Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki
---
Oxunub: 2
27 дек 2023 | 10:32
Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki

Geridə qoymağa hazırlaşdığımız 2023-ci il Azərbaycan üçün kifayət qədər uğurlu hesab olunur. Ölkəmizin regional və dünya miqyasında nüfuzunun yüksəlməsi fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artmaqdadır.

Burada ölkənin beynəlxalq arenada reytinqinin artmasında müstəsna rol oynayan Prezident İlham Əliyevin xarici səfərlərini xüsusi qeyd etmək lazımdır. Cari il ərzində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Eyni zamanda məhsuldar səfərlər Azərbaycanın dünya miqyasında əsas oyunçulardan birinə çevrilməsində böyük rol oynayır.

Buunla əlaqədar olaraq Modern.az Prezident İlham Əliyevin bu il xarici ölkələrə səfərlərinin xronologiyasını hazırlayıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Türkiyəyə 4, Macarıstan, Qazaxıstan, Almaniya, BƏƏ, Rusiya və Serbiyaya 2, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Litva, Moldova, Tacikistana 1 dəfə səfər edib.

Bu il Prezidentin ilk xarici səfəri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə olub.

Prezident səfər zamanı BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bildirib.

Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd ediblər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səylərini vurğulayıblar.

Yanvarın 17-də isə Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Dövlət başçısı burada bir sıra dövlətlərin başçıları, şirkət rəhbərləri ilə görüşüb.

Bu il üçüncü səfər isə yanvarın 29-da Macarıstana olub. Yanvarın 30-da Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb. İlham Əliyev və Orban Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.

"Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıb.

Prezidentin bu ölkəyə ikinci səfəri isə avqustun 21-ə təsadüf edir.

Növbəti səfər isə Almaniyaya olub. Belə ki, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Prezidentin Almaniyaya növbəti səfəri martın 13-də olub. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərdə olub. Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Daha sonra Türkiyəy ikinci səfər olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Üçüncü səfər aprelin 29-a təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Daha sonra iyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bu il Prezidentin Mərkəzi Asiya ölkələrinə səfərləri də xüsusi diqqət mərkəzində olub. Aprelin 5-də isə prezidentin Tacikistana səfəri olub. Səfər zamanı Düşənbədə Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Daha sonra aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təklifi ilə Qazaxıstana səfər edib. Prezident noyabrın 9-da isə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində olub. Burada prezident İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirak edib.

Eyni zamanda aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib.

Aprelin 25-də Sofiyada isə “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda isə “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib və prezident toplantıda iştirak edib. Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Brüsseldə növbəti görüş iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə olub. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə olub. Səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Prezidentin son səfəri dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya olub.

Qeyd edək ki, prezident bu il 2 dəfə Rusiyada olub. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Rusiyaya ikinci səfər isə ilin sonuncu səfəri olub. Belə ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Сегодня, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Сегодня, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Сегодня, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Сегодня, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Сегодня, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Сегодня, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Сегодня, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Сегодня, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Сегодня, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Сегодня, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Сегодня, 09:03
Hazırda bu yollarda TIXAC var
Вчера, 16:54
Sabiq nazir evində ölü TAPILDI
Вчера, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
Вчера, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
Вчера, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
Вчера, 14:49
İntihardan əvvəl məktub yazıbmış
Вчера, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
Вчера, 13:46
Prezident 2 fərman imzaladı
Вчера, 13:20
Prezident onu ordenlə təltif etdi
Вчера, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Вчера, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Вчера, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Вчера, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Вчера, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB
Вчера, 09:21
Bu gün 30 dərəcə isti olacaq
Вчера, 08:56
Bakıda tıxac olan yolların sayı artıb - SİYAHI
23-04-2024, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev