"Ermənistan etiraf edir ki, Qarabağ Azərbaycandır..." - O ZAMAN NƏ İSTƏYİRLƏR?
Siyasət
Oxunub: 137
10 мар 2023 | 14:11
“Xankəndində seprataçıların “rəhbəri” Arutunyan “Təhlükəsizlik Şurasının” iclasında çıxış edib. Bu çıxış Ermənistanda müxalifyönlü deputatlar və bir çox politoloqlar tərəfindən kəskin tənqid olunub. Arutunyan qeyd edib ki, “İrəvanla bizim mövqeyimiz arasında fərq olduğunu təsəvvür edə bilmirəm. İrəvan Qarabağ məsələsinə gəldikdə, “Qarabağ hakimiyyətinin” mövqeyinə əsaslanır”. Müxalif deputatlar, politoloqlar deyir ki, “belə çıxır ki, Ermənistan hakimiyyətinin beynəlxalq birlik nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın tərkib hissəsidir. Paşinyan və ona yaxın deputatlar, siyasilər bunu bir neçə dəfə səsləndirib. Qeyd edilib ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyi ola bilər. Müxalif deputatlar və siyasilər, separatçılara və Qarabadağdakı vətəndaşlarımıza müraciət ediblər ki, Arayikin bu bəyanatı ilə bağlı aydın mövqe bildirilməlidir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş siyasətinin nəticəsində həm bölgədə seprataçılar, həm rəsmi İrəvan anlamağa başlayır ki, onların Azərbaycanın tərkibində yaşamaqdan başqa çıxış yolları yoxdur. Çünki həm beynəlxalq hüquq, onun norma və prinsipləri, həm Azərbaycan Konstitusiyası həmin ərazini Azərbaycanın tərkib hissəsi sayır. Bu ərazilər Azərbaycanın əzəli, qədim torpaqlarıdır və ora köçürülən ermənilər artıq uzun müddətdir ki, orada yaşayırlar. Onların hər biri Azərbaycanda yaşayan digər azlıqlar kimi Azərbaycanın vətəndaşlarıdır.

Deputat bildirib ki, onların reinteqrasiya məsələsinə də ölkəmiz tərəfindən start verilib.

“Arayik və digər separatçılar, ara-sıra bir-birinə əks və yaxud ikibaşlı bəyanatlar verirlər. Əslinə qalsa, bu fikirlərinin kökündə artıq Qarabağdakı digər “siyasiləri” və əhalinin həmin məsələyə hazırlamağa köklənib. Çünki Arayikin başqa çıxış yolu yoxdur. O, artıq anlayır ki, Paşinyan hakimiyyəti bütün gerçəklikləri bilir. O, həqiqətən də Qarabağda yaşayan 15-20 min erməniyə görə, 3 milyona yaxın Ermənistanda yaşayan ermənilərin taleynə biganə qala bilməz”,- deyən deputat qeyd edib ki, artıq “Qarabağ məsələsi” Ermənistan toplumunu çoxdan bezdirib. Çünki “Qarabağ məsələsi” ilə 30 ilə yaxın siyasilər, digər cinayətkarlar, cəlladlar, siyasi manipulyasiya edərək hakimiyyətə gəliblər. Uzun illər ərazində Ermənistanın yeraltı və yerüstü sərvətlərini talan edərək, ölkəni viran qoyublar.

Hazırda Ermənistan düşdüyü bataqlıqdan çıxa bilmir. Bunu anlayan Paşinyan sağa-sola vurnuxsa da başa düşür ki, İlham Əliyev siyasətinin qarşısında acizdir. Onun indiki siyasəti Azərbaycanla sülh müqaviləsi imzalamaq, sərhədləri tanıyandan sonra kommunikasiyanın açılması ilə bir növ ölkəsinə nəfəslik açmaq və gələcək inkişafında hansısa bir dəstəyin alınmasına hesablanıb.

“Paşinyan birneçə dəfə beynəlxalq tədbirlərdə və öz ölkəsində səsləndirib ki, beynəlxalq hüquqla, yurisdiksiya ilə həmin ərazilər Azərbaycanın tərkib hissəsi sayılır. O, bildirib ki, nə söyləsələr də, bu ərazilər defakto, beynəlxalq hüquqla Azərbaycanın ərazisidir”-deyən deputat hesab edir ki, Arayikin çıxışı həm də, xalqı bu məsələyə hazırlamaqdır. Onun fikrincə, əslinə qalsa Ermənistan bugünkü ikibaşlı siyasətlə, bu sövdələşmələrdən nəsə əldə etməyə çalışır. Lakin yaxşı da bilir ki, şahmat taxtasının üzərində olan mahir oyunçu İlham Əliyevdir...
Сегодня, 16:22
Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH
Сегодня, 15:20
“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”
Сегодня, 14:31
Cavanşir Məmmədov vəfat etdi - YENİLƏNİB
Сегодня, 12:12
Sabah 30° isti olacaq
Сегодня, 11:07
Dövlət Neft Fondu I rübdə 5 milyard ABŞ dollarından çox gəlir əldə edib
Сегодня, 09:53
42 yaşlı prokuror qəfil vəfat etdi - Foto
Сегодня, 09:16
Blinken 4 kəndin qaytarılmasını alqışlayır
Вчера, 16:43
KİV: Naməlum şəxs İranın Parisdəki konsulluğunu partlatmaqla təhdid edir
Вчера, 16:22
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
Вчера, 15:50
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
Вчера, 15:03
Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”
Вчера, 14:13
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
Вчера, 13:21
Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib
Вчера, 12:24
"Meyxananı böyük səhnəyə atam gətirib"
Вчера, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Вчера, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Вчера, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Вчера, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Вчера, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib