Paşinyan kəndlərin Azərbaycana məxsus olduğunu parlamentdə də TƏSDİQLƏDİ
Gündəm / Siyasət
Oxunub: 9
21 мар 2024 | 11:23
Paşinyan kəndlərin Azərbaycana məxsus olduğunu parlamentdə də TƏSDİQLƏDİ


“Müxalifətçilər deyirlər ki, Ermənistan hökuməti Tavuş rayonunun 4 kəndini Azərbaycana təslim etməyə hazırlaşır, o zaman onlardan soruşmaq lazımdır ki, söhbət Tavuş rayonunun hansı kəndlərindən gedir?”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 20-də parlamentdə keçirilən “hökumət saatı”nda delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq ərazilərdən təfərrüatlı söz açarkən deyib.

Paşinyan bildirib: “Biz delimitasiyaya haradan başlayacağımızdan danışarkən söhbət kəndlərdən yox, ərazilərdən gedir”.

“Bu çox mühüm məsələdir. Özünüzü çaşdırmayın. Biz sözügedən kəndlərin qarşısından keçəcək sərhəddən danışırıq. Ermənistanın Bağanis kəndi və Azərbaycanın Bağanis Ayrım kəndi. Bunu yadda saxlayaq ki, bunlar eyni kənd deyil”.

Baş nazir əlavə edib ki, Azərbaycanın istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni Azərbaycan ərazisindədir:

“Kirants inzibati ərazi dairəsinin başçısı Xremli kəndinin adını çəkdi və mən cavab olaraq soruşdum: Tavuş vilayətində Xremli kəndi varmı? İndi fürsətdən istifadə edərək, mövqeyimizi və nəyə hazır olduğumuzu bildirmək istəyirəm”.

Paşinyan Ermənistan hakimiyyətinin nəyə hazır olduğunu təqdim edib.

“Biz deyirik ki, Ermənistan hökuməti Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında delimitasiyaya aşağıdakı bölmədə başlamağa hazırdır:

Ermənistan Respublikası tərəfdən Bağanis, Azərbaycan tərəfdən Bağanis Ayrım.

Daha sonra Ermənistan tərəfdən Voskepar kəndi və Voskeparın qarşısındakı sərhəd Azərbaycanın Aşağı Əskipara yaşayış məntəqəsinə uyğun gəlir.

Bundan başqa, Ermənistan tərəfdə Kirants kəndi və onunla üzbəüz yerləşən azərbaycanlıların Xeyrimli kəndi.

Berkaber kəndi Ermənistan tərəfdə və onun qarşısındakı sərhədin bir hissəsi Azərbaycan tərəfdən Qızıl Hacılı kəndi ilə üst-üstə düşəcək. Eyni zamanda, Qızıl Hacılı kəndi bu gün də, dünən də, 20 il əvvəl də Azərbaycanın hakimiyyəti altında olub”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Bağanis kəndi Ermənistanın xəritəsində yerləşir, Bağanis Ayrım isə xəritədən kənarda olub, yəni Azərbaycanındır.

“Bağanis buradadır və həmişə bu xəritədə qalacaq, Voskepar, Kirants, Berkaber kəndləri də burada qalacaq. Başqa bir məsələ odur ki, sərhədin delimitasiyası ilə əlaqədar Voskeparın təhlükəsizliyi ilə bağlı suallar yaranır və kənd sakinlərinin qaldırdıqları bütün suallar qanunidir”.

Baş nazir onu Tavuş rayonunun kəndlərini Azərbaycana vermək niyyətində olmaqda ittiham edən keçmiş hakimiyyəti günahlandırıb. O deyib ki, əvvəlki hakimiyyət Kirants-Bağanis magistralında heç bir tikinti işi aparmayıb:

“Yüz dəfə bu yoldan keçmişəm, amma yüz birinci dəfə fikir vermişəm ki, Kirantsdan Bağanisə qədər olan yolda mağazalar, kafe və qonaq evləri yoxdur. Axı niyə? Bu ki dövlətlətarası yoldur...”.

Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycanın 4 kəndini qaytarmaqla dövlət sərhədi əldə etmiş olacaq.

Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.

Ermənilər 1990-92-ci illərdə işğal etdikləri bu kəndləri qanunsuz olaraq Ermənistanın Tavuş rayonu ərazisinə daxil ediblər.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.

“Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq", - deyə rəsmi Bakının bəyanatında vurğulanıb.

Ötən həftə Tavuş rayonunda məskunlaşmış ermənilərlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarmağa məcbur olacaqlarını bildirib. Əks halda, o, müharibə olacağını istisna etməyib.
Сегодня, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
Сегодня, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB
Сегодня, 09:21
Bu gün 30 dərəcə isti olacaq
Сегодня, 08:56
Bakıda tıxac olan yolların sayı artıb - SİYAHI
Вчера, 19:47
“Qırmızı xətləri keçmirik” - İlham Əliyev
Вчера, 18:55
Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım
Вчера, 17:02
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Вчера, 16:21
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
Вчера, 15:36
Azərbaycan lideri: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var
Вчера, 15:04
Prezident COP29-la bağlı forumda iştirak edir - Canlı
Вчера, 13:59
Onlar əfv olunmaq istəyir
Вчера, 13:18
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib
Вчера, 12:45
DTX-nin nümayəndələrinin maaşı ilə bağlı qərar qəbul edildi
Вчера, 12:23
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
Вчера, 11:03
Çempionlar Liqasının 2028-ci ildəki final oyunu Tbilisidə keçirilə bilər
Вчера, 10:32
Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi - ŞƏRH
Вчера, 10:07
İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib
Вчера, 09:32
Kürdəmirdə qadın su quyusuna düşüb öldü
Вчера, 09:11
Bürclərin kişiləri ər kimi necədirlər? Nəyi bilməlisiniz və...
22-04-2024, 17:45
Azərbaycanla münasibətlər yüksək səviyyədədir - Putin
22-04-2024, 17:20
Heydər Əliyev BAM-ın inşasında böyük rol oynayıb - Rusiya lideri
22-04-2024, 15:50
Dünya ölkələrinin inflyasiya REYTİNQİ
22-04-2024, 14:40
Ərdoğan İraqın baş naziri ilə görüşdü - FOTOLAR
22-04-2024, 14:12
Paşinyan delimitasiya ilə bağlı ikinci işçi qrupu yaratdı
22-04-2024, 13:31
İranda qadınların geyiminə nəzarət SƏRTLƏŞİR
22-04-2024, 12:49
İlham Əliyev Rusiyaya getdi
22-04-2024, 12:01
NATO-dan Qazaxın kəndlərinin qaytarılmasına REAKSİYA