İradə Baxışova : Zamanımızın Dahisi - HEYDƏR ƏLİYEV.
Bölgə
Oxunub: 61
28 апр 2023 | 21:42

Kəlbəcər rayon 109 saylı tam orta məktəbin direktoru Baxışova İradə Baxış qızı - “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bu məqamı da böyük fəxr hissi ilə qeyd edirdi ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Liderin misilsiz xidmətləri olmuşdur. Belə ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyasından bəhs edərkən xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli Lider Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirdi. Dahi şəxsiyyət ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövləti, xalqı, öz Vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları faciələr yaddaşlardadır. Həmin dövrdə ölkəyə səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi bütün sahələrdə uğursuzluqlara yol açdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə böyük narazılıqlara səbəb olan addımlardan biri də heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsinin və “türk dili” adlandırılmasının təklif edilməsi oldu. Xalqın rəyi nəzərə alınmadan Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul edilmişdir.
Azərbaycan böyük uçurumun kənarında dayananda, xalqın sabaha ümidləri tamamilə yox ediləndə Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi dövlətinin, xalqının taleyinə biganə qalmadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı bütün sahələrdə inkişaf yoluna çıxardı. Hər bir dövlətin, xalqın kimliyinin, varlığının təqdimatında əsas amil olan dilimizin qorunması məsələsi əsas diqqət göstərilən məsələlər sırasında oldu. Azərbaycan dilinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca Fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Hər zaman bu çağırış edilir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimizi qoruyaq və inkişaf etdirək!
Сегодня, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Сегодня, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Сегодня, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Сегодня, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Сегодня, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Сегодня, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Сегодня, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24-04-2024, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
24-04-2024, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
24-04-2024, 14:49
İntihardan əvvəl məktub yazıbmış
24-04-2024, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək