Impera

XƏBƏR LENTİ
14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI16:16“Bütün komanda yatmışdı” - Emin Mahmudov16:06İtkin düşən bacı - qardaş tapıldı - Oğurlanıblarmış15:58Ucar polisi naməlum məxluqu tutmağa çalışır15:48Yol polisindən texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ14:42MÜTLƏQ OXUYUN: Çimərlikdə batmağın səbəbi BU İMİŞ! - VİDEO14:24Ermənilərin ekoloji TERRORU - Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO14:12İnsanlar iş saatlarını özləri müəyyən edəcək - YENİLİK13:28Bu ölkələrə vizasız gedə bilərik - SİYAHI13:17Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?12:22Meşədə narkotik becərən İsmayıllı sakini saxlanılıb12:20Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var11:50Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI11:46Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək11:05Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT10:46Xaçmazda dəhşətli QƏZA: ölən və yaralananlar var10:34Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi10:18Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb"10:00Dünyanın ən hündür döyüşçüsündən gözlənilməz qərar09:41Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank09:23Donald Tramp Si Tsinpinə görüş təklif edib09:04İnstaqramda şübhəli məlumatlar barədə xəbərdarlıq ediləcək08:51Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı08:47“Bakı Metropoliteni” “Sovetski”də torpaq alacaq08:12Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 120 milyon dolları ötüb19:30İCRA BAŞÇISINDAN ÖZÜ İLƏ BAĞLI SƏRƏNCAM: restoranı üçün 5.5 hektar ərazi ayırıb - SƏNƏD + FOTOLAR19:00Gecə yarısı 10.2 milyonluq kredit16:02Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu - TƏHLİL15:43Gecə yarısı 10.2 milyonluq kredit
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (366)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Yasamaldakı “intihar vadisi” - “Mənzillər kimə gəldi kirayə verilir”

21 iyl 2018, 10:58   
    119
Yasamaldakı “intihar vadisi” - “Mənzillər kimə gəldi kirayə verilir”Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur” MTK-ya məxsus binada18 yaşlı qızın intiharı ilə bağlı müəmmalı məqamlar var. Qızın anası onun intiharı üçün heç bir səbəb olmadığını deyir. Yayılan xəbərlərdə isə iddia olunur ki, Nərgiz Vəliyeva sosial şəbəkə üzərindən intihara sürüklənib. Gənc qızın kimin tərəfindən intihar həddinə çatdırıldığı bilinmir.

Nərgiz adı ilə tanınan Əda Zeynalova da özünü həmin ərazidə 10-cu mərtəbədən atıbmış...

Korrupsiya.org Yeni Müsavat-a istinadən xəbər verir ki, bu, həmin ərazidə son 6 ay ərzində baş verən 2-ci intihar faktıdır. Nə qədər qəribə olsa da, 6 ay əvvəl - 2017-ci il dekabrın 8-də intihar edən qızın adı başqa olsa da, onu hamı Nərgiz adı ilə tanıyıb, çağırıb.

Bəs 6 ay əvvəl Nərgizi intihara sürükləyən kim olub?

Həmin olay dekabrın 8-nə keçən gecə Yasamal rayonu ərazisində, metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib. Özünü ərazidəki çoxmərtəbəli binanın 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda (Nərgiz) Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili alırmış.

Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Həmin günlərdə bu intihar faktı ilə bağlı da Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

"Çox şən və gülərüz biri idi. Özünü öldürdüyünə qətiyyən inana bilmirik. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunu olub. Magistratura təhsili alırdı. Atasını iki il əvvəl itirib. Qətiyyən canına qəsd edəcək birinə bənzəmirdi. Güclü insan idi. Atasını çox istəyirdi. Hətta atası rəhmətə gedəndə belə özünü toparlaya bilmişdi. Hər zaman həyatdan zövq almağa çalışan biri idi. Axırıncı dəfə Whatsapp-da gecə saat 2-də olub, lakin özünü səhər saatlarında öldürdüyü deyilir. Dekabrın 31-i ad günü olacaqdı. O, yaxın rəfiqəsi ilə ad günü ilə bağlı planlar qururdu”. Bu sözləri Nərgizin ölümü ilə bağlı milli.az-a o dövrdə qrup yoldaşları demişdilər.

Nərgizlərin "ölüm oyun”larını yayan qrupların qurbanına çevrilməsi ehtimalı qalır

Mümkündür ki, hər 2 hadisənin birləşdiyi bir nöqtə olsun. Hazırda bu hadisələrin bir-biri ilə əlaqəli olmasını birmənalı söyləmək də çətindir. Hər 2 gənc xanımın sosial şəbəkələr vasitəsilə "ölüm oyun”larını yayan qrupların qurbanına çevirilməsi ehtimalı da qalır.

"Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə işi başlanıb. İş üzrə məhkəmə tibb ekspertizası təyin olunub.

"Şahidlər dindirilib, hazırda hadisənin başvermə səbəblərinin müəyən olunması istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir” - deyə xidmətdən bildiriblər.

Bundan əvvəl isə Yasamal Rayon Prokurorluğundan "Sputnik Azəbaycan”a verilən məlumatda qızın mənzildə tək olmadığı haqda xəbərlərin araşdırıldığı bildirilmişdi: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır”.

"Yoldan keçən”, "könlünə ölmək düşən” hər kəs bu binaya üz tutur

2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Həmin binanın sakinləri isə deyiblər ki, "yoldan keçən”, "könlünə ölmək düşən” çoxları bu binaya üz tutur. Sitat: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır”.

Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, ”İnşaatçılar" metro stansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb. Qız yerə düşəndə əynində paltarının olmadığına gəlincə, o, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi".

Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti 1 saata yaxın yerdə qalıb: "Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu”.

Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur”.

Binanın komendantı Toğrul Kətanov bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib”.

T.Kətanovun sözlərinə görə, bina 2 ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq”.

Komendant həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə o, bu məsələlərə müdaxilə edə bilmir.

Nərgiz Vəliyevanın anası Çimnaz Vəliyeva "Hürriyyət” qəzetinə bildirib ki, qızı haqda sosial şəbəkələrdə yazılanlardan sarsılıb.

Nərgizin anasının sözlərinə görə, hadisədən əvvəlki gecə qızı rəfiqəsinin evində qalıb: "Qızım rəfiqəsi Aynurun evində qalmışdı. Gecə saat 01:30-da telefonla Nərgizlə danışmışam. Rəfiqəsi ilə evdə idilər. Hadisə olan gün biz rayona gedəcəkdik. Qızımla əlaqə saxladım, dedi ki, ana, taksi çağırmışam, evə gəlirəm. Taksi ünvana çatan zaman intihar edib. Necə olur ki, taksi gəlib həyətdə qızımı gözləyən vaxt qızım özünü 17-ci mərtəbədən atıb? Mən bütün bunları anlaya bilmirəm. Özünü atdığı yer rəfiqəsinin yaşadığı bina deyil”.

Çimnaz Vəliyeva bildirib ki, qızı haqda deyilənlər əsassızdır: "Mən övladımı özünü atdığı binada görəndə təəccübləndim ki, ay Allah, bura haradır? Üstünü örtmüşdülər, ayağında ayaqqabı gördüm. Qızımın meyiti bir saat yerdə qalıb. Mən axı qızımı ora qoyub getməmişdim. Aynurun evində qoymuşdum. Onun evi 9-cu mikrorayondadır. Necə olub ki, Nərgiz intihar etdiyi binaya gəlib? Bütün bunları bilmirəm. Hər kəsdən xahiş edirəm, qızım haqda nəsə yazmasın. Mənim 18 yaşında övladım ölüb. Bu, hər kəsin başına gələ biləcək hadisədir. Uşağımın arxasınca deyilən sözlər bir ana kimi məni sarsıdır. Hər kəs bir söz danışır. Kimisi qızımın özünü atanda lüt olduğunu deyir. Bu, düzgün deyil. Onun əynində qara şortik, qırmızı gödəkçə və ayağında ayaqqabı olub”.

İntihar edən qızın anası deyir ki, Nərgiz öldüyü gün səhər sosial şəbəkədə aktiv olub: "Qızım saat 09:10-da ”Whatsapp"da aktiv olub. Şahidlər açıqlama verib ki, gecə səhərə qədər binadan ağlamaq səsi gəlib. Bəs elədirsə, niyə bir nəfər qızımla maraqlanmayıb? Biriniz qapını açıb deyəydiniz ki, ay bala, sənə nə olub? Bəlkə mənim uşağımı öldürürdülər? Polisə xəbər verəydilər. Kaş qızım sağ olaydı. Mən onu bütün səhvləri ilə qəbul edərdim"...

Hər 2 Nərgizin intiharında oxşar məqamlar var. Onların sosial şəbəkədə aktivliklərinin xüsusi diqqət çəkməsi, Yasamal rayonu ərazisindəki tanıyıb-bilmədikləri çoxmərtəbəli binaları intihar məkanları kimi seçmələri, ən nəhayət, adlarının üst-üstə düşməsi də istintaqçılar üçün ipucu ola bilər...

Korrupsiya.org
OXŞAR MÖVZULAR