Gözəl atalar sözü var: it hürər karvan keçər
Bölgə
Oxunub: 276
27 окт 2022 | 10:32
Görəsən bəzi sayt rəhbərləri niyə Lənkəranın inkişafından yazmirlar, Taleh Qaraşov haqqında şantaj xarakterli yazılar dərc edirlər

Son günlər bəzi internet saytlarında Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Lənkəranda sakinlərin həyatı TƏHLÜKƏDƏ... - İcra başçısı ortalıqda görünmür başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Lənkəran əhalisi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Taleh Qaraşov Ramid Əliyev və Elməddin Məmmədlinin anım günündə məzarlarını ziyarət edib






Oktyabrın 26-da Vətən müharibəsi şəhidləri Əliyev Ramid Kamal oğlu və Məmmədli Elməddin Ələddin oğlunun anım mərasimləri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin İstisu qəsəbə və Göyşaban kənd qəbiristanlıqlarındakı məzarları ziyarət olunub, qəbirləri üzərinə güllər düzülüb, ruhlarına dualar edilib. Şəhid ailələrinin üzvləri ilə söhbət edən Taleh Qaraşov onların qayğı və istəkləri ilə maraqlanıb. “Ölümü gözə alıb Vətən üçün canından keçən övladlarımızın xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur” deyən icra başçısı bildirib ki, şəhidlərimiz qəlblərimizdə və yaddaşlarımızda əbədiyaşarlıq qazanıblar. Onun sözlərinə görə, birlik və bərabərlik rəmzimiz olan şəhidlərimiz Azərbaycan tarixində yeni səhifə açıblar, onların sayəsində xalqın milli qüruru bərpa edilib, dövlətimizin beynəlxalq arenadakı nüfuzu daha da möhkəmlənib. Taleh Qaraşov qeyd edib ki, Azərbaycanın dünyada artan nüfuzu, regionda iştirakımız olmadan heç bir məsələnin həll olunmaması məhz Vətən müharibəsində qazandığımız Zəfərdən sonra formalaşan siyasi proseslərin təzahürüdür: “Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınmaq cəhdlərinin səmərəsizliyini artıq hər kəs anlayır və ermənilər “Dəmir Yumruğun” yerində olduğunu bilirlər. Ona görə də dövlətimizin başçısının siyasi iradəsi, xalq-hakimiyyət birliyinin davamlılığı, habelə rəşadətli ordumuzun gücünün yerində olması Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edəcək”.

Şəhid valideynləri övladlarının xatirəsinin əziz tutulmasından razılıqlarını bildiriblər və buna görə Taleh Qaraşova minnətdarlıqlarını ifadə ediblər. Övladlarının vətənpərvərliyindən danışan şəhid ataları onları heç bir qüvvənin döyüşə qatılmaqdan yayındıra bilmədiyini söyləyiblər. Bildirilb ki, Vətən eşqini hər şeydən uca tutan şəhidlərimiz artıq bütün Azərbaycan xalqının qəlbində özlərinə yer ediblər, bununla ancaq fəxr etmək olar.

Şəhid Əliyev Ramid Kamal oğlu ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına laiq görülüb.

Qeyd edək ki, şəhid Məmmədli Elməddin Ələddin oğlu ölümündən sonra dövlətimizin başçısı tərəfindən Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!
Сегодня, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Сегодня, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Сегодня, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Сегодня, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Сегодня, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24-04-2024, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
24-04-2024, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
24-04-2024, 14:49
İntihardan əvvəl məktub yazıbmış
24-04-2024, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
24-04-2024, 13:46
Prezident 2 fərman imzaladı
24-04-2024, 13:20
Prezident onu ordenlə təltif etdi