Vüqar Əliyev : "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası"
İqtisadiyyat
Oxunub: 75
8 май 2023 | 01:46

8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal Sahəsinin rəisi Vüqar Əliyev -Ümummilli Lider Heydər Əliyevin geosiyasi təfəkkürünün bəhrəsi olan transmilli layihələr (Trans-Xəzər, Trans-Qafqaz layihələri) Azərbaycanı Avropada təhlükəsizlik sisteminin həyati vacib arteriyalarından birinə çevirdi. Onun bölgədə sülhün, əməkdaşlığın, sabitliyin simvolu kimi təsdiq edilməsinə, Azərbaycana qarşı yönəldilə biləcək real və potensial təhlükə risklərinin neytrallaşdırılmasına, qlobal təhlükəsizlik sisteminin dəstəyinə, dövlətimizin bu sistemin ən fəal subyekti kimi tanınmasına göstərdiyi təsir bu gün göz önündədir.

Azərbaycanın xarici siyasətində milli maraqlara cavab verən çoxvektorlu balanslaşdırılmış model uğurla tətbiq olundu. Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu, BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlığı genişləndi. 1994-cü il mayın 4-də NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədi imzalandı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə suveren hüquqlarını qorumaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqətləri dünya birliyinə çatdırmaq üçün yeni imkanlar əldə edildi. Azərbaycan Respublikası İKT və MDB çərçivəsində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini genişləndirdi. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalandı. Bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin dərinləşməsi istiqamətində hüquqi baza rolunu oynamışdır. 2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.
türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hüquq bərabərliyi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulması, davamlı inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətlə çalışmışdır.

Ulu Öndər cəmiyyəti sağlam ideologiya ətrafında birləşdirdi

Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Ümummilli Liderin qurduğu bu partiya çox keçmədən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində ölkəmizin müstəqil, demokratik, sivil dövlət kimi bərqərar olmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verdi, Heydər Əliyevin müdrik siyasi baxışlarından və zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək öz fəaliyyətini mükəmməl siyasi mexanizmlər üzərində qurdu, ölkənin taleyüklü problemlərinin həllində həmişə ön cərgədə oldu, xalqın maraq və mənafelərinin keşiyində durdu. Yarandığı gündən öz siyasi xəttinə bağlılığı, xalq və dövlət qarşısındakı xidmətləri və ölkəmizin dinamik inkişafı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu artırdı və mövqeyini xeyli möhkəmləndirdi. YAP eyni zamanda bölgənin ən güclü və nüfuzlu siyasi qüvvəsi kimi özünü təsdiq etdi. 800 minə yaxın üzvü olan partiyamızın sıraları xüsusilə gənc nəsli təmsil edənlər tərəfindən gündən-günə genişlənir. Bu, çox sevindirici haldır, çünki gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir.

Ümumiyyətlə, Azərbaycan gəncliyinin milli mənəvi dəyərlər ruhunda tərbiyə alması, Vətənə, dövlətə bağlı olması Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttidir. Ulu Öndərin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" və "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" kimi müdrik fikirləri bu gün də gənclər siyasətinin devizidir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev demişdir: "Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür.
Сегодня, 16:54
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH
Сегодня, 16:22
Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir
Сегодня, 15:59
“COP29 qarşıdurma arenası olmayacaq”
Сегодня, 15:20
İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - Video
Сегодня, 14:39
Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi
Сегодня, 14:03
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başladı
Сегодня, 13:40
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - Foto
Сегодня, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Сегодня, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Сегодня, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Сегодня, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Сегодня, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Сегодня, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Сегодня, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Сегодня, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb