Impera

XƏBƏR LENTİ
16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (446)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Fəzail Ağamalı: “Seçkidən sonra o məmurlar hakimiyyətdən gedəcək”

19 mar 2018, 09:59   
    156
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisindən sonra Nazirlər Kabineti istefaya gedəcək və bir ay ərzində yeni hökumət formalaşacaq. Artıq indidən yeni prezidentin təsdiq edəcəyi yeni hökumətdə kimlərin təmsil olunacağı, kimlərin vəzifələrini itirəcəyi barədə ən müxtəlif fikirlər səslənməyə başlayıb.

Belə iddialar var ki, indiki nazirlərdən bəziləri bu hökumətdə yer almayacaq. Hətta Nazirlər Kabinetinin vitse-prezidentlik institutu ilə bir çox hallarda paralellik təşkil etdiyi üçün bu kabinetin tamam buraxılacağı iddia edilir. Ən çox fikirlər isə baş nazir Artur Rasi-zadə ətrafında cərəyan edir. Qocaman baş nazirin yeni hökumətdə yer almayacağı, parlamentin son iclasında sonuncu hesabatını verdiyi bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Korrupsiya.org-a açıqlamasında bildirdi ki, seçkidən sonra yeni hökumətin təsdiq olunması Azərbaycan qanunvericiliyinə və reallığına uyğun bir addımdır: “Prezident seçkisindən sonra baş nazir yenidən təqdim olunur. Mənə elə gəlir ki, 11 aprel seçkisindən sonra Azərbaycanda struktur islahatlarının aparılması daha intensiv bir mərhələyə daxil olacaq. Eyni zamanda, təbii ki, bunun məntiqinə uyğun olaraq, kadr dəyişiklikləri də aparılacaq. Bu, şübhəsizdir. Yeni nazirlərdən kimlərinsə olmayacağı kimi fikirlər səslənir. Nazirlərin işə təyin olunmaları, yaxud çıxarılması cənab prezidentin səlahiyyətlərindədir. Biz, sadəcə, bu və ya digər şəkildə fikirlərimizi bildirə bilərik. Görünən odur ki, ölkə başçısının komandası müəyyən istisnalar olmaqla, kifayət qədər yetkin və peşəkardır. Etimadı az-çox itirən, öz sahəsində durğunluq yaradan, cəmiyyətin sosial sifarişlərini lazımınca qiymətləndirməyən, dünyada gedən proseslərin çağırışlarına cavab verə bilməyən məmurlar hakimiyyətdən gedəcəklər. Necə ki, 2017-ci ilin sonunda vergilər naziri vəzifədən uzaqlaşdırıldı, yerinə islahatçı, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan Mikayıl Cabbarov gətirildi. Bu cür insanların bundan sonra da hakimiyyətin yüksək pilləsinə gətirilməsi istisna olunmur. Çünki bunlar proseslərin məntiqindən irəli gəlir.

Eyni zamanda, bu, kifayət qədər dinamik inkişaf edən, dəyişən dünyada gedən proseslərin çağırışlarına cavab verir. Yəni ölkədə siyasi və iqtisadi təhlükəsizliyin təmin olunması üçün hər şeydən əvvəl iqtisadi inkişafın təmin olunması, bunun dinamik xarakter daşıması, təkcə şəhərlərin deyil, regionların inkişafına diqqət yetirilməsi göz önünə gəlir. Bu baxımdan prezidentin həyata keçirmiş olduğu siyasət ən azından hər il ilin yekunlarına həsr olunmuş yığıncaqlarda prezidentin açılış və yekun nitqlərində bu məqamlar ciddi şəkildə önə çəkilir, proqram xarakterli konkret tapşırıqlar verilir. Prezident təkcə tapşırıqlarla kifayətlənmir, bunları sənədlər, sərəncam və fərmanlarda rəsmləşdirir. Ölkə daxilində əsas vacib olan amillərdən biri sabitliyin təmin olunması, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratiyanın inkişafı, hüquqi və siyasi islahatların durmadan davamlı olaraq davam etdirilməsidir. Növbəti illərdə də əminəm ki, ölkə rəhbəri bu siyasətini davam etdirəcək. Xarici siyasətdə çoxqütblü, şaxələnmiş siyasətə üstünlük verilir, ikitərəfli görüşlər möhkəmləndirilir. Azərbaycan dünyada götürdüyü öhdəliklərə çox sadiq olan, sözü ilə əməli bir olan ölkə imicini qazanıb. Azərbaycan milli maraqlarını təmin edərkən başqa ölkələrin bu maraqlarını tapdalamır. Cənab prezidentin xarici siyasətinin unikal tərəfi budur. Azərbaycan transmilli layihələrin ortaya gətirilməsində və onun müəllifi, təşkilatçısı kimi çıxış etməsində də ciddi uğurlara imza atıb. Bu da dünya miqyasında Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, mövqelərinin güclənməsinə mühüm töhfələr verir. Bunlar daxili siyasətdə də bu və ya digər şəkildə öz təsirini göstərir. Külli miqdarda valyutaların gəlməsi ölkə iqtisadiyyatının inkişafında öz töhfələrini verir. Bütövlükdə bu siyasətdə qarşıdan gələn prezident seçkilərində xalqın mütləq əksəriyyətinin böyük dəstəyi ilə bir daha prezident seçilən cənab İlham Əliyev tərəfindən davam etdiriləcək”.

Deputat Artur Rasi-zadənin vəzifəsi ilə vidalaşacağı ilə bağlı səslənən iddialara da münasibət bildirdi: “Artur müəllim çox dəyərli dövlət adamıdır. İdeyalara, prinsiplərə, Azərbaycanın müstəqilliyinə, ulu öndərimizin siyasi xəttinə və prezidentimizin həyata keçirdiyi bugünkü siyasətə çox sadiq bir insandır, təmənnasız dövlət adamıdır. Yüksək peşəkarlıqla hökumət üzvlərinin bütün fəaliyyətini koordinasiya edə bilir. Xüsusi olaraq, siyasi və iqtisadi sferada olan bizim hökumətin üzvləri, yəni nazirliklər, komitələr və buna bənzər ayrı-ayrı baş idarələr, digər qurumlar cənab Artur Rasi-zadə tərəfindən çox böyük müvəffəqiyyətlə idarə olunur, əlaqələndirilir, bütöv bir komanda halında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə özünün töhfəsini verir. Əslində bu hökumətin prezidentin tapşırıqlarının yerinə yetirilməsində Artur Rasi-zadə spiker rolunu oynayır. Yəni istiqamətləndirici, idarəedici, tənzimləyəciyi rol oynayır. Nə qədər ki, cənab Artur Rasi-zadəni ölkə prezidenti istəyəcəksə, bizim baş nazirimiz öz vəzifəsini icra edəcək. Çünki o, buna layiqdir. Qalan söhbətləri mən ayrı-ayrı şəxslərin düşüncələri və fantaziyalarının məhsulu kimi dəyərləndirirəm”.
OXŞAR MÖVZULAR