Impera

XƏBƏR LENTİ
21:53Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:44Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA21:38Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”21:35Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR - VİDEO21:31Prezidentdən koronavirusa görə altı modul tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM15:43Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO15:37190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO15:09Sabahın havası: Yağış, qar, külək14:56Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı...14:50Ən son “Xəbər” Baku TV-də - VİDEO14:40Vilayət Eyvazovdan yeni QƏRAR14:37Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın”! videoçarxı yaydı14:32Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ12:58Siz nə xalqı sayırsız, nə Heydər Əliyevi, nə də təbiəti. Bəs sizin qarşınızı kim ala bilər ???12:39"COVİD-19"un vaksinləri axtarılır - VİDEO11:43ABŞ-da ölü sayı 10 mini keçdi - VİDEO11:40Gürcüstanda “COVID-19”dan 39 nəfər sağalıb - VİDEO11:35SOCAR-dan tələbələrə dəstək - VİDEO11:30Neft bahalaşır11:27İmişlidə narazılıq yaradan kimdir?11:13UNEC-də ilginc onlayn dərs islahatı... - İDDİA11:08Bu gün açılan müəssisədə tibbi maskalar belə istehsal olunur - VİDEO10:30Çindən XOŞ XƏBƏR - Koronavirusdan ölən olmadı10:28Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanında məscidlər bağlı qalacaq10:23Polis: 20 manatım var, 15-ini götür - VİDEO10:17Bakıda "Atletlər kəndi"ndə nə baş verir? - VİDEO21:59Sabahın havası: Yağış yağacaq, güclü külək əsəcək21:55Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb21:53Koronavirus xəstələrini müalicə edən həkimlər rəqs etdilər - VİDEO21:43Müştəri marketdə qadın satıcıya kəllə atdı - VİDEO21:39Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” - VİDEO21:14Akif Çovdarov əfv edildi21:09Günün ən son xəbərləri Baku TV-də - VİDEO21:05Ən son “Xəbər” Baku TV-də - VİDEO21:01Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - VİDEO20:55Rəqsanə 250 azərbaycanlı ailəni HİMAYƏSİNƏ GÖTÜRDÜ — VİDEO20:44Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş - VİDEO20:41SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir20:26SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb20:23İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI15:14"Aeterna Farm"ın 2 milyonluq malı Gömrük Komitəsi tərəfindən heç bir əsas göstərilmədən saxlanılır - VİDEO15:07Koronadan sağaldan təbii vasitələr: yalandır?.. - VİDEO15:04“WhatsApp”da yalan məlumatlar yayan şəxsə xəbərdarlıq olundu15:02Bakıda zibil dolu zirzəmi xəstəlik mənbəyinə çevrilib - VİDEO14:36Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏ14:30Dövlət işçilərin haqqını qoruyur, Cavid Qurbanov isə... - İTTİHAM14:23İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında14:18Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO14:14Yol Polisi bir gündə 1369 nəfəri cərimələdi - VİDEO14:05Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar13:53Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO12:50Hamımız eyni gəmidəyik! - Necəsiniz?!12:35Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü - 7 nəfər öldü12:23"World Telecom" sözündən belə döndü - Əvvəl #kreditinidüşünmə dedi, sonra isə...12:15"LUKOİL sürücülərin cibinə necə girir?! - VİDEO12:07Neftin qiyməti növbəti dəfə ucuzlaşdı12:06Ülvi Mehdiyev: “İcazə SMS-lərindən zarafat üçün istifadə edilir, amma...”11:59Hacı Əbdül vəfat etdi11:51Təbii enerji mənbəyi: “Hernut” keçibuynuzu bəhməzi - VİDEO11:39DGK sədrinin yaratdığı TƏHLÜKƏLİ DURUM - "Səfər Mehdiyev imkan verir ki..."11:33Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi11:26Jurnalistdən icra başçısına: "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır"11:12Marketdə müştəri dəmir pulları kassirin üzünə belə atdı - VİDEO11:05Sadiq Qurbanov seçicilərinə yardım göndərib - Telefonla canlı bağlantı qurub - FOTO - VİDEO10:52Zakir Fərəcovun bacısı oğlu Sumqayıtda ağaclara divan tutur- VİDEO10:48YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda - FOTO - ViDEO10:16SMS icazə sistemi ilə bağlı TƏLİMAT - VİDEO10:09Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər - VİDEO13:41Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO23:56Biri-biriləri yumruqlayan qohumlar və şifer əhvalatı-Abıyevlərin sərgüzətləri22:29Aygün 103 yaşlı nənəylə danışdı: “Həyatın dəyərlidir! Evdə qal" - VİDEO22:22Küçəyə çıxmaq üçün SMS necə yazılmalıdır? - VİDEOİZAH22:08“WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib22:05Karantin qaydalarına əməl etməyənlər: İşçilər maska və əlcəksiz işləyirlər - VİDEO21:54Ölənlərin cəsədləri küçələrə atıldı - VİDEO21:50Evdən çıxan şəxs başına karton keçirərək polisdən belə gizləndi - VİDEO21:45Koronavirus xəstəsi ağlayaraq yalvardı: "Evdən çıxmayın!" - VİDEO21:39Şəhərin simvolik binası həkimlər üçün işıqlandırıldı - VİDEO21:03Koronavirusdan sağalanların sayı 200 mini keçdi20:59İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu20:58ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir20:51Koronavirus testi etmək istəyən həkimlər belə döyüldü - VİDEO20:44Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan - VİDEO20:36Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur20:31Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur...” – VİDEO20:17DİN-dən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”20:12Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı12:23Mikayıl Cabbarova müavin təyin edildi12:16İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO12:09Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEO12:04DİN-dən əhaliyə xəbərdarlıq - VİDEO11:59ABŞ-da xəstələrin sayı sürətlə artır - VİDEO11:57Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən VİDEO11:30Şəhərdə çölə çıxmaq qadağasına məhəl qoyulmur - VİDEO11:20Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən - VİDEO11:17Nazirin korona "qorxusu" - VİDEO11:14Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı23:01Xəstəlik zamanı çay təhlükəlidir?22:48Küçədə görüb mindiyi at onu belə qaçırdı - VİDEO22:41Yasamalda internet klubunun sahibi cərimələndi - VİDEO
BÜTÜN XƏBƏRLƏR
Aprel 2020 (132)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı

24 mar 2020, 09:35   
    22
Baş infeksionist koronavirusun əsas əlamətlərini açıqladı
"Koronovirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas yoxdur”.

Bu sözləri koronavirus infeksiyasının Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqqında Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bildirib ki, açıqlama verdiyi anadək dünyada 200 mindən artıq adamın koronavirusla xəstələnməsi hadisəsi aşkarlanıb: "Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox xəstələnmə halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə Avropa ölkələrində müşahidə olunur. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir”. 
Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı: "Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmizdə koronavirusa yoluxma faktının ilk və əsas səbəbi bu oldu”. C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın özünü bu virusdan qorumasıdır:
"Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə bir metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da azalır.
Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir”. 
Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş yayıldığı ölkələrə getməməyi tövsiyə edir.
Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır:
"Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda səkkiz, ən azı yeddi saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil. Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür”. 
Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib ki, bu virus digər pespirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir: "Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini bir yaşdan 19 yaşa qədər, 80 faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir.
Ağırlaşma da daha çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı insanlar özlərini gözləməlidir.
Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma, boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olubsa, qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır. Zəruri tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda önəmli rol oynayır. 
Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır. Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını almağa nə qədər cəhd etsək də, rast gəlinəcək. Başlıca məqsəd yayılma tempini aşağı salmaqdan ibarətdir”.
Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda olaraq  xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar xarici valyuta almaq üçün banklara üz tutur, orada sıxlıq yaranır. Belə yerlərdə maska taxmaq məsləhət görülür. 
C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa, karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.
Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə çıxacağımıza əminliyini ifadə edib. 
 
Korrupsiya.org
OXŞAR MÖVZULAR