Impera

XƏBƏR LENTİ
17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (379)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"AZƏRİŞIQ" RƏHBƏRİNİN MARAL SÜRÜSÜ

14 may 2018, 08:45   
    215
"AZƏRİŞIQ" RƏHBƏRİNİN MARAL SÜRÜSÜ


"AZƏRİŞIQ" RƏHBƏRİNİN MARAL SÜRÜSÜ

Kütləvi informasiya vasitələri yaymaq üçün maraqlı hesab etdikləri olayları özləri seçirlər. Həmin hadisələrin sonrakı gedişini oxucu üçün cəzbedici saymırlarsa, daha o mövzuya qayıtmırlar. Təəssüf ki, hətta hüquq-mühafizə orqanlarının etibar edib məlumatları bölüşdükləri aparıcı KİV də bu prinsipə sadiqdir.
Ölkə gündəmini diqqətlə izləyən oxucular bəlkə də xatırlayarlar, Eldar Mahmudovun "MTN imperiyası" yıxılandan dərhal sonra yayılan ilginc məlumatlardan biri də Bakıda bir maraqlı dələduzluq faktı barədə oldu. Məlumatda qeyd edilirdi ki, Bakı sakini 1960-cı il təvəllüdlü Akif Əliyev hüquq-mühafizə orqanlarına müraciət etmiş və ərizəsində bildirmişdi ki, tanıdığı 1982-ci il təvəllüdlü Mədət Bayramov adlı şəxs onu aldadıb, 2014-cü ilin avqust ayında 192 min manat dəyərində 60 baş maralını alıb, amma pulunu verməyib.
O vaxt KİV-in gündəmini zəbt edən həmin olay belə bir sual ortaya çıxarmışdı: "Məgər Azərbaycanda maral saxlanılan fermer təsərrüfatları var?" Saytlardan biri həmin sualı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin direktor müavininə vermiş və cavab almışdı: "Qeyri-mümkündür ki, kimsə 60 baş maralı təbiətdən yığsın və qanunsuz olaraq onu saxlasın. Belə bir fakt varsa, biz araşdırma aparmağa hazırıq. Sadəcə olaraq, hansısa iş adamı xaricdən pulla maral, ceyran ölkəyə gətirə bilər ki, bu da sənaye məqsədi daşıya bilər. Avropa ölkələrində maral ətinin sənaye məqsədilə istehsalı çox populyardır. Çoxlu sayda maral fermaları var. Həmin fermalar ildə 100 minlərlə ton maral istehsal edir. Delikates ətdir. Bazarı formalaşdıran tələb və təklif amili var. Əgər Azərbaycanda belə bir tələbat olarsa, o zaman düşünmək olar”.
Etibarlı mənbədən aldığımız məlumata görə, maral dələduzluğunda adı hallanan Mədət Bayramov adi traktorist imiş. Keçmiş MTN generallarından biri ilə münasibəti hesabına hətta müəssisə yaradıb və "Azərişıq" ASC-dən qeyri-şəffaf tenderlə (və yaxud, heç tender olmadan) iş götürüb, kapitala yiyələnib. General havadarının himayəsindən istifadə edən M. Bayramov alıb-satdığı maralların pulunu A.Əliyevə ödəməyə tələsmirmiş. Borc yiyəsi yalnız iki il keçəndən, yəni MTN-nin süqutundan sonra şikayət etmək üçün özündə cəsarət tapıb.
Belə çıxır ki, bazarda maral ətinə yetərincə tələbat da varmış, maral ətinin sənaye məqsədilə istehsalı barədə düşünüb qayğılanan, biznes quranlar da. Əldə etdiyimiz məlumata görə, məlum pul qalmaqalına səbəb olan 60 baş maralın əsas sifarişçisi o vaxt "Bakıelektrikşəbəkə"nin sədri olan indiki "Azərişıq" ASC-nin rəhbəri Balababa Rzayev imiş. Bildirilir ki, Rzayev Bayramova çox etibar edirmiş və hətta əsas işindən kənar biznes qurmaq planlarını da onunla müzakirə edib məsləhətindən faydalanırmış. Təəssüf, M.Bayramov ondan aldığı pulu maralları gətirən A.Əliyevə verməyərək vasitəçilik etdiyi hər iki tərəfin etimadından sui-istifadə etmişdir. Aydın məsələdir ki, Azərbaycan təbiətindən yığılmayıb hətta Norveçdən gətirilmiş olsa belə, aldığı maral sürüsünün nəhəng buynuzlarını indiyədək gizlətmək B.Rzayevə müyəssər olmamalıydı. Etibarlı mənbədən öyrənmişik ki, Bayramov hüquq-mühafizə orqanlarında dindirilərkən Balababa müəllimin və digər Rzayev qardaşlarının adını çəkib. Lakin B.Rzayev öz nüfuzundan və əlaqələrindən istifadə edərək, xətanı başı üzərindən sovuşdura bilib.
Xatırladaq ki, bir ara "Azərişıq" ASC-nin rəhbərinin təkcə elektrotexnika biznesmeni kimi deyil, həm də Bakıətrafı kəndlərdə, xüsusən də Pirallahı rayonunun Zirə qəsəbəsində "parniklər kralı" kimi tanındığı barədə informasiya yayılmışdı. Məlumata görə, Balababa Rzayev rayondakı istixanalarda yetişdirilən pomidor-xiyar məhsullarının Rusiya bazarlarına çıxarılması işlərini nəzarətdə saxlayır. Həmçinin, parniklərdə istifadə olunan elektrik enerjisinin məsuliyyət yükünü kimin daşıması məsələsi də sorun yaratmışdı. Bu barədə yazılanlar hələ də internet resurslarında qalmaqdadır və Rzayev tərəfindən təkzib olunmayıb. Eləysə, yəni, xiyar biznesi varsa, niyə də maral biznesi olmasın?
Məsələ ilə bağlı "Azərişıq" ASC-nin sözçüsü Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Mətbuat katibi bildirdi ki, araşdırılan informasiyada ehtiva olunanlar tam olaraq "Azərişıq"la əlaqəli olmadığı üçün qeyd olunanlarla bağlı məlumatı yoxdur. Hərçənd, söhbət B.Rzayevin nüfuzundan getdiyi üçün müəyyən vaxt ərzində maraqlanıb öyrənə və bizi məlumatlandıra bilər. Əlavə elədi ki, B.Rzayevin bizneslə məşğul olması barədə hər hansı bir məlumatı yaymaqla KİV oxucunu təəccübləndirə bilməz, çünki B.Rzayev hazırda rəhbərlik etdiyi sahəyə məhz biznesdən gəlib.
Vədələşdiyimiz vaxtda növbəti dəfə əlaqə saxlayanda Tanrıverdi müəllim artıq məsələnin "yerinə çatdığını" dedi: "Maraqlanmışam, o kişinin pulu tam ödənilib".
Mustafayevlə söhbətimizdən belə yəqinlik hasil oldu ki, B.Rzayev maral sürüsü aldığını, eləcə də araşdırdığımız digər məlumatları təkzib etməyib. Sadəcə olaraq öyrənib "yerinə çatıblar" ki, pulunu almış Akif Əliyev təzəlikcə KİV-ə şikayət edib, ya yox. Şikayətlənmədiyini bilincə, arxayınlıq tapıblar.
Məsələni əsla o cür qoymaq fikrimiz olmayıb ki, B.Rzayev maral sürüsü almaqdan ötrü 192 min manat pulu əldə etmək üçün mütləq rəhbərlik etdiyi "Azərişıq" ASC-də korrupsiyaya əl atmalıdır. T.Musafayevin təbirincə fikirləşəndə B.Rzayev bundan sonra hətta bir eskadrilya şəxsi təyyarələr də alsa, ona "bu qədər pulu hardan tapmısan" sualı düşmür - axı o, biznesmen olub. Açıq qalan başqa suallar var ki, onların cavablarını özümüz bulmağa və qəzetimizin irəliləyən saylarında oxucularla bölüşməyə çalışacağıq.

İsmipünhan, "Dərkənar" qəzeti
OXŞAR MÖVZULAR