Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”
Gündəm / Dünya
Oxunub: 13
27 фев 2024 | 08:22
Ermənistanda yeni iqtisadi sıçrayış: Nikol yaxşı “oynayır”

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı mövqeyi sərtləşdikcə Moskva ilə iqtisadi münasibətlərdə sıçrayış baş verir.

Paşinyanın Rusiyaya qarşı “kəskin mövqeyi” ilə qətiyyən uyğun gəlməyən bu statistika təbii olaraq iqtisadçıların da diqqətini çəkir.

Ermənistan Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvarında ölkədə iqtisadi aktivlik göstəricisi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10,7% artıb.

İqtisadi artım inflyasiyaya da təsir edib: belə ki, qiymətlərdə ucuzlaşma qeydə alınıb və inflyasiya mənfi 0,9 faiz olub.

Artım əsasən sənayedə (21%), ticarətdə (19,3%) qeydə alınıb.

Tikintidə artım səngiyib (9,5%), eyni zamanda xidmətlər sektorunda da ötənilki temp aşağı düşüb (2023-cü ildəki 10,3%-lə müqayisədə 4,4%).

Çox maraqlıdır ki, iqtisadi aktivliyin böyüməsinə rəğmən elektrik enerjisi istehsalı kəskin azalıb (mənfi 6,4%). Statistika Komitəsi bunu avtonom günəş panelləri ilə izah etməyə çalışsa da, sənaye inkişaf edirsə, elektrik istehsalı artmalı idi.

Nəhayət, gəldik Ermənistan iqtisadiyyatının əsas göstəricilərinə: Statistika Komitəsi bildirib ki, idxal və ixracda yenidən sıçrayış baş verib - yanvarda ixrac 2,1 dəfə artaraq 934,1 milyon dollara, idxal 61,4% artaraq 1 milyard 212 milyon dollara çatıb.

Diqqət edirsinizsə, Ermənistanın ixracı yenidən kəskin şəkildə artıb. Komitə bu ixracın hansı ölkəyə olduğunu açıqlamayıb, ancaq bunun “vasitəçilik ticarətinin intensivləşməsi ilə əlaqəli” olduğunu elan edib. Başqa sözlə desək, Ermənistan Qərb ölkələrindən məhsul idxal edərək, Rusiyaya ixracını daha da yüksəldib - yalnız yanvar ayında ixrac 2 dəfədən çox artıb. 2022-ci ildən – Ukraynada müharibə başlayandan və Rusiyaya sanksiyalar tətbiq ediləndən sonra Rusiyaya ixrac 2023-cü ilin sonuna qədər bir neçə dəfə (!!!)artmışdı və Rusiya ilə ticarət dövriyyəsi hər kəsi təəccübləndirəcək rəqəmə - 7,3 milyard dollara çatmışdı. Hazırda isə yeni “sıçrayışlar” yaşanır.

Belə görünür ki, Nikol Paşinyan AB-də Rusiya əleyhinə çıxışlarını kəskinləşdirdikcə onun Rusiyaya sanksiyaları dəlməsinə daha çox göz yumulur. Nəticədə isə Rusiya sanksiyalardan yan keçərək, hərbi məqsədli mallar idxal edə bilir, Ermənistan isə bu vasitəçilikdən milyardlar qazanaraq, ölkə iqtisadiyyatında “sıçrayışlara” nail olur.
Bu oyunun nə qədər davam edəcəyi bəlli olmasa da, faktiki olaraq Paşinyanın antirusiya siyasi ritorikasından ən çox qazanan elə Ermənistan və Rusiyadır.
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
27-03-2024, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
27-03-2024, 09:13
Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:51
Bu yollarda TIXAC var
26-03-2024, 16:37
İranda polis zabiti öldürüldü
26-03-2024, 15:38
Ordumuzda psixoloq işləmək istəyənlərin nəzərinə - Video
26-03-2024, 14:45
HƏMAS lideri İrana gəldi
26-03-2024, 14:24
“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
26-03-2024, 13:30
Bayramdan sonrakı ilk iş gününün HAVASI
26-03-2024, 12:17
"Qarabağ" cəzalandırıldı
26-03-2024, 12:06
Xankəndidə saatlı bomba aşkarlandı
26-03-2024, 11:05
Bazara çıxarılan avtomobillərin sayı kəskin artıb - VİDEO