Manaf Manafov: Şərəf və qürur tarixi
Sosial
Oxunub: 95
10 ноя 2022 | 07:00
Nərimanov rayon MKTB-nin rəisi Manaf Manafov - 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfər ilə NİDA qoyduğu gündür.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən “Dağlıq Qarabağ”ın heç bir xüsusi statusu olmayacaq. “Dağlıq Qarabağ Muxtar Vilayəti” də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.

Manaf Manafov: Şərəf və qürur tarixi


Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi, yenilməz xalq olduğumuzu göstərdi. Dövlət başçısının bildirdiyi kimi: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Bir sözlə “Dəmir yumruq” əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.

Dövlət başçısı çıxışlarının birində bildirib ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Prezidentin bildirdiyi kimi: “Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur”.

Bu gün zəfər tarixini qeyd edən və regionda yeni reallıqlar yaratmış Azərbaycan Qarabağda böyük abadlıq-quruculuq işləri həyata keçirir. Ermənistan Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın edib. Bu gün Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində həyat qaynayır. Füzülidə, Zəngilanda Beynəlxalq hava limanlarının istifadəyə verilməsi və digər irimiqyaslı layihələr tezliklə bu ərazilərin müasir məkana çevrilərək, əzəli sakinlərinin ixtiyarında olacağından xəbər verir.

Buna görə də 8 noyabr tarixi çox böyük şərəf və qürur bayramıdır, hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.
Сегодня, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Сегодня, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Сегодня, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Сегодня, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Сегодня, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB
Сегодня, 09:21
Bu gün 30 dərəcə isti olacaq
Сегодня, 08:56
Bakıda tıxac olan yolların sayı artıb - SİYAHI
Вчера, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev
Вчера, 18:55
Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım
Вчера, 17:02
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Вчера, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
Вчера, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
Вчера, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
Вчера, 13:59
Onlar əfv olunmaq istəyir
Вчера, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
Вчера, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
Вчера, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
Вчера, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
Вчера, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH
Вчера, 10:07
İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib
Вчера, 09:32
Kürdəmirdə qadın su quyusuna düşüb öldü
Вчера, 09:11
Bürclərin kişiləri ər kimi necədirlər? Nəyi bilməlisiniz və...
22-04-2024, 17:45
Azərbaycanla münasibətlər yüksək səviyyədədir - Putin
22-04-2024, 17:20
Heydər Əliyev BAM-ın inşasında böyük rol oynayıb - Rusiya lideri
22-04-2024, 15:50
Dünya ölkələrinin inflyasiya REYTİNQİ
22-04-2024, 14:40
Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR
22-04-2024, 14:12
Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı