Impera

XƏBƏR LENTİ
22:44Xərçəngdən milyonlar qazanan “lal” deputatın biznes imperiyası - SİYAHI22:35Cavid Qurbanov “TOPAZ”çı Vəsilə Abdulovanı deputat seçdirir22:30Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir18:10Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir17:51Adı gizli saxlanılan namizəd Şahin Seyidzadə17:41Kirayə mənzillərin qiyməti Bakıda da, Xırdalanda da eynidir? – “Bu, absurddur”17:34İmişli Prokurorluğunun qarşısında etiraz aksiyası -VİDEO17:25"Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq" - "Qəbələ"nin futbolçusu17:08Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO16:10Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşdu: ölən var14:08Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb13:54Bakıda havanın temperaturu 0°-yə düşəcək13:35Fəzail Ağamalı ilə bağlı qalmaqal: - Ziyarətdən sonra “şotu” verib13:16Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? - İDDİA12:5646 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib12:54TANINMIŞ VƏKİL SEÇİCİLƏRLƏ İLK GÖRÜŞÜNÜ KEÇİRDİ - FOTOLAR12:52"Bu Milli Məclisin köhnə heyətini Prezident qovmuşdu axı..." - ETİRAZ12:41Elman Nəsirov Cəlilabadda rüsvay oldu - FOTO12:06"Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." - GİLEY11:14Lerikdə yaşanan məmur özbaşınalığı - İTTİHAM10:54Deputatlığa namizədlərin nəzərinə: hesabatlar bu gündən təqdim edilməlidir10:32Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib10:1320 Yanvar faciəsindən 30 il ötür16:30İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib16:28Binəqədidə YAP namizədləri ilə görüş keçirildi14:37Ermənilərin Rusiyadakı “boz kardinalı” Lavrov istefaya gedir?14:13Sahil Babayev: - "Pensiyalar yenidən artırılacaq"13:34Vəzifədən qovulmuş sabiq müavin Şahin İsmayılovun təbliğat-təşviqat işlərini aparır – Beyləqanda NARAZILIQ13:08AMİ-nin Qazax və Gəncə filalından saxta diplom əldə ediblər – Füzulidə saxta diplomlu bağça müdirlərini kimlər müdafiə edir?12:54Trampdan gözlənilməz çağırış: “İranı yenidən nəhəngə çevirək!”12:322 saylı uşaq evində ZÜLÜM – Xəstə uşaqlar belə döyülüm TƏHQİR EDİLİR (ŞOK VİDEO)11:17Azərbaycanın UEFA-nın Feyr-Pley reytinqində yeri AÇIQLANIB10:59Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR22:25İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat22:24Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...22:20MSK Zahir Əzəmətin şikayətini təmin etmədi – Namizəd Apelyasiya Məhkəməsinə şikayət edəcək22:17“Müştərilər vəsaitlərinin batmasından qorxurlar” - Fazil Məmmədovun bankında nələr baş verir?22:15DYP-nin ləğvi tələb olunur: Ya da sistem kökündən dəyişsin17:29Ermənistanın sabiq “baş çekistinin” ölümü: Paşinyan hədəfə alınıb - ŞƏRH17:20“Sovetski”də 8 milyona torpaq satılır - Fotofakt16:57Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI16:27Ən qızğın mübarizə bu dairələrdə gedəcək — SİYAHI15:42"Hər kəs ulduz ola bilməz"15:27SON DƏQİQƏ: Gəncədə silahlı şəxslərlə polis arasında atışma: Yaralı var14:00Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı12:41Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO12:23İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM12:05AQTA ötən il 405 sahibkarlıq subyektinin qeydiyyatından imtina edib12:00Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"11:47Baş nazir qurumlar qarşısında vaxt qoydu11:22Şəmkirdə YAP-ın namizədi vaxtından qabaq təbliğat-təşviqat kampaniyasına başladı -FOTOFAKT10:56"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY10:13230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB09:53"Roma" 1/4 finalda09:32Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ09:16Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlayıb08:44Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək23:00Sahibkarlar hakimlərdən-İMAN NAĞIYEV VƏ İLHAM ƏHMƏDOVDAN PREZİDNTƏ ŞİKAYƏT ETDİLƏR…18:32Kominin Daxili İşlər naziri rüşvət ittihamı ilə saxlanılıb18:28Eldar Namazovdan Ramiz Mehdiyevə sensasion ittiham – 100 dollarlıq titul18:25Vilayət Eyvazov müşavirə keçirdi - Tapşırıqlar verdi18:23Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”18:01Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA17:48Putin: “Rusiya prezident respublikası olaraq qalacaq”17:31Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI17:13İlham Əliyev Naxçıvana 8,8 milyon manat ayırdı16:48Musa Şəkiliyevin durumu gərgindir - İDDİA16:30Bakının gözəlləşməsini istəməyənlər...16:04Çempionlar Liqasının formatı DƏYİŞDİRİLƏ BİLƏR15:34Livanda gərginlik: 35 nəfər yaralandı15:05Azərbaycanda vergi daxilolmalarının həcmi tarixi maksimuma çatıbv14:35Putin növbəti seçkidən sonra bu vəzifəni tutacaq14:18İki qurum birləşdirilir, Samir Şərifov yola salınır - Şok təfərrüat13:27Nərminin anası ŞOK FAKTLAR açdı: "Qızım qatildən qaçıb, qonşular görüb xəbər verməyib" - VİDEO13:13Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq12:52"İslahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir" - PA rəsmisi12:37Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI12:09UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb11:31Bur tibb ocağı yox, qəssabxana imiş... - GİLEY11:13“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm” - GİLEY10:37Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:17“Aqrar Tədarük və Təchizat” ASC-də böyük yeyinti - İTTİHAM09:57Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu20:59Rizvan Mirzəyev Salyan DYP postu ilə bağlı nazirə müraciət etdi - VİDEO18:30Cənab "baş bankir" bankları başdı başına buraxsanız gedib "Bank of Baku" olacaqlar......18:09Yeni gəmiyə və Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə Xoşbəxt Yusifzadənin adı verilib - SƏRƏNCAM17:45“Salyan OİL” şirkətinin fəhlələri etiraz aksiyası keçirdilər17:31Qazax və Ağstafada düşmən təx­ribatının qarşısı alınıb - DSX15:24İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - FOTO15:16Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT15:11Namizədliyi irəli sürülmüş indiki deputatlara xəbərdarlıq edilib: - Fəal olmasanız, seçilməyəcəksiniz15:05Arda Turandan gözlənilməz seçim14:30"“Böyük İyirmiliyin” mövcudluğu G7-nin vacib məsələləri həll edə bilmədiyini göstərir”14:17«Bravo» bizdən hər məhsula görə 500 MANAT İSTƏYİR» - GİLEY13:57"Deyirlər, bunlar da sevgilidir"13:32Tiflisdə kazinoda 270 min dollar uduzan deputat oğlu da seçkiyə qatılıb12:36Prezidentdən ciddi tapşırıq: Rüşvətxorluğa son qoyulsun!12:12Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...11:579 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...11:38Göygöldə kimlər narazılıq yaradır? - ETİRAZ
BÜTÜN XƏBƏRLƏR
Yanvar 2020 (314)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yol polisində edilən dəyişikliklərin əsl SƏBƏBLƏRİ BUNLARDIR

