Impera

XƏBƏR LENTİ
18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (350)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakı qəssabxanalarında köhnə bazara təzə nırx: - “Ət azı 2 dəfə bahalaşacaq...”

19 iyn 2018, 10:48   
    142
Bakı qəssabxanalarında köhnə bazara təzə nırx: - “Ət azı 2 dəfə bahalaşacaq...”Qida Təhlükəsizliyi Agentliyi öz işinə ölkə əhalisini standartlara cavab verən ət və ət məhsulları ilə təmin etməklə başlamaq niyyətini açıqlayıb. Belə ki, yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Ancaq bu, həm də Bakıda və ətraf qəsəbələrdə demək olar ki, hər küçədə rast gəldiyimiz ət kəsimi məntəqlərinin ləğv olunacağı deməkdir.

Qəssablara qadağalar gəlir

Çünki əgər agentliyin planaşdırdığı kimi olacaqsa, ət kombinatları istifadəyə veriləndən sonra qəssabların rayonlardan paytaxta iri və xırdabuynuzlu heyvan gətirməsi də mümkün olmayacaq. Əslində bu gün fəaliyyət göstərən ət kəsim yerlərində gigiyenik qaydalara əməl edilmədiyi ortadadır. Bu baxımdan, atılacaq addımın keyfiyyətli məhsulların satışına şərait yaradacağı gözlənilir. Bununla bağlı ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, stasionar, modul və mobil tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə prezident sərəncamı var. Sərəncamın icrası ilə Qida Təhlükəsizliyi Agentliyi məşğul olacaq. Prosesin necə və hansı şərtlərlə aparılacağı ilə hələ ki, tam məlum deyil. Qida Təhlükəsizliyi Agentliyini də məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Qurumdan bildirilib ki, agentlik tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsimi məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub.

Bir qadağanın 3 nəticəsi

Məsələ ilə bağlı ekspertlərin fikri isə fərqlidir. Ekspertlər hesab edir ki, hazırda fəaliyyət göstərən sallaqxanalara standartların tətbiqi üçün möhlət verilməlidir ki, bu sahədə boşluq yaranmasın, qiymət artımı olmasın. Nəzərə alsaq ki, bu gün ət satışı ilə kifayət qədər çox sayda şəxs məşğul olur, birdən-birə onlara tətbiq ediləcək qadağalar işsizliyə səbəb olacaq. Digər tərəfdən, ətin qiymətinin bahalaşma ehtimalı da irəli sürülür ki, bu da ölkə əhalisi üçün xoşagəlməz haldır. Üçüncü məqam- Azərbaycan alıcısı üçün vacib olan məsələlərdən biri də ətin keyfiyyəti ilə bağlıdır.

Hamı var, onlardan başqa

“Cümhuriyət” qəzetinin əməkdaşı paytaxtdakı bir neçə ət kəsimi və satışı məntəqəsində olub. Qəssablarla söhbətimizdən məlum oldu ki, onlar yeni qaydalardan ümumiyyətlə xəbərsizdirlər. Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən ət kəsim və satış yerlərində səhər tezdən iş artıq başlamışdı. Saat 06:30-dan etibarən artıq iri və xırdabuynuzlu heyvanlar kəsim yerlərinə gətirilmişdi. Məntəqədə təkcə qəssablar və mal sahibləri yox idi. Kəsim prosesini maraqla izləyən məhəllə sakinlərini də unutmayaq. Amma heyvan kəsiminin gigiyenik qaydalara, standartlara cavab verdiyini yoxlamaq üçün aidiyyatı qurumlardan kimsəni görmədik. Adəti üzrə kəsim başladı, eyni zamanda mal sahiblərinin gətirdikləri iri və xırdabuynuzlu heyvanların daha çox çəki verməsi üçün qəssabların işinə müdaxiləsi də...

“Gəlib buraları bağlayacaqlar?”

Prosesi bir müddət kənardan izləyib kəsim yerinə yaxınlaşdıq. Şəkil çəkmək üçün icazə istədik, qəssablar da, mal sahibləri də etiraz etmədi. Kəsim yerlərində olanlardan yeni qərar, görüləcək işlər, ət kəsimi və satışı yerlərinin bağlanacağı haqqında deyilənləri soruşduq.

Xəbərsiz olduqları hiss olunurdu. Özləri də çox keçmədən bunu dilə gətirdilər. Qəssablardan birinin sözlərinə görə, belə qərar olmaz: “Biz uzun müddətdir ki, bu işlə məşğul oluruq. Ailəmizi bununla saxlayırıq. Onsuz da indi işlər zəifdir. Qiymətlər günü-gündən bahalaşır. Rayonlardan heyvan almaq müşkülə çevrilib. İri və xırdabuynuzlu heyvanların sayı ciddi şəkildə azalıb. Daha rayonlarda heç kim əvvəlki kimi heyvandarlıqla məşğul olmur. Səbəbi də başadüşüləndir. Yem bahadır, otlaq sahələri də yoxdur. İndi də deyirsiz ki, gəlib buraları bağlayacaqlar. Heç belə iş olar?”

“Qiymət azı 2 dəfə bahalaşacaq, əgər...”

Qəssabla söhbətimizə kənardan müdaxilələr də olurdu. Hər kəs öz fikrini bildirmək istəyirdi. Heyvan sahibi olan T.S deyir ki, rayonlardan qəssab və ya heyvan sahiblərinin mal gətirməsinə qadağa qoyulsa, qiymətlər ən az 2 dəfə bahalaşacaq: “Bakıda heyvan yoxdur. Bir- iki nəfər qəsəbələrdə özü üçün saxlayır, onları da satmırlar. Biz gedib Bərdədən, Ağcabədidən, Beyləqandan və digər rayonlardan heyvan gətiririk, onu da güclə tapırıq. Biz də çalışırıq elə qiymətə alaq ki, üstündə 5-10 manat da biz qazanaq. İndi deyirlər ki, rayonlardan gətirilən heyvanlar Bakıya buraxılmayacaq? Bəs bu kombinata mal haradan gətiriləcək?”

“Biz işimizi “köhnə qayda”da həll edirik”

Söhbətimizi bitirib başqa bir kəsim məntəqəsinə yaxınlaşdıq. Orada da qızğın iş gedirdi. Amma adəti üzrə kəsilən heyvanın sağlam olub-olmadığını yoxlayacaq heç kimə rast gəlmədik.Niyəsini qəssabdan soruşduq. Sualımıza əsəbi şəkildə “Biz bu məsələləri köhnə qaydada həll edirik”,- deyə cavab verdi. Köhnə qayda”nın nə olduğunu nə biz soruşduq, nə o dedi. Cavab hər ikimizə də aydın idi.Kəsilən heyvanın haradan gətirilməsinə gəlincə, “Bərdə malıdır, özümüz gətirib kəsib, satırıq” cavabını aldıq.

Ətdən çox, ciyərə müştəri var

Bu minvalla demək olar ki, qəsəbədəki bütün kəsim və satış yerlərinə gəzdik. Nəticə dəyişmədi.Hər kəs “köhnə” qaydada öz işi ilə məşğul olurdu, yeni qaydalardan da xəbərsiz olduqlarından narahat görünmürdülər.Kəsim üçün hazırlanan, amma növbəsini gözləyən heyvanları isə gediş-gəlişin gur olan yerlərinə bağlayıb reklam edir, alıcı gözləyirdilər.Adəti üzrə qəssabı tanıyanlardan isə sifariş yağırdı. Əsaəsn də heyvanın ciyəri ilə bağlı... Ciyər sifariş verənlərin birinə yaxınlaşıb soruşduq:

-Haradan bilirsiz ki, kəsilən heyvanın ciyəri təmiz, sağlam olacaq?

-Bunları 3 ildən çoxdur ki, tanıyıram. Həmişə burdan alver edirəm. Sağ olsunlar, hörmət edirlər. Ona görə də inanıram.Mənə xəstə heyvanın ciyərini verməzlər.

Divarda arayışlar, növbədə adamlar...

Maraqlıdır, qəssab özü kənardan baxmaqla kəsdiyi heyvanın hansısa xəstəlik daşıyıcısı olduğunu bilirmi? Məsələn, kim zəmanət verə bilər ki, kəsilən heyvan xəstəlik daşıyıcısı deyil? Doğrudur, kəsim məntəqələrinin divarları arayışlar, icazələr baxımdan “zəngindir”.Hamısı da məntəqənin fəaliyyəti üçün nəzərdə tutulub, yəni kəsilən heyvanların “sağlamlıq kağızı” deyil.

Saat 08:30-dan sonra demək olar ki, bütün məntəqələrdə kəsim bitmişdi. Qəsəbə sakinləri təzə ət almaq üçün növbəyə düzülmüşdülər.Biz də reportajı yekunlaşdırıb qəsəbədən ayrılmaq qərarına gəldik.

Qeyd: Hazırda cərimələr az olduğu üçün qanunsuz ət kəsimi ilə məşğul olanlar çoxdur və onlar mənşəyi məlum olmayan məhsulu satmağa cəhd göstərirlər.

Korrupsiya.org
OXŞAR MÖVZULAR