Impera

XƏBƏR LENTİ
15:43Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO15:37190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO15:09Sabahın havası: Yağış, qar, külək14:56Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı...14:50Ən son “Xəbər” Baku TV-də - VİDEO14:40Vilayət Eyvazovdan yeni QƏRAR14:37Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın”! videoçarxı yaydı14:32Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ12:58Siz nə xalqı sayırsız, nə Heydər Əliyevi, nə də təbiəti. Bəs sizin qarşınızı kim ala bilər ???12:39"COVİD-19"un vaksinləri axtarılır - VİDEO11:43ABŞ-da ölü sayı 10 mini keçdi - VİDEO11:40Gürcüstanda “COVID-19”dan 39 nəfər sağalıb - VİDEO11:35SOCAR-dan tələbələrə dəstək - VİDEO11:30Neft bahalaşır11:27İmişlidə narazılıq yaradan kimdir?11:13UNEC-də ilginc onlayn dərs islahatı... - İDDİA11:08Bu gün açılan müəssisədə tibbi maskalar belə istehsal olunur - VİDEO10:30Çindən XOŞ XƏBƏR - Koronavirusdan ölən olmadı10:28Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanında məscidlər bağlı qalacaq10:23Polis: 20 manatım var, 15-ini götür - VİDEO10:17Bakıda "Atletlər kəndi"ndə nə baş verir? - VİDEO21:59Sabahın havası: Yağış yağacaq, güclü külək əsəcək21:55Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb21:53Koronavirus xəstələrini müalicə edən həkimlər rəqs etdilər - VİDEO21:43Müştəri marketdə qadın satıcıya kəllə atdı - VİDEO21:39Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” - VİDEO21:14Akif Çovdarov əfv edildi21:09Günün ən son xəbərləri Baku TV-də - VİDEO21:05Ən son “Xəbər” Baku TV-də - VİDEO21:01Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - VİDEO20:55Rəqsanə 250 azərbaycanlı ailəni HİMAYƏSİNƏ GÖTÜRDÜ — VİDEO20:44Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş - VİDEO20:41SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir20:26SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb20:23İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI15:14"Aeterna Farm"ın 2 milyonluq malı Gömrük Komitəsi tərəfindən heç bir əsas göstərilmədən saxlanılır - VİDEO15:07Koronadan sağaldan təbii vasitələr: yalandır?.. - VİDEO15:04“WhatsApp”da yalan məlumatlar yayan şəxsə xəbərdarlıq olundu15:02Bakıda zibil dolu zirzəmi xəstəlik mənbəyinə çevrilib - VİDEO14:36Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏ14:30Dövlət işçilərin haqqını qoruyur, Cavid Qurbanov isə... - İTTİHAM14:23İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında14:18Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO14:14Yol Polisi bir gündə 1369 nəfəri cərimələdi - VİDEO14:05Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar13:53Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO12:50Hamımız eyni gəmidəyik! - Necəsiniz?!12:35Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü - 7 nəfər öldü12:23"World Telecom" sözündən belə döndü - Əvvəl #kreditinidüşünmə dedi, sonra isə...12:15"LUKOİL sürücülərin cibinə necə girir?! - VİDEO12:07Neftin qiyməti növbəti dəfə ucuzlaşdı12:06Ülvi Mehdiyev: “İcazə SMS-lərindən zarafat üçün istifadə edilir, amma...”11:59Hacı Əbdül vəfat etdi11:51Təbii enerji mənbəyi: “Hernut” keçibuynuzu bəhməzi - VİDEO11:39DGK sədrinin yaratdığı TƏHLÜKƏLİ DURUM - "Səfər Mehdiyev imkan verir ki..."11:33Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi11:26Jurnalistdən icra başçısına: "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır"11:12Marketdə müştəri dəmir pulları kassirin üzünə belə atdı - VİDEO11:05Sadiq Qurbanov seçicilərinə yardım göndərib - Telefonla canlı bağlantı qurub - FOTO - VİDEO10:52Zakir Fərəcovun bacısı oğlu Sumqayıtda ağaclara divan tutur- VİDEO10:48YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda - FOTO - ViDEO10:16SMS icazə sistemi ilə bağlı TƏLİMAT - VİDEO10:09Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər - VİDEO13:41Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO23:56Biri-biriləri yumruqlayan qohumlar və şifer əhvalatı-Abıyevlərin sərgüzətləri22:29Aygün 103 yaşlı nənəylə danışdı: “Həyatın dəyərlidir! Evdə qal" - VİDEO22:22Küçəyə çıxmaq üçün SMS necə yazılmalıdır? - VİDEOİZAH22:08“WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib22:05Karantin qaydalarına əməl etməyənlər: İşçilər maska və əlcəksiz işləyirlər - VİDEO21:54Ölənlərin cəsədləri küçələrə atıldı - VİDEO21:50Evdən çıxan şəxs başına karton keçirərək polisdən belə gizləndi - VİDEO21:45Koronavirus xəstəsi ağlayaraq yalvardı: "Evdən çıxmayın!" - VİDEO21:39Şəhərin simvolik binası həkimlər üçün işıqlandırıldı - VİDEO21:03Koronavirusdan sağalanların sayı 200 mini keçdi20:59İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu20:58ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir20:51Koronavirus testi etmək istəyən həkimlər belə döyüldü - VİDEO20:44Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan - VİDEO20:36Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur20:31Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur...” – VİDEO20:17DİN-dən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”20:12Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı12:23Mikayıl Cabbarova müavin təyin edildi12:16İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO12:09Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEO12:04DİN-dən əhaliyə xəbərdarlıq - VİDEO11:59ABŞ-da xəstələrin sayı sürətlə artır - VİDEO11:57Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən VİDEO11:30Şəhərdə çölə çıxmaq qadağasına məhəl qoyulmur - VİDEO11:20Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən - VİDEO11:17Nazirin korona "qorxusu" - VİDEO11:14Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı23:01Xəstəlik zamanı çay təhlükəlidir?22:48Küçədə görüb mindiyi at onu belə qaçırdı - VİDEO22:41Yasamalda internet klubunun sahibi cərimələndi - VİDEO22:26Azərbaycanda koronavirusdan öləni xəstəxanadan belə apardılar - VİDEO22:17Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb22:15Türkiyədə azan vaxtı çəkilən bu video hamını heyrətə gətirdi - VİDEO22:04Millət vəkili Xızı rayon xəstəxanasında olub - FOTOLAR21:55Ata və oğul fonda 5 min ianə etdilər
BÜTÜN XƏBƏRLƏR
Aprel 2020 (127)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb

25 mar 2020, 17:13   
    27
Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb
Özünü ermənilərin "düşməni” elan edən "Palmali Holding”in prezidenti Mübariz Mənsimovun həbsindən sonra ermənilərin və ya ermənipərəstlərin ona dəstəyi artmaqdadır. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri "görən gözünün olmaması” ilə bağlı görüntü idi.

Hətta bu təbliğatları bəzən o qədər məcradan çıxırdı ki, onun danışdıqlarına qulaq asan insan qarşısındakının gerçək "Azərbaycan Rembo”su olduğunu düşünərdi.
Biz şişirdilmiş yalanlara maraqla qulaq asan insanlarıq. Bir az aldanmağa meyilli olanlar buna inanırlar. Amma az-çox təcrübəli və informasiyalı insanlar heç əvvəldən də Mübarizin goplarına inanmırdılar.
Vaxtilə Eldar Mahmudovdan ilham alan, sonradan ilham mənbəyini müxalifət liderlərinə dəyişən Mənsimov "erməni düşməni” obrazını yaratmaq üçün var-dövlətinin bir hissəsini mediaya səpələmişdi. Amma həbsindən sonra ilk olaraq gün işığına çıxan onun bu manipulyasiyası oldu.
"Palmali” şefinin şişirdilmiş nüfuzunun yerlə bir olmasına birinci addım onun müdafiəsinə qalxan qondarma "Talış-Muğan Respublikası”nın lideri Əlikram Hümbətovun bəyanatı oldu. O Əlikram ki separatçı əməllərinə görə üzün müddət həbs olunmuş, sonra prezident tərəfindən azad edilmiş, Azərbaycan vətəndaşlığına son verilmiş və ölkədən qovulmuşdu. Və bu Əlikram Hümbətov son bir neçə ildir ki, ermənilərin ən qatı müdafiəçisidir.
İstədiyi vaxt Yerevana səfər edir, orada ona ən yüksək səviyyədə diqqət və hörmət göstərilir. Əlikram isə Yerevanda oturub Azərbaycan əleyhinə heç erməninin də ağlına gəlməyən ittihamlar səsləndirir.
Qeyd etdiyimiz bütün bu "keyfiyyətlərə” malik olan Hümbətov M.Mənsimovun həbsinə ilk etiraz edən, onun müdafiəsinə qalxan şəxs olmaqla, bu saxta "erməni düşmənçiliyi”nin ilk pərdəsini qaldırmış oldu.
Bitdimi? Qətiyyən. Daha bir tanınmış şəxs, ermənilərin bir nömrəli müdafiəçilərindən biri də Mübariz üçün mübarizəyə başlayıb. Bu, jurnalist Amberin Zamandır. O, "Al-Monitor”da "Azərbaycanlı milyarderin həbsinin arxasında nə dayanır?” adlı bir yazı paylaşıb. Yazıdan bəzi qeydlər təqdim edəcəyik və əslində, bu müdafiə yazısında nə yazıldığından daha maraqlı olan məqam onun kim tərəfindən qələmə alınmasıdır. Amberin Zaman məqaləsində M.Mənsimov barədə ətraflı informasiya verir və təqdim etdiklərinin, demək olar ki, böyük əksəriyyəti dedi-qodulara və sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanıb.
Məsələn, hələ indiyə kimi ağlı başında olan heç kim M.Mənsimovun onun hakimiyyətə "bac-xərac” vermədiyi üçün həbs olunması versiyasını səsləndirməyib. Amma jurnalist xanım hesab edir ki, iş adamlarına FETÖ ittihamı ilə cinayət işi açmaq hakimiyyətin külli miqdarda pul əldə etmək yollarından biridir.
Bu məqalə ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə, bir məqamı demək lazımdır ki, yazının əvvəlindən sonuna kimi oxuduqda hətta onu müdafiə edən yazıda belə Mənsimovun nə qədər sürüşkən mövqeli şəxs olduğu təəssüratı yaranır.
Bəs Amberin Zaman kimdir? Məncə, onun haqqında danışmağa dəyər.
Milliyyətini belə müəyyənləşdirmək çətin olan bir jurnalistdir. O, ata tərəfdən İran əsilli olan bir banqladeşli, ana tərəfindən isə gürcü, tatar və yörükdür. Nyu-Yorkda anadan olub.
Vaxtilə "Washington Post” və "The Daily Telegraph” qəzetlərinin Türkiyə müxbiri olub. 2007-ci ildən "Taraf” qəzetində, 2010-cu ildə "Habertürk”də köşə yazarı kimi çalışıb.
2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı böyük qalmaqal yaratmışdı. O zaman Ərdoğan bu qadın barədə demişdi:
"Orada da gazeteci kılıklı bir militan çıkmış. Edepsiz bir kadın. "Müslüman ülkede bunu beklemek zor değil mi?” diyor. Haddini bil, haddini. Haddini bil! Eline vermişler bir kalem, gazete köşesinde yazıyorsun. Haddini bil, edepsiz kadın”.
Amberin Zaman uzun müddət Ermənistanın paytaxtı Yerevanda da yaşayıb.
Elə həmin vaxtdan da ermənilərin aktiv təbliğatçısına çevrilən bu jurnalist 2017-ci ildə "zirvəni fəth etdi” və ABŞ-da qoyulan qondarma "erməni soyqırımı” abidəsini ziyarət edərək, türklərin qəzəbinə səbəb oldu.  Həmçinin, ermənilərin "100 saniyə” layihəsinə qatılan jurnalist bu barədə bəzi təqdimatlar da həyata keçirdi. 
Amberin Zaman təkcə ermənipərəst deyil, həm də terror təşkilatı olan PKK-nın sözçüsü kimi tanınır. Türkiyə əleyhinə olan bütün layihələrdə önəmli rolları ifa edən jurnalist PKK-nın ən qaynar qərargahlarından reportajlar hazırlayıb. Və təbii ki, bu reportajlar birmənalı olaraq terrorçuların təbliğatına hesablanmışdı.
İndi görək, bu xanım müxbirin "Vikipediya” səhifəsində nə yazılır:
"Amberin Zaman, "Al-Monitor”un xüsusi müxbiri. Türkiyəli jurnalist. Türkiyədə jurnalist kimi fəaliyyətə başlayan Zaman dünyanın müxtəlif qəzetlərində yazılarla çıxış edib. Onun yazıları Türkiyədəki azlıqların hüquqları ilə əlaqədardır.
... O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır və mütəmadi olaraq öz köşələrində erməni soyqırımını müzakirə edir. 2014-cü ildə Hrant Dink Vəqfinin erməni-türk barışığına həsr olunmuş konfransında iştirak edib. "Erməni soyqırımı”nı həqiqət kimi tanıyan Zaman Türkiyə hökumətinin ermənilərlə əlaqəli tarixi ilə barışmalı olduğunu düşünür”.
O, Türkiyə hökumətinin 24 aprel 2014-cü ildə ermənilərə başsağlığı məktubuna belə reaksiya vermişdi:
"Türkiyənin "erməni soyqırımı”nı tanıyacağına, üzr istəyəcəyinə və qurbanlarına lazımi kompensasiya verəcəyinə inanan bir vətəndaş olaraq, bu gözləntilər baş verməsə də, dövlətin erməni qurbanlarına ilk yazılı məktubunu təqdir edirəm”.
Bu yazıda Amberin Zamanın erməniləri təbliğ edib, türkləri aşağılayan xeyli sayda sitatlar da təqdim edə bilərdik. Onun bir türk düşməni olduğunu oxucuların diqqətinə çatdırmaq yazının əsas qayəsi deyil.
Yuxarıda qeyd etdiyimiz kimi, Əlikramdan sonra beynəlxalq səviyyədə tanınan və ermənilərin əsas müdafiəçisi olan daha bir şəxsin Mübariz Mənsimova "sevgisidir”.
Təəssüf ki, hələ də sosial şəbəkələrdə bir sıra analiz qabiliyyəti aşağı olan soydaşlarımız bu "pul ovçusu”na səmimi olaraq inanır. İnanmaq bir yana qalsın, Mənsimovun mənfi cəhətlərini səsləndirənlər barədə ən ağır söyüşlər yazılır. Dilə gətirilən faktlara məntiqli arqumentlə cavab verə bilməyən "tərbiyəsizlər ordusu” üçün heç bir mənəvi meyarı olmadığı göz önündədir.
Buna inanmayanlar sadəcə sosial şəbəkəni izləsinlər. "Mübariz sevənlər”in bu qədər söyüşə və təhqirə meyilli olması, bütün sərhədləri aşan ifadələrlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının da lazımi addımları atması qaçılmaz hala gəlib.
Qanunvericilikdə sosial şəbəkələrdə təhqir və söyüşlərin məsuliyyət yaratdığını unudan bu idarəolunan qrupun qanun qarşısında cavab verməsi ehtiyacı yaranıb.
Dairəni gördünüzmü? Mənsimovu müdafiə edənlər kimlərdir? Türk xalqına daim düşmən mövqe sərgiləyənlər, ermənilərin aktiv tərəfdarları və yalnız  söyüş söyməyi bacaran bir qrup. Bu, bizim gördüklərimizdir. Türkiyə prokurorluğunun apardığı araşdırmalar nəticəsində ortaya hansı həqiqətlər çıxacaq, bunu da yaxın zamanda görəcəyik.

Korrupsiya.org
OXŞAR MÖVZULAR