Azərbaycan hotellərində bayram günləri ərəfəsində son vəziyyət necədir?
İqtisadiyyat
Oxunub: 58
23 июн 2023 | 21:01







Gələn həftə bütün müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edəcək. Bununla əlaqədar olaraq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bir neçə günlük tətil elan edilib. Həmin günlərdə ənənəvi olaraq turizm xidmətlərinə tələb adi günlərə nisbətən daha yüksək olur. Bəs bu il Azərbaycanda vəziyyət necədir?
Məsələ ilə bağlı Azərbaycan Hotel Assosiasiyasından “Report”a bildirilib ki, tətil günləri üçün hotellərin doluluq səviyyəsi artıq orta hesabla 60-70%-ə çatıb:
“Hətta bayramın ilk 3 günündə bəzi hotellərdə doluluq səviyyəsi 90% təşkil edir. Rezervasiya edənlərin əksəriyyəti yerli sakinlərdir, yalnız Qəbələdə əsasən ərəb ölkələrindən olan qonaqlardır”.
Bildirilir ki, hotellərin rezervasiyası əsasən turizm agentlikləri və onlayn platformalar vasitəsilə edilib:
“Çox az halda hotellərə birbaşa zəng edərək bron edirlər. Yerli turistlərlə olan təcrübə isə onu göstərir ki, son anda hotelləri bron edirlər, bunun hesabına onların doluluq səviyyəsi bayram günlərində 100% təşkil edir”.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi açıqlamasında bildirib ki, ölkədə Qurban bayramının qeyd edilməsi ərəfəsində və ümumilikdə yay mövsümünün başlaması ilə regionlarda turizm xidmətlərinə, xüsusilə də hotellərin və digər yerləşdirmə vasitələrin xidmətlərinə tələb yüksəkdir.
“Bir sıra iri və 5 ulduzlu hotellər qeyd olunan günlərə satışlarını dayandırıb, yaxud da qiymətləri artırıb. Bu da yerlərin sayının az, tələbatın yüksək olduğunu göstərir. Ümumiyyətlə bayram və istirahət günlərində, mövsüm zamanı turizm xidmətlərinə tələbatın artdığından təkliflərin bahalaşması normal təcrübə hesab edilir”, - S.Dübəndi qeyd edir.
Assosiasiya rəhbəri bildirib ki, “Şahdağ” Turizm Mərkəzinin ərazisində fəaliyyət göstərən hotellərdən bəziləri satışlarını dayandırıblar, 4 ulduzlu hotellərdən birində 26 iyun tarixinə 1 otaq (səhər yeməyi daxil olmaqla) 205 manata təklif edir. Bu ərazidə ən aşağı qiymət 109 manatdır.
Digər regionlarda 5 ulduzlu hotellərin qiymətlərinə (1 otaq üçün) toxunaraq, o qeyd edib ki, Şəkidə 312 manat, İsmayıllıda (Basqal qəsəbəsində) 396 manat, Lənkəranda 360 manat, Qubada 425 manatdır.
“Bakı şəhərində fəaliyyət göstərən 5 ulduzlu hotellərdə qiymətlər 240-1200 manat arası dəyişir. Digər kateqoriyalı hotellərdə qiymətlər daha ucuz, təxminən 45-130 manat arasındadır”, - S.Dübəndi əlavə edib.
O vurğulayıb ki, ümumilikdə Azərbaycanda turizm sənayesi sürətlə bərpa olunur və bu statistika ilə də təsdiq olunur:
“May ayında gəlmə turizmdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38%, yanvar-may aylarında isə 52% artım müşahidə edilib”.
Сегодня, 10:07
İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib
Сегодня, 09:32
Kürdəmirdə qadın su quyusuna düşüb öldü
Сегодня, 09:11
Bürclərin kişiləri ər kimi necədirlər? Nəyi bilməlisiniz və...
Вчера, 17:45
Azərbaycanla münasibətlər yüksək səviyyədədir - Putin
Вчера, 17:20
Heydər Əliyev BAM-ın inşasında böyük rol oynayıb - Rusiya lideri
Вчера, 15:50
Dünya ölkələrinin inflyasiya REYTİNQİ
Вчера, 14:40
Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR
Вчера, 14:12
Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı
Вчера, 13:31
İranda qadınların geyiminə nəzarət SƏRTLƏŞİR
Вчера, 12:49
İlham Əliyev Rusiyaya getdi
Вчера, 12:01
NATO-dan Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA
Вчера, 11:17
Avropa İttifaqı 18+ saytlara qarşı tələbləri sərtləşdirib
Вчера, 10:38
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Вчера, 09:58
Erməni bloger: “Kəndlər üçün etiraz edən ermənilər bir-iki gün də hay-küy salıb qaçacaqlar” – ÖZƏL
Вчера, 09:23
Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
Вчера, 08:54
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
20-04-2024, 19:25
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
20-04-2024, 18:26
Ərdoğan HƏMAS lideri ilə görüşüb
20-04-2024, 17:19
Bakıda taxta bazarı yanır
20-04-2024, 16:22
Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH
20-04-2024, 15:20
“Bu halda “Xarici təsirin şəffaflığı haqqında” qanuna yenidən baxılacaq”
20-04-2024, 14:31
Cavanşir Məmmədov vəfat etdi - YENİLƏNİB
20-04-2024, 12:12
Sabah 30° isti olacaq
20-04-2024, 11:07
Dövlət Neft Fondu I rübdə 5 milyard ABŞ dollarından çox gəlir əldə edib
20-04-2024, 09:53
42 yaşlı prokuror qəfil vəfat etdi - Foto
20-04-2024, 09:16
Blinken 4 kəndin qaytarılmasını alqışlayır
19-04-2024, 16:43
KİV: Naməlum şəxs İranın Parisdəki konsulluğunu partlatmaqla təhdid edir