Ulu Öndər Heydər Əliyevin səhiyyə sferasına olan diqqət və qayğı bu gün də uğurla davam etdirilir
Gündəm / Bölgə / Səhiyyə
Oxunub: 71
10 май 2023 | 11:27
Ulu Öndər Heydər Əliyevin səhiyyə sferasına olan diqqət və qayğı bu gün də uğurla davam etdirilir

Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsi ulu öndərin əziz xatirəsinə xalqımızın ehtiramının ifadəsidir.
Müasir Azərbaycanın bütöv bir in¬kişaf epoxası Heydər Əliyevin adi ilə bağlıdır. 1969-cu ilin iyul ayından baş-lanan bu şərəfli epoxa özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər dövrü Azər¬baycanının iqtisadi baxımdan geridə olduğu bir vaxtda respublikamıza rəh¬bərliyə başlayan ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda, gələcək müstəqilliyimizin iqtisadi bazasını təş¬kil edəcək tərəqqi yolunun əsasını qoy¬muşdur.
Eyni missiyanı Heydər Əliyev müstəqilliyimizin ilk illərində də layiqin¬cə yerinə yetirmişdir. Lakin bu dəfə Heydər Əliyev həm də müstəqilliyimizi qorumuş, dövlətçiliyimizi itirilməkdən xilas etmişdir. Bu gün müstəqil respub¬likamızda bütün sahələrdə əldə olunan inkişafın təməli Heydər Əliyevin ikinci dəfə respubikamıza rəhbərliyə başla¬dıqdan sonra qoyulmuşdur. Ulu öndər həm də Azərbaycan səhiyyəsinin yük¬səlişinin banisidir.
Ümumiyyətlə, XX əsrin ikinci yarı¬sında Azərbaycan səhiyyəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində ulu öndərin sayəsində respub¬likamızda səhiyyənin hərtərəfli yenilən¬məsi üçün bütün mümkün tədbirlər hə¬yata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970–1980–ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi respubli¬kamızda səhiyyənin inkişafı barədə aydın təsəvvür yaradır. Ulu öndər o dövrkü fəaliyyəti barədə demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən bö¬yük, ən mötəbər tibb ocaqları, müəs¬sisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xid¬mətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cər¬rahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf et¬məsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırla¬yıram ki, o vaxt SSRİ dövləti tərkibin¬də Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzləri¬nin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalı¬şırdım”.
Müsrəqil Azərbaycanın ilk illərində yaranmış dərin böhran səhiyyədən də yan ötməmişdi. Həmin dövrə qədər bö¬yük nailiyyətləri olan tibb sahəsi ölkə¬dəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyər¬lər sistemi, demək olar ki, tamamilə dağılmışdı.
Yalnız Heydər Əliyevin ölkə rəh¬bərliyinə gəlişindən sonra həyata ke¬çirilən sosial islahatlar səhiyyəni də əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş və tibb xidmətinin müa¬sir standartlar müstəvisinə keçirilməsi üçün əlverişdi şərait yaranmışdır. Xü¬susilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlağının qorunmasını və bu çərçivədə tibbi xid¬mətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə bərbad vəziyyə düşmüş sə¬hiyyə sisteminin məhz bundan sonra səhmana salınmasına başlanılmışdır. Həmin dövrdən yeni, müasir standart-lara uyğun səhiyyə obyektlərinin inşası start götürmüş, mövcud tibbi müəs¬sisələrinin yenidən qurulmasına başla¬nılmış, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş və tibb müəssisələrin maddi-texniki ba¬zası da möhkəmləndirilmişdir.
Ulu öndər tərəfindən səhiyyə siste¬mində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyasının yaradılması da bu sahədəki addım¬ların səmərəliliyinə xidmət etmişdir. Bu islahatlar həm də Azərbaycanın sosial dövlətə çevrilməsi yolunda ilk mütərəqqi addımlar olmuşdur.
Təbii ki, islahatların uğur qazanma¬sında, ümumiyyətlə isə hər bir sahənin inkişafında təkmil qanunvericilik ba¬zasının olması əsas şərtlərdən biridir. Bu baxımdan Heydər Əliyevin qanun¬vericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqın¬da”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliy¬yəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” qanunlar kimi mükəmməl səhiyyə qanunvericiliyini formalaşdırmaqla yanaşı, islahatların da uğurlarını təmin etmişdir.
1998-ci ilin sentyabr ayında Azər¬baycan Tibb Universitetinin yeni təd¬ris binasının açılışı mərasimində ulu öndərin etdiyi çıxışda həm səhiyyə islahatları, həm də həkim peşəsi barə¬də dəyərli fikirləri hər zaman öz aktu¬allığını saxlayacaq. “Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiy¬yə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıb¬dır. Biz onları həyata keçirəcəyik.
Bu islahatların həyata keçirilmə¬si bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xid¬mətin keyfiyyətini daha da artıracaqdır. Mən bu islahatlara inanıram və ümid¬varam ki, siz, səhiyyə işçiləri, hamınız birlikdə səhiyyə sahəsində islahatların aparılmasında fəal iştirak edəcəksiniz. Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adam¬lar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cə¬miyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.
Ümummilli liderin rəhbərliyi ilə ha¬zırlanaraq qəbul edilən müsləqil Azər¬baycanın Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit olunmuşdur. Ana qanunumuzda təsbit edilir ki, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya sala¬matlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Məmnunluq hissi ilə qeyd eləməliyik ki, Heydər Əliyevin sosial siyasəti ötən 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdi¬rilmişdir. Bu siyasətin ən böyük uğurla¬rından biri səhiyyəmizin keçdiyi sürətli inkişaf yoludur. Bu dövrdəki uğurlar o qədər əhatəlidir ki, onları bir məqalədə ətraflı ifadə etmək mümkün deyil.
2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikil¬məsi və ya əsaslı şəkildə təmir edil-məsi səhiyyənin inkişafı ilə bağlı işlərin nə qədər möhtəşəm olduğunu göstərir. Bu müəssisələrin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı isə gözəl ənənəyə çevrilimişdir. Ona görə qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələ¬sini yaşayır. Hazırda elə bir şəhərimiz yoxdur ki, orada müasir tibb müəssisə¬si olmasın. Bu səhiyyə ocaqlarında vətəndaşlarımıza ən müasir standart¬lar səviyyəsində tibbi xidmətlər göstə¬rilir. Bu dövrdə kadr hazırlığında da baş verən keyfiyyət dəyişiklikləri, tibbi per¬sonalın peşəkarlığının yüksəlməsi sə¬hiyyəmizin uğurlarından sayılmalıdır.
Səhiyyə müəssisələrinin maddi-tex¬niki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin art-ması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarını daha da artırmışdır. Məhz belə tədbirlərin nəti¬cəsidir ki, ölkəmizdə müalicəsi müm¬kün olmayan bir çox mürəkkəb xəstə¬liklər bu gün klinikalarımızda müalicə edilir.
Əsas uğurlarımızdan biri də artıq iki ildir ki, icbari tibbi sığortanın tam tətbiqidir. Əhalinin sağlamlığının qo-runmasına xidmət edən icbari tibbi sı¬ğorta sisteminin yaradılması bir daha təsdiq edir ki, dövlətin sosial siyasəti¬nin mərkəzində ilk növbədə insan amili dayanır.
Səhiyyədə əldə edilən uğurlar¬da, bu sahədə dövlət proqramlarının reallaşdırılmasında, tibb ocaqlarının yenidən qurulmasında Birinci vit¬se-prezident Mehriban xanım Əliye¬vanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr respublikamızda vətəndaşların sağlamlığının qorun¬masına böyük töhfələr vermiş, ana və uşaqların sağlamlığına xidmət etmiş¬dir.
Bu gün Azərbaycan səhiyyəsi dina¬mik inkişaf yolundadır. Bu inkişaf isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təqdir olunur, Azərbayca¬nın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığı¬nın təminatıdır.
Anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz dahi şəxsiyyət xalqımızın Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açıb. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

Dr. Sevinc
Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın USM həkimi
Вчера, 16:54
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
Вчера, 16:22
Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
Вчера, 15:59
“COP29 qarşıdurma arenası olmayacaq”
Вчера, 15:20
İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video
Вчера, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
Вчера, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
Вчера, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
Вчера, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Вчера, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Вчера, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Вчера, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Вчера, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Вчера, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Вчера, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Вчера, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
25-04-2024, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
25-04-2024, 16:38
Prezidentlər birgə nahar etdilər
25-04-2024, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
25-04-2024, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
25-04-2024, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
25-04-2024, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
25-04-2024, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
25-04-2024, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
25-04-2024, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
25-04-2024, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
25-04-2024, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb