Impera

XƏBƏR LENTİ
00:09Qoyun kəsən azərbaycanlıya cinayət işi açıldı18:51Xırdalanın su-kanalizasiya çəkilişlərindəki - SON DURUM18:45Elçinlə arvadından döyülmə xəbərinə reaksiya18:35Rəisin qardaşının meyiti TAPILDI - Xəzərdə18:26SON DƏQİQƏ: İranda DƏHŞƏT - Yüzlərlə insan həyatını itirdi - VİDEO18:03“Özümüzü Prezidenti Administrasiyasının qarşısında yandıracağıq” - İcra başçısı tərəfindən evi əlindən alınan Lerik sakini17:4629 milyonluq qaz borcunu kim ödəyəcək? – Bü yük də dövlətin üzərinə qoyulur17:18İlham Əliyev sərəncam imzaladı17:03"Təzyiq və təhqirlər başlanıb" – Baş katibdən Rövnəq Abdullayevə şikayət16:24Sosial etiraz, təxribat, hakimiyyətdaxili mübarizə: İranda nə baş verir? - TƏHLİL16:03100 manatlıq şirkət 13 milyonluq tenderin qalibi elan edildi15:46Əhmədzadənin Göydöldəki adamı ilə bağlı şok iddialar - İTTİHAM13:46Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI13:34“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..13:17AQTA əməkdaşı korrupsiya ilə tutulub?12:59Nazirin buralardan xəbəri varmı? - İDDİA12:44Eldar Əzizov direktoru işdən çıxardı12:15Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib12:03SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - Müharibə yenidən alovlanır11:00“Sevindik ki, Sevindik gəlir...” – Salyan sakinləri başçıdan şikayət edir10:57Prezidentin islahatları Qüdrət Qurbanovu necə bitirir? -Müəmma…10:35Gədəbəyin icra başçısı kimdir – O, özü barədə məlumatları niyə gizlədir?10:18Şəkidə rəhbər var, ya yox: BİLİNMİR... - GİLEY, VİDEO10:03Mövqelərimiz snayperlərdən atəşə tutuldu09:46Dünya birjalarında neftin SON QİYMƏTİ09:32"Şərəf üçün oynayacağıq" - Nikola Yurçeviç09:16Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü08:59"Pompeo ABŞ-dakı acların dərdini çəksin" - İran XİN-in sözçüsü23:46Dəlixanada qeydiyyatda olana sürücülük vəsiqəsi üçün sağlamlıq kağızı verilib-VİDEO23:34Qarabağda erməni əsgər minaya düşdü19:46ABŞ-ı dünyada LİDER edən ƏSAS FAKTOR - Prezidentin çıxışında hansı təkliflər yer almışdı?19:23Azərbaycanda maşın aşdı, azyaşlı öldü19:05Gürcüstan müxalifəti parlamentə girişi bağladı18:50Nə olsun ki Albert yəhudidir? - Azərbaycan üçün canından keçən hər kəsin xatirəsi əzizdir18:39Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar18:35Qubadlıda başçı dəyişikliyi gözlənilir - İDDİA18:19Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir18:03“İcra hakimiyyətindən təklif gəlsə, yolu yenidən qura bilərik” - QALMAQAL17:45İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək17:23Rusiyada "Lotu Quli"nin dəstəsinin üzvü saxlanıldı17:02“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”16:41Azərbaycan Prezidenti: "Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir"16:16Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub15:47Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal15:24Xəzərdə neftçi batıb - YENİLƏNİB14:53Bu başçılar maraqlı rekorda imza atıblar - İLGİNC SİYAHI14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM14:16"Sığorta şirkətləri ödəniş etməmək üçün o qədər bəhanə gətirirlər ki..." - PROBLEM13:31Lerikin icra başçısı narazılıq yaradır... - GİLEY12:56Kərimov sabiq nazirin dayısını işdən qovdu – Səbəb12:39"Rayonda sorğu keçirilərsə, 100 adamdan biri bu deputatı tanımaz" - QALMAQAL10:35Cəlilabadda gənc müəllim evində ölü tapılıb10:16Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub09:57Ət yeməyənlərin ideologiyası — Veqanlıq - REPORTAJ09:42Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub09:29Tramp Kim Çen Inla görüşəcək17:19Mandatı təhvil ver, İqbal Məmmədov! - DEPUTATA AÇIQ MƏKTUB!17:05"S-400" raketləri Azərbaycanda yerləşdirilə bilərmi? - GƏLİŞMƏ16:55Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”16:51Fransada 20-dən çox metro stansiyası bağlandı16:43Məşhur baş məşqçiyə içində güllə olan məktub göndəriblər14:29Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan şöbəsinin dünəni və bu günü14:17Sabah hava necə olacaq?13:50ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?13:20Əhalinin normal qaz təminatındakı əngəllər13:02“Ərdoğan qəti şəkildə ona dedi ki...” - Putindən sürpriz Türkiyə gedişi12:44Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”11:49Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”11:30Azərbaycanlı milyarderlər: Pul və şöhrətləri çox, elə dərdləri də... - İLGİNC11:14Ağsu rayon İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifəsindən azad edildi10:50İstirahət günlərində gözlənilən HAVA PROQNOZU10:32Bağdadda TERROR: 6 ölü, 30 yaralı23:25Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi23:21Prodüsser omba dikləşdirmə əməliyyatı zamanı öldü - Kosmetoloq silikonu ebaydan gətizdiribmiş - FOTO22:48Azərbaycan xam neft ixracını artırıb21:58“Onlar faşisti müdafiə edirlər” - Prezident İlham Əliyev həqiqəti dedi21:44"Heç kim ləkəsiz, təmiz deyil"18:12Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır? - "SAAR 72" BAKIDA YIĞILACAQ...17:55Paşinyan narkomandır? - Qəribə görüntülər yayıldı - (VİDEO)17:41Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib17:30Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 3 milyon manat ayrılıb17:13Bu qədər sərvət, sizdə hardandır, cənab rektor? - ŞÜBHƏ16:57Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir16:29Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib - FOTO16:11“Azəriqaz" pul tapmır? - Smart sayğacdan imtinanın ƏSL SƏBƏBİ15:52Könül Xasıyeva: Konsertimə biletlər satılmadı, 20 min manat borca düşdüm15:22Premyer Liqamızda oyunların vaxtı açıqlandı15:04Ölkəmiz Tbilisidə ilk dəfə keçiriləcək “Professional Musiqi Forumu”na dəvət alıb14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (394)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xəzərin sahilində qanunsuz tikinti və hasarlanma aparanlarla bağlı DİN-ə müraciət olundu

18 iyl 2018, 12:14   
    150
Xəzərin sahilində qanunsuz tikinti və hasarlanma aparanlarla bağlı DİN-ə müraciət olunduƏmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir.

Komitədən Publika.az-a verilən məlumata görə, reydlər nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan 190 torpaq istifadəçisini əhatə edən monitorinq keçirilib.

Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Belə ki, monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması aşkar edilib. Həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.

Monitorinqlər zamanı bəzi torpaq istifadəçiləri tərəfindən sənədlər təqdim olunmadığına görə Xəzəryanı rayon (şəhər) icra hakimiyyəti başçılarına sənədlərin əldə edilməsinə köməklik göstərilməsi barədə müraciətlər göndərilib.

Həmin şəxslərə qarşı cərimələr tətbiq olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə 30 bildiriş (xəbərdarlıq) verilib, 23 hal üzrə sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə tərəfindən 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib.

Xəzər dənizi sahilinə Xətai rayonu Naximov küçəsində torpaqların tökülərək ərazinin qanunsuz olaraq genişləndirilməsi halları da aşkar edilib. Bununla bağlı 47 hal müəyyən olunub. Sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq sənədlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub.

"Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət məqsədi ilə istifadə hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Nəticədə vətəndaşların narazılıqlarının yaranmasına gətirib çıxarır. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü və ictimaiyyətin istirahət hüquqlarını pozur. Bu isə eyni zamanda turizmin inkişafı baxımından mənfi fəsadlara gətirib çıxarır", - deyə məlumatda qeyd edilib.

Qeyd edək, Prezidentin Torpaq Məcəlləsinə dəyişikliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb.

Qeyd edək ki, belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Komitədən bildirilib ki, bu kimi halların qarşısının alınması üçün inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri də aparılır. Qarşıdakı dövrdə belə pozuntuların baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcək.

Korrupsiya.org
OXŞAR MÖVZULAR