Heyvan satışı bazarlarında nöqsanlar aşkarlandı - Fotolar
Gündəm / Sosial
Oxunub: 9
3 апр 2024 | 10:33
Heyvan satışı bazarlarında nöqsanlar aşkarlandı - Fotolar


Respublikada müntəzəm şəkildə fəaliyyət göstərən 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. görə, bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmaması, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması və ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmaması halları və sair nöqsanlar aşkar edilib.

Qiymətləndirmənin nəticələrinə görə, monitorinqə cəlb edilən Abşeron, Ağsu, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Göygöl, İmişli, Masallı, Qəbələ, Salyan, Şamaxı və Zaqatala rayonlarında fəaliyyət göstərən heyvan satışı bazarlarında ərazinin hasarla sərhədlənməsi təmin edilsə də, bir sıra ciddi çatışmazlıqlar müəyyən olunub. Belə ki, bazarlarda mütəmadi olaraq təmizləmə və dezinfeksiya işlərinin aparılmaması, bazarlara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməməsi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarılması kimi nöqsanlar aşkar edilib.

Agentliyin apardığı monitorinqlər zamanı Ağcabədi, Ağdaş, Binəqədi, Beyləqan, Gədəbəy, Göyçay, Sabirabad, Şəki, Tovuz və Xaçmaz rayon və şəhər ərazilərində fəaliyyət göstərən heyvan satışı bazarlarında daha ciddi nöqsanlar aşkarlanıb. Bu bazarların ərazisinin sərhədlənməsi primitiv üsullarla, yəni xəndək qazmaqla və ya məftil hasar çəkməklə təşkil edilib ki, bu da qapalılıq rejiminin qorunmasını təmin etmir. Habelə qazılmış xəndəklərə toplanmış yağış suları tullantılarla zibillənərək antisanitar vəziyyətin yaranmasına səbəb olur. Nəzarət tədbirləri zamanı bazarlarda heyvanların daşınmasının müvafiq təlimatlara uyğun yerinə yetirilmədiyi, ərazidə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin görülmədiyi aşkarlanıb. Bundan başqa, satış üçün bu bazarlarda uyğun şəraitin yaradılmadığı, baytar həkimin nəzarətinin təmin edilmədiyi və digər nöqsanlar da qeydə alınıb.

Bildirilib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Belə ki, respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması vacibdir. Göstərilənlər nəzərə alınaraq, bazar rəhbərlərinə məktublar ünvanlanıb, mövcud nöqsanların aradan qaldırılması üçün müddət təyin edilib və müvafiq təlimatlar təqdim olunub.

Görüləcək tədbirlər sırasında həmçinin bazarların “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürülməsi, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsinin təmin edilməsi işləri həyata keçiriləcək. Hazırda Agentlik tərəfindən davam etdirilən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək. Bu sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də istehlakçılar onları maraqlandıran suallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.




Вчера, 16:43
KİV: Naməlum şəxs İranın Parisdəki konsulluğunu partlatmaqla təhdid edir
Вчера, 16:22
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
Вчера, 15:50
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
Вчера, 15:03
Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”
Вчера, 14:13
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
Вчера, 13:21
Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib
Вчера, 12:24
"Meyxananı böyük səhnəyə atam gətirib"
Вчера, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Вчера, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Вчера, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Вчера, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Вчера, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur