Rəşad İsayev : “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz”
Gündəm
Oxunub: 45
27 апр 2023 | 19:43

Binəqədi qəsəbə bələdiyyəsinin sədr əvəzi Rəşad İsayev - Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində ölkəmizin müstəqil, demokratik, sivil dövlət kimi bərqərar olmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verdi, Heydər Əliyevin müdrik siyasi baxışlarından və zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək öz fəaliyyətini mükəmməl siyasi mexanizmlər üzərində qurdu, ölkənin taleyüklü problemlərinin həllində həmişə ön cərgədə oldu, xalqın maraq və mənafelərinin keşiyində durdu. Yarandığı gündən öz siyasi xəttinə bağlılığı, xalq və dövlət qarşısındakı xidmətləri və ölkəmizin dinamik inkişafı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu artırdı və mövqeyini xeyli möhkəmləndirdi. YAP eyni zamanda bölgənin ən güclü və nüfuzlu siyasi qüvvəsi kimi özünü təsdiq etdi. 800 minə yaxın üzvü olan partiyamızın sıraları xüsusilə gənc nəsli təmsil edənlər tərəfindən gündən-günə genişlənir. Bu, çox sevindirici haldır, çünki gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir.

Ümumiyyətlə, Azərbaycan gəncliyinin milli mənəvi dəyərlər ruhunda tərbiyə alması, Vətənə, dövlətə bağlı olması Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttidir. Ulu Öndərin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" və "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" kimi müdrik fikirləri bu gün də gənclər siyasətinin devizidir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev demişdir: "Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür.
Ümummilli Lider Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva da gənc nəslin təlim və tərbiyəsinə, onların müasir biliklərlə yanaşı, milli-mədəni irsə hərtərəfli yiyələnməsinə xüsusi diqqət ayırır.

Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıtdığı günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 20 ildir Prezident İlham Əliyev 15 iyundan başlanan yolu - müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. "Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik", - deyir ölkə rəhbəri İlham Əliyev.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunduğu kimi: "Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
Сегодня, 14:44
Tacikistanda 9 nəfər saxlanılıb - "Crocus" işi
Сегодня, 14:15
Roma Papası 12 qadının ayağını yudu və öpdü
Сегодня, 13:33
Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək - Şərt AÇIQLANDI
Сегодня, 12:55
Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə QATILACAQ
Сегодня, 12:31
Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
Сегодня, 11:41
Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI
Сегодня, 11:06
Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək
Сегодня, 10:36
Ombudsman bəyanat YAYDI
Сегодня, 09:45
Milli Məclis bu gün 21 məsələyə görə TOPLAŞIR
Сегодня, 09:08
Professor Tufan Axundov vəfat etdi
Сегодня, 08:42
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri