Impera

XƏBƏR LENTİ
13:37"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir11:42İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM11:37Hacıqabulda BİABIRÇILIQ: rəisin atasının adı qoyun oğurluğunda hallanır - VİDEO11:24XİN Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yaydı11:19Füzuli bu gün11:15Xızının icra başçısı Xaçmazda zeytun, əncil meyvələrin biznesini qurub11:01Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ10:53Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?10:48Vidadi İsayevin iqtidara başağrı olan repressiv siyasəti: ətalət, hədə, zülm... - VİDEO12:10Aqil Nəzərli qaynatasını Baxışovlar ailəsinə minnətçi salıb- səs yazısı11:56Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur11:51Tərtərdə ağacların dibinə asfalt döşəndi, etiraza səbəb oldu22:10Nadir Qafarzadə: “Evdən gedəndə ucuzlaşırsınız” - VİDEO22:03Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO21:4765 yaşdan yuxarı şəxslərə şad xəbər21:43Baku TV-də “Xəbər” vaxtıdır - VİDEO21:39Vilayət Eyvazovdan DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə TƏYİNAT21:33İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü21:28II Elizabet İlham Əliyevə məktub göndərdi12:22Naxçıvan korovirus avandanlıqlarını hardan alıb? - Fransızlar bizi Afrika ilə qarışdırmayıblar ki? - VİDEO12:12Universitet ilə keçmiş dosenti arasında qalmaqal - "Dekanın mənimlə ədavəti olduğu üçün..."12:02Koronavirusun dünya iqtisadiyyatına vuracağı itki hesablandı12:00“Bakı Metropoliteni” gediş haqqının artırılacağı xəbərlərinə CAVAB VERDİ - VİDEO11:54Məşhur həkim səhvən xəstənin ürəyinə gedən damarı kəsdi11:47Rüşvət almış, dələduzluq etmiş icra başçıları… – VİDEO11:43Tutulan generala bu maddələrlə cinayət işi açılıb11:38Eldar Mahmudovun oğlunun xaricdəki milyonluq şirkətləri - biri bağlandı, neçəsi qaldı...11:33Naxçıvanın yeni Baş naziri olacağı gözlənilən seyid kimdir?11:29Mikayıl İsmayılov adını təmizə çıxarır... - Bu nə həyəcan, bu nə təlaş?..16:47“Mən şortik geyinsəm, hamı ...” - Pişik Günel - VİDEO16:40Artıq bu şəxslər də ünvanlı sosial yardım ala biləcəklər - VİDEO16:36Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı - RƏSMİ16:31Rusiyada koronavirus statistikasında 12 gün sonra ilk yaşandı16:28Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO16:22Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO16:16“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...16:11“Ramiz Mehdiyev prezident olmaq istəyirmiş” – VİDEO16:06Zakir Fərəcovun kürəkəni dənizi zəbt edib? - VIDEO15:48Eldar Mahmudovun oğlu Britaniyadakı əsas şirkətini bağladı15:40Parlamentin növbəti iclasının vaxtı açıqlandı15:36Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA15:31Vilayət Eyvazovdan yeni TƏYİNAT15:28Vilayət Eyvazov bu postun komandirini VƏZİFƏSİNDƏN AZAD ETDİ15:20SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”15:16İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM19:52Zakir Həsənovun “minalanmış” ətrafı: Azad Salamov getdi , bəs Fuad Məmmədov?19:4465 yaşdan yuxarı şəxslər nə vaxt küçəyə çıxacaq? - AÇIQLAMA19:39Mayın 31-dən sonra sərhədlər açılacaq?19:35Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - VİDEO19:23DTX-nın kamerasına danışan İdarə rəisi haqqında şok iddia - VİDEO19:17İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM19:14İlham Əliyev tutulan icra başçılarından danışdı: “Buna son qoyulacaq!”19:11Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”19:08Hacıqabul Sənaye Məhəlləsinin ərazisi genişləndiriləcək - SƏRƏNCAM19:06Prezident nazir müavini təyin etdi11:25May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO11:21Elman Rüstəmov Azərbaycanda iki bankın bağlanmasını şərh edir - CANLI YAYIM19:48Bərdənin icra başçısı vəzifəsindən azad edildi19:40Əmlakı SOCAR-ın işçiləri tərəfindən uçurulan vətədaş dövlət başçısına müraciət etdi – VİDEO19:29Azərbaycan Prezidenti vətəndaşlara çağırış etdi19:05Daha bir icra başçısı vəzifəsindən azad edildi18:59Nüşabəylə videosu yayılan KİŞİ DANIŞDI: "Nazir müavini olmağım..." - VİDEO18:52Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ18:47Vilayət Eyvazovdan plyonka ilə bağlı sərt göstəriş18:40Bu gün ləğv olunan bankların arxasında hansı məmurlar dayanıb?18:37Fransa - Azərbaycan işgüzar görüşü keçirildi18:33İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO18:21ÜST-ün baş direktoru İlham Əliyevə məktub ünvanladı18:17DTX-dan nazir müavini ilə bağlı ŞOK FAKTLAR -VIDEO12:23“Atabank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ12:17İlham Əliyev rektor təyin etdi - SƏRƏNCAM12:11Sumqayıtda BİABIRÇILIQ: “MERO” “WhatsApp”la işləyir11:59Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu - FOTO11:44Alimpaşa Məmmədovun Şəmkir fironluğu: oğlu insanlara qul kimi yanaşır – VİDEO11:00Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “Məsuliyyətsiz insandır”10:54Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb10:51KORONAVİRUS - CANLI STATİSTİKA Yanan "Eurohome" bazarından ən son görüntülər - VİDEO10:43“Qarabağ” yatağında hasilata başlamaq üçün hazırlıq işləri görülür11:29Bakıda kafeyə basqın - 17 nəfər saxlanıldı - VİDEO11:19Adil Vəliyevin rayonunda nələr baş verir... - VİDEO11:12Vətənə qayıda bilməyən azərbaycanlılar üçün Rusiyada yerləşmə məntəqəsi açılır - VİDEO11:03Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri...” - VİDEO10:59"LİDER TV"-nin BÜTÜN ƏMƏKDAŞLARI İŞDƏN ÇIXARILIB10:55Zərdabın icra başçısı da hədəfə gələ bilər10:50GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ƏMƏKDAR MÜƏLLİMLƏR NİYƏ DƏRS KEÇMİR???10:44Dövlət qurumlarının "dəli" çıxardığı biznesmen yeni məlumatlar açıqladı - VİDEO19:23Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı - VİDEO19:17Azərbaycanda koronavirsa 143 yeni yoluxma19:10İlham Əliyev Vladimir Putinə zəng edib19:08İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi - SƏRƏNCAM19:05Prezident onu da vəzifəsindən azad etdi - SƏRƏNCAM19:03İlham Əliyevdən Heydər Əliyevin doğum günü münasibətilə paylaşım - VİDEO11:03Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları10:5650 minlik maşın sürən vayner xanım 190 manat yardım alıb – VİDEO10:52İlham Əliyev: “Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”10:48Samuxun da bir əməliyyata ehtiyacı var... - VİDEOLAR10:37Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?- 190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEO10:31Şəmkirdə ancaq Alimpaşa Məmmədovun şələsi fırlanır – VİDEO10:26Vilyam Hacıyev Göygöl İcra Hakimiyyətinin binasını necə alıb?10:21İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
BÜTÜN XƏBƏRLƏR
May 2020 (209)
Aprel 2020 (517)
Mart 2020 (535)
Fevral 2020 (211)
Yanvar 2020 (560)
Dekabr 2019 (600)

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gəlin, təhlükədən qorunmaq üçün evdə qalaq - QHT sədrindən çağırış

30 mar 2020, 15:38   
    49
Gəlin, təhlükədən qorunmaq üçün evdə qalaq - QHT sədrindən çağırışEmin Əliyev
Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin sədri
Dünyanın ən bahalı məhsulu informasiya hesab edilir. İnformasiya kimdədirsə əsl güc də ondadır. Bu gün koronavirusla "müharibə” şəraitində informasiyanın nə dərəcədə vacib olduğunun bir daha şahidi oluruq. Məsələlərə konspiroloji nöqteyi nəzərdən yanaşdıqda görürük ki, əgər bu virus laboratoriya şəraitində hazırlanaraq bioloji müharibə aləti kimi istifadə edilirsə bununla paralel olaraq bütün informasiya məkanı da məqsədyönlü istiqamətləndirilir və idarə edilir. Bu istiqamətləndirmə əsasən cəmiyyət arasında təşvişin yaranması, həyəcan və emosianal hallarda yalnış qərarların verilməsi və bu "virus hücumu”nun fəsadlarının daha da çox artmasına xidmət edir. Bu cür yanaşmalar adətən ehtimallar üzərində qurulur və ciddi dəlillər olmadan müəyyən versiyalar və təsadüfi informasiyalar üzərində ortaya atılır.

Koronavirus peyda olan gündən ortalığa çıxan informasiyaların axışını və reallıqda onların tətbiqinə nəzər salarsaq görərik ki, ciddi nüfuzu olan konspiroloqların verdikləri proqnozlar belə tədricən reallıqda əksini tapmır və nəticədə həmin ekspertlər nüfuzdan düşürlər. Məsələyə real tibbi-infeksioloji yanaşma prizmasından baxdıqda isə məlum olur ki, bu virusun fəsadları əsasən yüksək yaşlı və sağlamlığında ciddi problemləri olan insanları sıradan çıxardır. Bunun üçün də ciddi tibbi araşdırmalar aparılmalı və bu virus əleyhinə olan dərman və peyvəndlər kəşf edilməlidir. Bundan başqa ölkənin administrativ rəhbərliyinin bu cür epidemiya (pandemiya) hadisələri üçün müəyyən edilmiş normativlərlə bağlı qərarlarına riayət olunmalıdır.
Bütün dünya hazırda bu virusla mübarizə aparır. Bunun ortalığa çıxma səbəbi ümumi nəticələr fonunda ikinci dərəcəli hesab edilir. İlk öncə bu virusun qarşısı alınmalı, insan tələfatı tamam dayandırılmalıdır. Bir daha deyirəm ki, əsas məqam insan tələfatının qarşısının alınmasıdır!
Artıq bu dəqiqdir ki, 21-ci əsr dünyası 20-ci əsr təfəkkürü ilə idarə edilməyəcək. Əsas amil bu virusun yayılması dövründəki fəsadlardan daha çox bundan sonrakı dövrdə dünyanın siyasi, iqtisadi, sosial, humanitar sistemlərindəki təzahürləridir. Biz buna hazır olmalıyıq! Bunun üçün isə iti zəkalı insanlar, analitiklər, sosioloqlar, psixoloqlar, bir sözlə yüksək ixtisaslı kadrlar olmalıdır. Dünya dövlətlərinin rəhbərlərinin müraciətlərində də açıq mətnlə bildirilir ki, dünya bundan sonra heç bir zaman əvvəlki kimi olmayacaq! Bu bəyanatlar ümumi ölüm göstəricisi 4,5-5% olan bir virusun nəticəsinə hesablanmış bəyənatlara oxşamır. Ölkə başçımız cənab İlham Əliyev də dünyada gedən prosesləri aydın müşahidə edərək Novruz bayramı ilə bağlı xalqa təbrikində açıq bildirdi ki, dünya əvvəlki dünya olmayacaq və biz bu çağırışlara hazırlıqlı olmalıyıq!
Tam konspiroloji düşünərək məsələni ciddiyə almamaq, bu virusun bir "oyun” olduğunu düşünərək "koronavirus mənə heç nə edə bilməz” deyərək məsul şəxslərin evlərdə qalmaqla bağlı çağırışlarını qulaqardına vurmaq qətiyyən yolverilməzdir! Ortada bir fakt vardır ki, bu virus öldürücüdür. Digər tərəfdən də ümidsizliyə, təlaşa qapılaraq da tam fəaliyyətsiz də olmaq, həyatını tamam "söndürmək” də yolverilməzdr! Bu bir virusdur və bununla ağıl, məntiq və elmi əsaslarla mübarizə aparılmalı və buna qalib gəlinməlidir.
Əslində məni başqa bir məqam da narahat edir. Bu virus ortalığa çıxdıqdan sonra ölkəmizin müxtəlif kateqoriyalarından olan insanlarının heç bir dəlilə əsaslanmayan fikirləri, yazıları insanlarımızı əsas hədəfdən yayındırılmasına xidmət edirdi. Sosial şəbəkələrdə olan postlar, mobil telefon proqramlarından yayılmış səs və foto materiallar gülüş doğurmaqla yanaşı insanların məsələyə düzgün qiymət verməsinə mane olurdu. Yuxarıda qeyd etdiyim kimi əsas alət informasiyadır. Bu informasiya düzgün istiqamətləndirilməlidir. Əks təqdirdə bu dezinformasiya olur və cəmiyyəti çaşdırır. Bu həssas dövrdə insanlarımızın bütün hallarda ciddi olmaları tələb olunur.
Bir daha deyirəm ki, bu virusun hansı məqsədlə ortalığa çıxmasından asılı olmayaraq buna qarşı mübarizədə boşluq buraxmaq olmaz. Çünki bu virusun fəsadlarının ağırlaşacağı və ya məhv olacağı ilə bağlı əlimizdə ciddi dəlil-sübut yoxdur. Buna görə də bu məqamda dövlətin idarəçilərinin əmr, tapşırıq və göstərişləri icra edilməlidir! Evdə qalmaq tələb edilirsə evdə qalınmalıdır, küçələrə çıxmaq tələb edilərsə küçələrə çıxılmalıdır!
QHT sədri olaraq ölkəmizdə bu virusla mübarizə tədbirlərinə diqqət edərkən müşahidə edirəm ki, məsələlər ciddi nəzarətə götürülmüşdür. Ardıcıl verilmiş qərarlar insanlarda təşviş yaratmamağa və rasional düşüncə ilə bu virusla mübarizəyə fokuslanmışdır. Ölkə başçısı tərəfindən təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondu və bu fonda xalqımızın göstərdiyi dəstək, daha sonra böyük bir klinikanın istifadəyə verilərək koronaviruslu xəstələrimizin müalicəsi üçün ayrılması, xalqımızda birlik və bərabərlik, eyni zamanda həm bizim dövlətimizin, həm də bütün dünyanın ümumi "düşmən”i olan koronavirusla mübarizədə "Biz birlikdə güclüyük!” şüarının irəli sürülməsi qürurverici addımlardır.
Təxminən on ildir ki, biz insanımızın sağlam qidalarla qidalanması və immun sisteminin gücləndirilməsi ilə bağlı apardığımız təbliğatın bu gün nə qədər aktual olduğunun şahidi oluruq. Artıq hər birimiz üçün aydındır ki, düzgün qidalanmamağın nəticəsində insan bədəninin immun sisteminin zəifləməsi ilə bu virus özü üçün münbit bir şərait əldə edir.
Nəticədə isə insanlarımız bunun ağır fəsadlarının qurbanına çevrilir. Həmişə qeyd etmişəm və bir daha təkrar etməyi özümə borc bilirəm ki, insan nə ilə qidalanırsa, odur! Bu günlərdə ən əsas məqam evdə oturarkən immun sistemimizi gücləndirən qidalarla-təbii qidalarla qidalanmalıyıq. Bu məqamda onu da qeyd edim ki, insanın immun sistemini zəiflədən amillərdən biri də təlaş, həyəcan və panikadır. Buna qətiyyən yol vermək olmaz. Bu insanda ruh düşkünlüyü və ümidsizlik yaradır və nəticədə o istənilən xəstəlik üçün "münbit bir məkan”a çevrilir. Ümid edirəm ki, bundan sonra ölkəmizdə ekoloji təmiz məhsul istehsalı daha da vüsət alacaq, həm yerli, həm də xarici bazarlara çıxara biləcəyimiz milli orqanik məhsullar istehsal ediləcəkdir!
Bizim birlikdə bu günə qədər hansı uğurları əldə etdiyimizi müəyyən etmək üçün üçrəngli bayrağımıza baxmağımız kifayət edər! Gəlin evdə qalaq! Evdə olmaq fürsətindən istifadə edərək ailəmizlə, valideynlərimizlə, övladlarımızla daha sıx ünsiyyətdə olaq, evdə qalaraq vaxtımızı televizor qarşısında "öldürməyək”, sosial şəbəkələrdə ömrümüzü "çürütməyək”, daha çox fərdi inkişafa diqqət edək, oxuyaq və bu "pandemiya” fəlakətindən həm fərd, həm cəmiyyət, həm dövlət kimi güclü çıxaq! Biz birlikdə güclüyük!
 
Korrupsiya.org
OXŞAR MÖVZULAR