13 yan 2020, 16:45   
    9
Yol polisində edilən dəyişikliklərin əsl SƏBƏBLƏRİ BUNLARDIR
 
Yol polisində edilən dəyişikliklərin əsl SƏBƏBLƏRİ BUNLARDIR

Azərbaycanda yol polisi hər zaman gündəmdə olan bir sahə olub. Cəmiyyətin ən çox danışdığı, medianın daha çox yazdığı sahələrdən biri də məhz yol polisidir. Uzun illərdir cəmiyyət olaraq yol polisində islahatların aparılmasına çağırışlar edirdik. Və general-polkovnik Vilayət Eyvazov daxili işlər naziri təyin edildikdən sonra bu sahədə xeyli dəyişikliklərə imza atdı. İlk növbədə Baş Dövlət Yol Polisi İdarəsində dəyişikliklər edildi. Ardınca yol polisinin geyimi, istirahət və iş rejimi dəyişdi. Sürücü-polis münasibətlərinə xələl gətirən hərəkətlərə qarşı çox sərt mübarizə başladı. Buna görə onlarla yol polisi əməkdaşı işdən və ya daxili işlər orqanlarından kənarlaşdırıldı.

Respublikanın bir neçə rayonunda DYP rəisi dəyişdirildi, gənc kadlar irəli çəkildi. Yol polisində şəxsi heyətin iş və istirahət rejimində yenilik edildi. Eyni zamanda, Bakı şəhər DYP İdarəsində məşhur otaqların bir çoxu ləğv edildi, otaqlardakı əməkdaşların bir qismi yol nəqliyyat hadisəsi inspektoru kimi, bir hissəsi isə yollarda xidmət edən əməkdaşlar kimi işə cəlb edildi. Bu günlərdə isə Bakı şəhər DYP İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov daxili işlər nazirinin əmri ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərildi.

Nüşrəvan Səfərov uzun illərdir bu sahədə çalışan peşəkar kadrlardan biri idi. Cəmiyyətdə gedən prosesləri yaxından izləyən rəis idi. İlk dəfə məhz onun dövründə yol polisi cəmiyyətə daha yaxın olmaq üçün sosial şəbəkədə səhifə yaratdı, əlamətdar günlərdə sürücülər, piyadalar və yol polisi əməkdaşları üçün mədəni-kütləvi tədbirlər keçirildi. Şəxsən mənim təkliflərim əsasında sabiq rəis Nüşrəvan Səfərovun və onun müavini, YPX Alayının sabiq komandiri, polkovnik Rəşadət Babayevin, Alayın hazırkı komandiri, polkovnik-leytenant Malik İbrahimovun dəstəyi ilə sürücü və piyadaların maarifləndirilməsi istiqamətində bir neçə tədbir həyata keçirildi. Onlar Avtosfer.az saytında və digər mətbuat orqanlarında yol polisinin və Bakıda hərəkətin təşkilinə aid olan hər bir yazıya ciddi reaksiya verir, dərhal həllinə göstəriş verirdilər. Düzdür, aramızda bəzən fikir ayrılığı, narazılıqlar da olurdu. Lakin görülən işlər ümumən hərəkətin təhlükəsizliyi üçün idi. Ümid edirəm ki, DYP-nin yeni rəhbərliyi də bu cür işlərin davam edirilməsində maraqlı olacaq.Toxunmaq istədiyim əsas məsələ yol polisində aparılan islahatları başqa məcraya yönləndirib cəmiyyətdə çaşqınlıq yaratmaq istəyi ilə bağlıdır. Birincisi, Nüşrəvan Səfərov hansısa nöqsana görə yox, yaş həddinə görə təqaüdə göndərilib. Onun 60 yaşı tatmam olmuşdu və nazir də buna görə onu təqaüdə göndərdi. Kimsə onun otağına kamera və ya radar qoyulması barədə gülünc xəbərlər yaymaqla məsələnin mahiyyətini dəyişməyə cəhd göstərir. Birincisi, bütün radarlar və kameralar Baş DYP İdarəsinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub. Həmin xüsusi texniki vasitələrə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycanda kiminsə otağına kamera qoyub sürücülərə cərimə yazması sadəcə gülməli fikirdir. Nüşrəvan Səfərovun və Rəşadət Babayevin otağında kamera var idi. Onu da mən dəfələrlə gördüyüm üçün izahını verirəm ki, bəziləri bilsin. Rəisin otağındakı monitordan iki yerə baxmaq olurdu. Biri özünün qəbul otağına, digəri isə vətəndaşların qəbulu üçün nəzərdə tutulan 108-ci otağa baxırdı. Məncə, bu kameraların olması qəbahət deyil. Rəşadət Babayevin otağındakı monitordan da yalnız qəbula gələnləri görmək mümkün idi.Rəşadət Babayev Bakıda avtoxuliqanlığın kökünü kəsənlərdən biri olub. Onun və Malik İbrahimovun xidmətləridir ki, bu gün "Beşmərtəbə” dairəsində və ya başqa yerlərdə şou göstərən avtoxuliqanlar yığışıb şou göstərə bilmir, əhalinin dincliyi təmin edilir. Məhz onların sayəsində Bakıda at oynatmağa çalışan sürücülərin əl-ayağı bağlandı. Çünki onlar bu cür hoqqabaz sürücülərə qarşı sərt mübarizə aparıblar. Bu gün Rəşadət Babayevdən, Malik İbrahimovdan narazı qalan sürücülər yalnız həmin sürücülər ola bilər.

Rəşadət Babayevdən narazı olan bir qrup da vardı ki, onlar da xorultulu səs çıxaran motosikletlərlə Bakını yarış meydanına çevirmək istəyən baykerlər idi. Bəzilərinə xoş gəlsə də, şəhərin mərkəzi küçələrində yaşayan insanlar gecələr xorultulu səs çıxaran avtomobillərin, motosikletlərin səsindən evlərində rahat yata bilmədiklərini dilə gətirib şikayət edirdilər. Adını çəkdiyim DYP zabitləri məhz bu cür intizamsız sürücülərin qarşısında dayanıblar.Nüşrəvan Səfərovla Rəşadət Babayevin vəzifədən azad edilməsi daxili işlər naziri Vilayət Eyvazovun apardığı islahatdır. Bu islahatı cəmiyyət də istəyirdi. O zaman bu adamların işdən çıxarılmasından şou yaratmaq nəyə lazımdır? Həm deyirlər, DYP-də niyə islahat aparılmır, həm də aparılan islahatlarda "qara nöqtə” axtarmağa çalışırlar. Bir neçə ay öncə yazırdılar ki, Nüşrəvan Səfərovun 60 yaşı tamam olub, qanunla vəzifədə qala bilməz. Nazir də buna əsaslanıb onu təqaüdə göndərdi. İndi də başlayıblar ki, otağında kamera var idi, ona görə işdən çıxarılıb. Əslində, o buna 6 ay əvvəl hazırlaşırdı...

Rəşadət Babayevin işdən çıxarılması da aparılan islahatların tərkib hissəsidir. Birincisi, Rəşadət Babayev DİN-in sərəncamına götürülüb. Yəni, başqa vəzifəyə də təyin edilə bilər. Yəni bəziləri tam əmin olsun ki, nazir onu hansısa nöqsana görə işdən azad etməyib. Yeri gəlmişkən, onun haqqında yayılan əsassız xəbərlər Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təkzib edildi.

Bakı şəhər DYP İdarəsinə təyin edilən yeni rəis, polkovnik-leytenant Rəşid Piriyev uzun illərdir daxili işlər orqanlarında çalışır. Məşhur Bərdə taborunun yardılmasında yaxından iştirak edib. Qarabağ müharibəsində bir qardaşı şəhid olub. Özü peşəkar kəşfiyyatçı kimi bir çox uğurlu əməliyyatlar keçirib. Polis əməkdaşı olaraq nizam-intizam məsələlərinə çox həssas yanaşır. Görünür, daxili işlər naziri Vilayət Eyvazov məhv bu keyfiyyətlərinə görə onu Bakı şəhər DYP İdarəsinə rəis təyin edib. Diqqət etsəniz görərsiniz ki, Rəşid Piriyevin idarə rəisi, Malik İbrahimovun isə Alay komandiri təyin edilməsindən sonra paytaxtda nəqliyyatın hərəkətində intensivlik artıb. Konkret olaraq 20 Yanvar dairəsi, "Koroğlu" metrosunun ətrafı, daha çox sıxlıq müşahidə olunan küçələr, yollar, yolayrıcları, təhlükəli piyada keçidləri nəzarətə götürülüb və hərəkətin təhlükəsizliyi təmin edilib. Yəni, aparılan islahatlar artıq müsbət nəticələrini göstərməkdədir.

Bəziləri onu da anlasın ki, islahatlar ölkənin bütün strukturlarında gedir. Prezident Adminstrasiyasından tutmuş, Milli Məclisə, icra hakimiyyətlərinə qədər hər yerdə islahat aparılır və bu işlərin başında cənab Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Təbii ki, DYP də islahatdan kənarda qala bilməzdi. İslahat deyərkən isə sadəcə DYP-də bağban işləyən Fətiş dayı işdən çıxarılmalı deyildi. Yəni, islahat dəyişiklik deməkdir.

Əminəm ki, bu islahatlar DYP-də xeyli dəyişikliklərə gətirib çıxaracaq. İslahatlar bununla bitməyəcək, yaxın vaxtlarda yol polisi əməkdaşlarının nizam-intizamında, sürücülərlə münasibətində də bunu görəcəyik.

Onu da deyim ki, yollarımızda təhlükəsizliyin təmin edilməsi üçün artıq DYP tərəfindən ciddi layihələr hazırlanır və mən bu işləri yaxından izlədiyim üçün yaxın vaxtlarda bir çox yeniliklərin baş verəcəyinə əminəm. Bütün bunlar isə vətəndaş məmnunluğunun artırılmasına, yol qəzalarının sayının azalmasına, xidmətin daha da yüksəldilməsinə, cəmiyyətdə polisin nüfuzunun artırılmasına yönəlib.(modern.az)

OXŞAR MÖVZULAR