Nəzər Əsgərov: Bu Qələbə həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi təkcə görkəmli siyasi xadim deyil, həm də əsl Sərkərdə kimi dünyaya tanıtdı
Cəmiyyət
Oxunub: 93
14 ноя 2022 | 12:09
Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov - Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarixi Üçtərəfli Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi. Bu baxımdan, Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsi idi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasınıın əsasını qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğalçı Ermənistana da, dün­ya­nın iri dövlətlərinə də, beynəlxalq təşkilatlara da bildirirdi ki, münaqişə danışıqlarla həll edil­mə­sə onu Azərbaycan Ordusu döyüşlə həll edəcəkdir. Bu döyüşlərə xalqımız 28 il səbr və əzmlə hazırlaşmışdır.

Vətən Müharibəsi dünya tarixində indiyə qədər baş vermiş müharibələrdən bir qədər fərqli mü­ha­ri­bə idi. Bu müharibənin iştirakçısı təkcə Azərbaycan Ordusu deyildi, bu müharibənin iştirak­çı­sı həm də bütün xalqımız idi. Öz ordusuna böyük, müqayisəyəgəlməz dəstəyi ilə, Vətən sevgisi ilə Xalq Odunun arxasında durdu.

Azərbaycan ordusu istər Lələ təpə döyüşlərində, istərsə də Tovuz döyüşləri zamanı hərbi qüdrətini Ermənistana nümayiş etdirdi. Vətən Müharibəsində reallaşdırılan hərbi taktikalar isə erməniləri vahiməyə saldığı kimi, dünyanın bir çox hərbi mütəxəssislərini heyrətə gətirdi.

Ermənilər işğal dövründə var gücləri ilə təmas xətti boyunca uzun illər bir neçə maneə zolaqlarından ibarət sədd yaratmaqla məşğul olmuşdular. Ohanyanın tövsiyyəsi və tələbi ilə bu sədd piyada əleyhina mina sahəsi, tank əleyhinə mina sahəsi, tikanlı məftillə hörülmüş dəmir-beton dirəklər, tank əleyhinə xəndəklər və digər müdafiə zolaqlarından ibarət idi. Düşmən Ohanyan səddinə arxayın idi. Ohanyan səddi mərhələli maneələr sistemi idi. Konk­ret ərazidən Azərbaycan əsgərinin irəlilə­mə­sinin qarşısını saxlamaq, müəyyən müddətdə ləngitmək məqsədi güdürdü.

Azərbayca Ordusu müharibənin ilk günlərindən haqqında yaradılan mif ilə birlikdə bu səddi də darmadağın etdi. İlkin qələbələr Böyük Qələbənin baş­lan­ğıcını qoydu. Xalq həmin günün intizarındaydı. Ordumuz həmin günü tezləşdirmək, işğalı son­landırmaq üçün qətiyyətlə döyüşürdü. Vətən Müharibəsində diqqət çəkən önəmli məqamlardan biri də Şanlı Ordumuzun 44 gün ərzində bir gün belə durmadan irəliləməsi idi.

Vətən müharibəsində qazanılan Zəfər hərbi qələbə idi. Dün­yanın hərbi ekspertlərinin rəyinə görə dünyanın ən güclü orduları sırasındakı Azərbaycan Ordusunun reytinqi xeyli yüksəlmişdir. Bu qələbə siyasi baxımdan da çox dəyərlidir. Dünya dövlətləri bir da­ha əmin oldu ki, Azərbaycan güclü döv­lət­dir. Xarici ekspertlar Vətən müha­ri­bəsinin taktika və strategiyasını öyrənilməsini vacib hesab edirlər. Bu, Azər­baycana da, onun müzəffər or­du­suna da böyük ehtiram deməkdir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliy­yat­lar həm texniki imkanlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.

Bu Qələbə həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi təkcə görkəmli siyasi xadim deyil, həm də əsl Sərkərdə kimi dünyaya tanıtdı.
Сегодня, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Сегодня, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Сегодня, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Сегодня, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Сегодня, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Сегодня, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Сегодня, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Сегодня, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24-04-2024, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
24-04-2024, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
24-04-2024, 14:49
İntihardan əvvəl məktub yazıbmış