Dövlət qurumlarına edilən zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU
Gündəm / Sosial
Oxunub: 15
22 фев 2024 | 12:24
Dövlət qurumlarına edilən zənglərin əksəriyyəti cavablandırılıb - SORĞU

 Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2023-cü il 8 may - 21 iyun tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq aparılıb.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

Bildirilib ki, monitorinq həm ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nından irəli gələrək, həm də vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti, vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti öyrənir.

Monitorinqin məqsədi əldə edilmiş nəticələrin kəmiyyət göstəriciləri əsasında təhlili ilə müvafiq sahədə səmərəli, effektiv və şəffaf məlumat mübadiləsinə əsaslanan dövlət-cəmiyyət əməkdaşlığının institusional səviyyəsinin yüksəlməsi istiqamətində dövlət siyasətinə töhfə verməkdir.

Monitorinq 5 ali dövlət hakimiyyət orqanı, 25 mərkəzi və 1 yerli icra hakimiyyəti, 10 publik hüquqi şəxs və bir çox dövlət qurumlarının (orqanlarının) kommunikasiya xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyəti araşdırıb.

Monitorinq çərçivəsində 41 dövlət orqanının (qurumunun) kommunikasiya xətlərinə günün birinci və ikinci yarısı üzrə ümumilikdə 1500-ə yaxın zəng edilib. Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda 29 qurumdan 25-nin (bəzi qurumların qaynar xətti eynidir) həm stasionar nömrələrinə, həm də qaynar xətlərinə, 11 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 5 qurumun isə yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur) zənglər edilib.

Ölkə üzrə ümumilikdə 41 dövlət orqanına (qurumuna) məxsus olan stasionar nömrələrin və qaynar xətlərin fəaliyyəti və bu kommunikasiya xətlərinə edilən vətəndaş zənglərinin cavablandırılması üzrə günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinq həyata keçirilib. Dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətini və vətəndaşların zənglərinə cavab vermənin qiymətləndirilməsini nəzərdə tutan monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarına (qurumlarına) məxsus olan stasionar nömrələr və qaynar xətlərin siyahısının tərtibində qurumların rəsmi səhifələrindəki əlaqə bölməsinə istinad edilib.

Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə video qeydiyyatı aparılıb.

Dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin fəaliyyəti və vətəndaşların zənglərinin cavablandırılması üzrə mövcud vəziyyətin qiymətləndirilməsini nəzərdə tutan monitorinq çərçivəsində 41 dövlət orqanının (qurumunun) stasionar nömrələrinə və qaynar xətlərinə edilən 1500-ə yaxın zəngin 71,8%-nə cavab verilib, 28,2%-nə cavab verilməyib (27,3%-nə cavab verilməyib, 0,9% zəng üzrə nömrə aktiv olmayıb). Başqa sözlə, dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətləri üzrə ümumi olaraq 1058 zəngə cavab verilib, 403 zəngə cavab verilməyib, 13 zəng üzrə nömrə aktiv olmayıb.

2022-ci illə müqayisədə 2023-cü ildə dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətləri üzrə cavab verilmiş zənglərin sayı artıb. Belə ki, 2022-ci ildə dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə və qaynar xətlərinə edilən zənglərin ümumi olaraq 62,1%-nə (943 zəng) cavab verilmiş, 37,9%-nə (575 zəng) cavab verilməmişdi.

Stasionar və qaynar xətlər üzrə zənglərə cavab vermə göstəriciləri

Monitorinq edilən dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri üzrə cavab verilmiş zənglər 54,8%, cavab verilməmiş zənglər 45,2% (43,6%-nə cavab verilməyib, 1,6% zəng üzrə nömrə aktiv olmayıb) təşkil edib. Nəticələri rəqəmlərlə ifadə etsək, ümumilikdə stasionar nömrələr üzrə 445 cavab verilmiş zəng, 354 cavabsız zəng olub, 13 zəng üzrə nömrə aktiv olmayıb.

2022-ci ildə dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə edilən ümumi zənglərin 47,6%-nə cavab verilmiş, 52,4%-nə cavab verilməmişdi. Ötən illə müqayisədə 2023-cü ildə stasionar nömrələr üzrə cavab verilmiş zənglərin sayı artıb.

Monitorinq çərçivəsində qaynar xətlərə edilən zənglərin cavablandırılması üzrə daha müsbət dinamika müşahidə edilib. Nəticələrə əsasən, qaynar xətlər üzrə edilən zənglərin mütləq əksəriyyətinə, yəni 92,6%-nə cavab verilib, cəmi 7,4%-nə cavab verilməyib. Yaxud da qaynar xətlər üzrə ümumi zənglərin 613-nə cavab verilib, 49-na cavab verilməyib.

Göründüyü kimi, ümumilikdə dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri ilə müqayisədə qaynar xətləri üzrə vətəndaş zənglərinə daha çox verilib ki, bu da özlüyündə müsbət tendensiyadır.

Qaynar xətlər üzrə cavab verilmiş zənglərin sayı ötən illə müqayisədə əsaslı dərəcədə artıb. Belə ki, 2022-ci ilin monitorinq nəticələrinə əsasən, qaynar xətlərə edilən zənglərin 78,9%-nə cavab verilmiş, 21,1%-nə cavab verilməmişdi.

Stasionar və qaynar xətlər üzrə zənglərə cavab vermə sürətləri

Hər iki kommunikasiya xətti üzrə cavab verilmiş 1058 zəngin 55,1%-nə 10 saniyə, 30,2%-nə 10 saniyə - 1 dəqiqə, 10,3%-nə 1 - 5 dəqiqə, 4,4%-nə 5 dəqiqədən çox müddət ərzində cavab verilib.

Ötən illə müqayisədə kommunikasiya xətləri üzrə cavab verilmiş zənglərin sayında artım müşahidə edilsə də, ilk 10 saniyədə cavab verilmiş zənglərin sayında 24,8%-lik azalma müşahidə edilib. Qeyd edək ki, 2022-ci ildə cavab verilmiş 943 zəngin 79,9%-nə ilk 10 saniyə ərzində cavab verilmişdi.

Nəticələrin kommunikasiya xətləri üzrə təhlilinə əsasən, stasionar nömrələr üzrə zənglərin 58,8%-nə 10 saniyə, 34,7%-nə 10 saniyə - 1 dəqiqə, 5,8%-nə 1 - 5 dəqiqə, 0,7%-nə 5 dəqiqədən çox müddətdə cavab verilib.

Qaynar xətlər üzrə zənglərin 52,4%-nə 10 saniyə, 26,8%-nə 10 saniyə - 1 dəqiqə, 13,6%-nə 1 - 5 dəqiqə, 7,2%-nə 5 dəqiqədən çox müddətdə cavab verilib.
Вчера, 16:54
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
Вчера, 16:22
Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
Вчера, 15:59
“COP29 qarşıdurma arenası olmayacaq”
Вчера, 15:20
İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video
Вчера, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
Вчера, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
Вчера, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
Вчера, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Вчера, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Вчера, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Вчера, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Вчера, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Вчера, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Вчера, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Вчера, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
25-04-2024, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
25-04-2024, 16:38
Prezidentlər birgə nahar etdilər
25-04-2024, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
25-04-2024, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
25-04-2024, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
25-04-2024, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
25-04-2024, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
25-04-2024, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
25-04-2024, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
25-04-2024, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
25-04-2024, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb