseptimi yazıb, verdi əlimə – get, özün bilərsən, öləcəksən! «Daha nəyim qalıb ki, – göz görə-görə əriyirəm, bir gün gec, bir gün tez…» – deyib, o biri poliklinikadakı(poliklinikaların biri Yeni Günəşlinin lap axırında, digəri isə Qaraçuxurda yerləşir – getmək üçün bir neçə avtobus dəyişməlisən və yolpulunu cəmləsən, pulsuz dərmanların haqqını üstələyər!) «pulsuz» aptekə yollandım…

Aptek_141207

Aptekçi qız resepti əlimdən aldı, arxasına bir telefon nömrəsi yazıb, qaytardı və görünməmiş biganəliklə ərz elədi: «Dərmanlar qurtarıb, hər dəfə ayın axırına çatmır – gələn ayın 6-da bu telefona zəng vurarsan, dərmanlar gəlsə, gəlib götürərsən…»

Bir aptekçiyə baxdım, bir reseptə baxdım, bir ətrafa baxdım… və deməyə söz tapmadım. Bilmirəm, bu qız məni analdı, ya yox, amma həmin anda Şirəli nazir əlimə düşsəydi, yüzə-yüz, onu parça-parça eliyərdim! Aptekçidə bir günah görmürəm…

Bax, dərmanlarımın olmaması səbəbindən dolayı, ötən üç gün ərzində bu sətirləri yazmağa hey-hərəkətim olmadı! Fəqət, bu gün qəflətən qışqırdım: Evrika! Yəni ki, tapdım… Nəyi tapmışdım? Nə üçün dərmanların «pulsuz» aptekdə olmadığının gerçək səbəbini tapmışdım. Ani olaraq anladım ki, dərmanlar «pulsuz» aptekdə yoxdursa, deməli, «pullu aptekdə»dir!

Bəs, bunda məqsəd? Həəə, bax, ruslar demiş, «vot, qde sobaka zarıta!». Deməli belə – dərmanlarımı rahatça alıb, geri qayıtsaydım, bu yazı 3 gün öncə ərsəyə gələrdi. Yəni, təxminən belə: Dərmanları «gizlədin» ki, canı ilə əlləşsin, halı olmasın ki, yazıb "mərdimazarlıq” eliyə, etiraz səsini ucalda bilməsin…

Beləliklə, Azərbaycan səhiyyəsinin (ad şərtidir, ona «şirəli səhiyyə» də demək olar – mahiyyət dəyişməz – naqis səhiyyədir!) qarşıya qoyduğu məqsəd göz qabağındadır – millətin kökünü kəsmək! Bunlar hamısı bir yerdə, xeyli zorba bir zəlidir – darışıb millətin cisminə, qanını sorur… ehey, qaniçənlər, yabançılar, oğrular, quldurlar, riyakarlar, dinsizlər, imansızlar… bizdən olmayanlar!!!

Bəs, Azərbaycan səhiyyəsinin belə rəzil duruma gəlməsində KİMDİR GÜNAHKAR?!Təckə «Şirəli nazir»? Əsla! Bəs daha kim(lər)? Suala növbəti yazıda kompetent cavab verməyə çalışacam, Mirzəni izləyin…

Mirzə AĞ
AzPolitika.info

OXŞAR MÖVZULAR