Impera

XƏBƏR LENTİ
21:38Sahil Babayev: “Sığorta haqlarının yığımlarında azalmalar olacaq”21:35Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR - VİDEO21:31Prezidentdən koronavirusa görə altı modul tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM15:43Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO15:37190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VİDEO15:09Sabahın havası: Yağış, qar, külək14:56Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı...14:50Ən son “Xəbər” Baku TV-də - VİDEO14:40Vilayət Eyvazovdan yeni QƏRAR14:37Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın”! videoçarxı yaydı14:32Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ12:58Siz nə xalqı sayırsız, nə Heydər Əliyevi, nə də təbiəti. Bəs sizin qarşınızı kim ala bilər ???12:39"COVİD-19"un vaksinləri axtarılır - VİDEO11:43ABŞ-da ölü sayı 10 mini keçdi - VİDEO11:40Gürcüstanda “COVID-19”dan 39 nəfər sağalıb - VİDEO11:35SOCAR-dan tələbələrə dəstək - VİDEO11:30Neft bahalaşır11:27İmişlidə narazılıq yaradan kimdir?11:13UNEC-də ilginc onlayn dərs islahatı... - İDDİA11:08Bu gün açılan müəssisədə tibbi maskalar belə istehsal olunur - VİDEO10:30Çindən XOŞ XƏBƏR - Koronavirusdan ölən olmadı10:28Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanında məscidlər bağlı qalacaq10:23Polis: 20 manatım var, 15-ini götür - VİDEO10:17Bakıda "Atletlər kəndi"ndə nə baş verir? - VİDEO21:59Sabahın havası: Yağış yağacaq, güclü külək əsəcək21:55Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb21:53Koronavirus xəstələrini müalicə edən həkimlər rəqs etdilər - VİDEO21:43Müştəri marketdə qadın satıcıya kəllə atdı - VİDEO21:39Koronavirusa yoluxan tibb bacısı: “Cəhənnəm əzabı çəkirəm” - VİDEO21:14Akif Çovdarov əfv edildi21:09Günün ən son xəbərləri Baku TV-də - VİDEO21:05Ən son “Xəbər” Baku TV-də - VİDEO21:01Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - VİDEO20:55Rəqsanə 250 azərbaycanlı ailəni HİMAYƏSİNƏ GÖTÜRDÜ — VİDEO20:44Dünənki yanğında balkondan yıxılıb ölən müəllim imiş - VİDEO20:41SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir20:26SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb20:23İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI15:14"Aeterna Farm"ın 2 milyonluq malı Gömrük Komitəsi tərəfindən heç bir əsas göstərilmədən saxlanılır - VİDEO15:07Koronadan sağaldan təbii vasitələr: yalandır?.. - VİDEO15:04“WhatsApp”da yalan məlumatlar yayan şəxsə xəbərdarlıq olundu15:02Bakıda zibil dolu zirzəmi xəstəlik mənbəyinə çevrilib - VİDEO14:36Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏ14:30Dövlət işçilərin haqqını qoruyur, Cavid Qurbanov isə... - İTTİHAM14:23İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında14:18Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO14:14Yol Polisi bir gündə 1369 nəfəri cərimələdi - VİDEO14:05Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar13:53Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı - VİDEO12:50Hamımız eyni gəmidəyik! - Necəsiniz?!12:35Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü - 7 nəfər öldü12:23"World Telecom" sözündən belə döndü - Əvvəl #kreditinidüşünmə dedi, sonra isə...12:15"LUKOİL sürücülərin cibinə necə girir?! - VİDEO12:07Neftin qiyməti növbəti dəfə ucuzlaşdı12:06Ülvi Mehdiyev: “İcazə SMS-lərindən zarafat üçün istifadə edilir, amma...”11:59Hacı Əbdül vəfat etdi11:51Təbii enerji mənbəyi: “Hernut” keçibuynuzu bəhməzi - VİDEO11:39DGK sədrinin yaratdığı TƏHLÜKƏLİ DURUM - "Səfər Mehdiyev imkan verir ki..."11:33Bircə çörəklə imtahana çəkilməyək - Qubad İbadoğlu taxıl sahəsindəki vəziyyəti şərh elədi11:26Jurnalistdən icra başçısına: "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır"11:12Marketdə müştəri dəmir pulları kassirin üzünə belə atdı - VİDEO11:05Sadiq Qurbanov seçicilərinə yardım göndərib - Telefonla canlı bağlantı qurub - FOTO - VİDEO10:52Zakir Fərəcovun bacısı oğlu Sumqayıtda ağaclara divan tutur- VİDEO10:48YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda - FOTO - ViDEO10:16SMS icazə sistemi ilə bağlı TƏLİMAT - VİDEO10:09Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər - VİDEO13:41Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO23:56Biri-biriləri yumruqlayan qohumlar və şifer əhvalatı-Abıyevlərin sərgüzətləri22:29Aygün 103 yaşlı nənəylə danışdı: “Həyatın dəyərlidir! Evdə qal" - VİDEO22:22Küçəyə çıxmaq üçün SMS necə yazılmalıdır? - VİDEOİZAH22:08“WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib22:05Karantin qaydalarına əməl etməyənlər: İşçilər maska və əlcəksiz işləyirlər - VİDEO21:54Ölənlərin cəsədləri küçələrə atıldı - VİDEO21:50Evdən çıxan şəxs başına karton keçirərək polisdən belə gizləndi - VİDEO21:45Koronavirus xəstəsi ağlayaraq yalvardı: "Evdən çıxmayın!" - VİDEO21:39Şəhərin simvolik binası həkimlər üçün işıqlandırıldı - VİDEO21:03Koronavirusdan sağalanların sayı 200 mini keçdi20:59İtaliyada on mindən çox tibb işçisi koronavirusa yoluxdu20:58ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir20:51Koronavirus testi etmək istəyən həkimlər belə döyüldü - VİDEO20:44Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan - VİDEO20:36Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur20:31Anası və qızı əlil olan Bakı sakini: “Qızım yemək istəyir, evdə heç nə yoxdur...” – VİDEO20:17DİN-dən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”20:12Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı12:23Mikayıl Cabbarova müavin təyin edildi12:16İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO12:09Nobel mükafatçısı: Koronavirus tezliklə bitəcək! - VİDEO12:04DİN-dən əhaliyə xəbərdarlıq - VİDEO11:59ABŞ-da xəstələrin sayı sürətlə artır - VİDEO11:57Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən VİDEO11:30Şəhərdə çölə çıxmaq qadağasına məhəl qoyulmur - VİDEO11:20Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən - VİDEO11:17Nazirin korona "qorxusu" - VİDEO11:14Qızı Oqtay Şirəliyevin ünsiyyətdən qaçma səbəbini açıqladı23:01Xəstəlik zamanı çay təhlükəlidir?22:48Küçədə görüb mindiyi at onu belə qaçırdı - VİDEO22:41Yasamalda internet klubunun sahibi cərimələndi - VİDEO22:26Azərbaycanda koronavirusdan öləni xəstəxanadan belə apardılar - VİDEO22:17Millət vəkili əhalini hökumətin tövsiyə və sərəncamlarına əməl etməyə çağırıb
BÜTÜN XƏBƏRLƏR
Aprel 2020 (130)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)
Noyabr 2019 (626)

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…

25 mar 2020, 19:12   
    30
“Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə gətirdiyi dərmanlara və bağladığı müqavilələrə baxdıqda…
Ötən həftə kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi koronavirusu müəyyən edən testin alışı üçün təxminən 420 000 manat ayırdığı barədə məlumatlar yaydı. Sözügedən məlumatlara görə nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi "Zeytun Pharmaceuticals” MMC ilə koronavirus infeksiyasının aşkarlanması üçün istifadə olunan diaqnostik testlərin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 419844 manat (247 000 dollar) təşkil edib.

Aktualinfo.org-un araşdırmalarına görə koronavirusu aşkar edən testin alışı üşün müqavilə bağlanması barədə informasiyaların yayıldığı gün Səhiyyə Nazirliyinin İnnovasiya və Təzhizat Mərkəzi 19 03. 2020-ci ildə daha bir neçə tenderin keçirdiyi barədə məlumat yayıb. Sözügedən tenderlərə nəzər saldıqda nələri görmüş oluruq? Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman vasitələrinin satınalması üzrə 13194766.84 manatlıq müqavilə "Zeytun Pharmaceuticals” MMC ilə bağlanıb. Elə həmin gün xroniki böyrək çatışmazlığı xəstələri üçün nəzərdə tutulan hemodializdə və periton dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalması üzrə 18557590.61 manatlıq daha bir müqavilə də sözügedən MMC ilə bağlanıb.Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalması üzrə 5316788.66 manatlıq müqavilə də "Zeytun Pharmaceuticals” ilə bağlanıb.Elə həmin gün Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satnalması üzrə 2382143.17 manatlıq daha bir müqaviə "Fuad-Kimya Servis” MMC ilə bağlanıb.
Bəs bir gün içərisində 37 milyon manatlıq müqavilə bağlanmış bu "Zeytun Pharmaceuticals” MMC kimə məxsusdur? Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində 09.10.2014-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Nizami rayonu Oqtay Vəliyev küçəsi ev 21 də yerləşir.Nizamnamə kapitalı 600 manat olan MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Araşdırmalarda üzə çıxan bir şox qaranlıq məsələlər MMC-nin iç üzünü göstərmiş olur. 02.04 2018 ci ildə Dövlət Gömrük Komitəsinin "Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə keyfiyyətsiz dərman preparatlarının gətirdiyi barədə yaydığı məlumatlarda deyilir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanından irəli gələn tələblərə uyğun olaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələri müsadirə edilərək zərərsizləşdirilib. Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2017-ci il ərzində "Referans pharmaceuticals” , "Radez”, "Loğman farm”, "Si Medical”, "Zeytun pharmaceuticals”, "Qırxbulaq” , "Eco-B Tam Xarici İnvestisiyalı”, "Trokas pharma” və s. firmalar tərəfindən müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək ekolojı poliqonda məhv edilib.”Zeytun Pharmaceuticals” MMC-nin idxal etdiyi Gürcüstan mənşəli Calsium 500 mg №100 – 9915 ədəd, 54036.75 ABŞ dolları dəyərində, Glucose 40% 4 ml №10 – 12660 ədəd, 6330 ABŞ dolları dəyərində, Lidocaine 2 % 2ml №10 – 4600 ədəd, 1380 ABŞ dolları dəyərində, Venofer ampul №5 – 1010 ədəd, 15655 ABŞ dolları dəyərində, Ferrosanol sirop 150 ml – 520 ədəd, 1258.40 ABŞ dolları dəyərində, Amiodaron №10 – 1808 ədəd, 3423.80 ABŞ dolları dəyərində, Phoqam UF plus 300 mg – 150 ədəd, 6750 ABŞ dolları dəyərində, Rusiya mənşəli Ranitidin 150 mg №20 – 12000 ədəd, 1800 ABŞ dolları dəyərində, Verapamil 0.25 % 2ml №10 – 20 ədəd, 639.60 rubl dəyərində, Ukrayna mənşəli Analgin 2 ml №10 – 19900 ədəd, 13731 ABŞ dolları dəyərində, Türkiyə mənşəli Drastop 200mg 2 ml №10 – 160 qutu, 1836.80 ABŞ dolları dəyərində, Gelofusine 500 ml 40 mg – 8000 ədəd, 23060 ABŞ dolları dəyərində, D-3 Ferol 15 ml – 10000 ədəd, 7000 ABŞ dolları dəyərində, Betaserc 24 mg №20 – 1000 ədəd, 980 ABŞ dolları dəyərində, Duphalac sirop 300 ml – 1500 ədəd, 3150 ABŞ dolları dəyərində, Cathejel – 6000 ədəd, 4860 ABŞ dolları dəyərində, Orqalutran 0.25 mg 0.5 ml – 1500 ədəd, 19425 ABŞ dolları dəyərində, Politeks 5% mamutolurozolun – 1500 ədəd, 2835 ABŞ dolları dəyərində, Proforol-R Lipuro 1% 20 ml – 4000 ədəd, 11760 ABŞ dolları dəyərində, Proforol-R Lipuro 1% 50 ml – 2500 ədəd, 4850 ABŞ dolları dəyərində və Tobradex R – 4000 ədəd, 3880 ABŞ dolları dəyərində.
Göründüyü kimi Azərbaycan Respublikasında qeydiyyatda alınmamış, keyfiyyət baxımından normativlərə cavab verməyən bəzi dərman preparatlarının və bioloji aktiv maddələri ölkəyə idxal edən bir MMC-nin dərmanların topdan satışına qadağa qoyulub.
Bəs ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən bu MMC ilə yenidən 37 milyon manatlıq bir müqavilə bağlamaq hansı zərurətdən yaranıb? Axı cəmi iki il əvvəl bu MMC tətrəfindən ölkəyə keyfiyyətsiz dərman preparatlarının gətirilməsinin üstü açılıb.Düzdü, keyfiyyətsiz dərmanlar müsadirə edilərək yandırılıb. Lakin bu keyfiyyətsiz dərmanlarla əhalinin sağlamlığına zərər yetirən şəxslər cinayət məsuliyyətinə niyə cəlb edilməyib? Yaxud da, məsuliyyətdən necə yayınıb? Bunlar azmış kimi dərman preparatlarının alınması üçün bu MMC ilə yenidən müqavilələr bağlanıb.İndi kim zəmanət verə bilər ki, "Zeytun Pharmaceuticals” MMC-yenə də keyfiyyətsiz dərman preparatları gətirməyəcək?
Mərkəzin müqavilə bağladığı ikinci, "Fuad-Kimya Servis” MMC-nin isə cəmi 10 manat nizamnamə kapitalı var.Sumqayıtda,2 saylı Ərazi Vergilər Baş İdarəsində 16.09 2005-ci ildə dövlət qeydiyyatına alınmış MMC -nin qanuni təmsilşisi Bağırov Bağır Ağakərim oğludur.Hüquqi ünvanı Sumqayıt şəhəri 9-cu mkr ev 27 göstərilən MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur.
Mərkəz Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatlar və materialların satınalması üzrə "Labservis LTD” MMC ilə 5454603.31 manatlıq müqavilə bağlamışdır.Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 06.04.1994-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin 2400 manat nizamnamə kapitalı var. Qanuni təmsilçisi Şahbazova Roza Qafar qızı olan MMC son dövrlər Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş bir çox tenderlərin qalibi olduğu bildirilir.
Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatlar və materialların satınalması üzrə 1420324.49 manatlıq bir müqavilə də "Albatros Heltkeyr” MMC ilə bağlanıb. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.07.2005-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Səbail rayonu Badamdar qəsəbəsi ev 23, qanuni təmsilçisi isə Ağalarov Anar Fazil oğludur.
Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatlar və materialların satınalması üzrə 377423 manatlıq daha bir müqavilə isə "3S Osteosintez”MMC ilə bağlanıb. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.03.2014-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Nərimanov rayonu Azadlıq P-ti ev 114,qanuni təmsilçisi Həsənov Mirnamiq Mirkazım oğludur.Nizamnamə kapitalı cəmi 15 manat olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.
Artıq bir neçə aydır ki dünyada bir çox qlobal problemləri arxa plana atmış koronavirus pandemiyasının yayıldığı gündən Azərbaycanda dövlət səviyyəsində mühüm addımlar atılır.Bu işdə Prezident İlham Əliyev virusun ölkə ərazisində yayılmaması üçün ciddi cəhdlərlə çalışır,əlindən gələni əsirgəmir.Azərbaycanda bir çox dovlət qurumları,millət vəkilləri və tanınmış simalar bacardıqları qədər əhalinin maarifləndirilməsinə çalışırlar. Amma fədakar səhiyyə işçilərindən fərqli olaraq,Oqtay Şirəliyevin birbaşa cavabdeh olduğu bir qurumun rəhbəri kimi passiv fəaliyyəti dövrü mətbuatın da gözündən yayınmadı.
"Zeytun Pharmaceuticals”MMC-yə gəlincə. Dövrü mətbuatda yayılan məlumatlarda birbaşa Səhiyyə naziri Oqtay Şirəliyevə məxsus olduğu bildirilir. MMC rəhbəri Bəhruz Şirəliyevin Səhiyyə naziri Oqtay Şirəliyevlə qohumluq və ya işbirliyi tellərinin olmasını təkzib edənlər təbii ki,tapılar. Lakin yarandığı gündən dərman preparatlarının və bir çox tibbi avadanlıqların ölkəyə gətirilməsi üçün sözügedən MMC nin hesabına köçürülmüş külli miqdarda dövlət vəsaitlərini heç kim təkzib və ya inkar edə bilməz.Hələ normativlərə cavab verməyən dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması faktını heç demirik. Bunlar bir reallıqdır.
Məqalə çapa hazırlanarkən "Zeytun Pharmaceuticals”MMC-nin Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "COVİD-19″la mübarizəyə dəstək məqsədi ilə Fonda 500 min manat məbləğində pul köçürməsi barədə məlumatlar yayıldı.Təbii ki, bu təqdirəlayıq bir haldır və qeyd etməsəydik haqsızlıq,qərəzçilik etmiş olardıq.
 
Korrupsiya.org
OXŞAR MÖVZULAR