Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib
Cəmiyyət
Oxunub: 64
1 май 2023 | 18:15







1 may 2023-cü il tarixindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 742 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 1 may 2023-cü il tarixindən 30 may 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (312 vəzifə) və Qida Təhlükəsizliyi Agentliyi (236 vəzifə) tərəfindən təqdim olunub.
Ümumilikdə, müsahibəyə çıxarılmış 742 vakant inzibati vəzifənin 3-ü AB, 105-i AC, 61-i BA, 573-ü isə BB vəzifə qrupuna aiddir.
Eyni zamanda bildiririk ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında olmaqla aşağıdakı kimi müəyyən edilib:
№ Xidmətlərin adı Ölçü vahidi Tariflər (manat)
Müsabiqənin test mərhələsi Müsabiqənin müsahibə mərhələsi
1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə
1.1. AB qrupu üzrə 1 iştirak üçün 118 59
1.2. AC qrupu üzrə 1 iştirak üçün 106 53
2. B növü - inzibati icraçı vəzifələr üzrə
2.1. BA qrupu üzrə 1 iştirak üçün 94 47
2.2. BB qrupu üzrə 1 iştirak üçün 82 41
Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.
Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaq.
Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.
Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Вчера, 16:54
Sabiq nazir evində ölü TAPILDI
Вчера, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
Вчера, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
Вчера, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
Вчера, 14:49
İntihardan əvvəl məktub yazıbmış
Вчера, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
Вчера, 13:46
Prezident 2 fərman imzaladı
Вчера, 13:20
Prezident onu ordenlə təltif etdi
Вчера, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Вчера, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Вчера, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Вчера, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Вчера, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB
Вчера, 09:21
Bu gün 30 dərəcə isti olacaq
Вчера, 08:56
Bakıda tıxac olan yolların sayı artıb - SİYAHI
23-04-2024, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev
23-04-2024, 18:55
Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım
23-04-2024, 17:02
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
23-04-2024, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
23-04-2024, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
23-04-2024, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
23-04-2024, 13:59
Onlar əfv olunmaq istəyir
23-04-2024, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
23-04-2024, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
23-04-2024, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
23-04-2024, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
23-04-2024, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH