Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyevdən növbəti sərəncam17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (376)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Müəllimlər direktordan prezidentə şikayət etdi

30 may 2018, 10:02   
    376
Müəllimlər direktordan prezidentə şikayət etdi

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin müəllimləri sözügedən təhsil ocağının direktoru Leyla İsmayılovadan narazıdırlar.

Korrupsiya.org Yenicag.az-a istinadən xəbər verir ki, narazılıq artıq o həddə çatıb ki, müəllimlər direktorla bağlı ölkə başçısı İlham Əliyevə də şikayət məktubu ünvanlayıblar. Təhsil ocağının işçiləri daha çox rüşvətxorluqdan şikayətçidirlər:

“Sizin – cənab Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı olan I Vitse-prezident Mehriban xanımın Azərbaycanın hər sahədə çiçəklənməsi uğrunda apardığınız ardıcıl mübarizə, təəssüf ki, mərkəzdə və yerlərdə olan irili-xırdalı bəzi məmurlar tərəfindən əməllicə sabotaj edilir.

Belə məmurlardan biri Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Leyla İsmayılovadır. O bu vəzifəyə təyin olunduğu natamam 2 il ərzində vaxtilə təhsildəki uğurları ilə tanınmış gənc məktəbi gücdən və gözdən salıb. Başqa təfərrüatlara toxunmadan deyək ki, bunun başlıca səbəbi direktorun hədd tanımayan pul hərisliyi, habelə peşəsinə və vəzifəsinə tam yararsızlığıdır.

O, nəinki məktəbdə təlim-tədris prosesini xeyli axsadıb, həmçinin pedoqoji kollektivdə, müəllimlərlə şagird və valideynlər arasında olan işgüzar və insani münasibətlərə xeyli zərər vurub.

Bu münasibətər nəhayət bu il martın 16-da – 10A sinfi şagirdlərinin akt tərtib etməsi ilə özünün ən kəskin nöqtəsinə çatıb. Şagirdlər aktda bildiriblər ki, ingilis dili müəllimi Bəşirova Xoşbəxt və dil-ədəbiyyat müəllimi Müsadirova Səbinə yanvar-mart ayları ərzində xəstəlikləri ilə əlaqədar məzuniyyətdə olublar, sözügedən dərslər boş keçib, nəticədə şagirdlər dərs proqramından çox geri qalıblar və istəyirlər ki, müdiriyyət onların proqramı mənimsəmələri üçün tədbir görsün. Direktor Leyla İsmayılova buna şagirdlərə və valideynlərinə təzyiq göstərmək, qanuni məzuniyyətdə olmuş və xəstəlik vərəqəsi təqdim etmiş fənn müəllimlərini günahkar elan etmək və qalanlarını onlara qarşı qaldırmaqla cavab verib.

Direktor bununla özünün – işdə olmayan müəllimləri digər müvafiq fənn müəllimləri ilə əvəz etməməsi, keçirilməmiş dərslərin yalan kiçik və böyük summativ qiymətləndirmələrinin şagirdlər xəbər belə tutmadan jurnala yazılması və bunun əsasında yarımillik qiymətlərin çıxarılması, keçirilməmiş dərslərin əmək haqqının bir dəfə də sinfə daxil olmayan bir müəllimə yazılması və əlbəttə ki, özü tərəfindən mənimsənilməsi kimi – yaramaz əməllərini ört-basdır etmək istəmişdir.

Bu, hələ Leyla İsmayılovanın “xidməti siyahı”sında olan sətirlərin onda biridir. O özünü qətiyyən müqəddəs müəllim peşəsinə və məsuliyyətli məktəb direktoru vəzifəsinə layiq aparmır, məktəbdə fironluq edir, bəzən söyüş söyməkdən belə çəkinmir. (Hətta bir dəfə keçmiş direktor müavini Allahverdiyeva Humayın mərhum valideynlərinin goruna söyüb, cavabında yuxarılara şikayət məktubu ünvanlamış Humay müəllimə Leyla İsmayılovanın – hər şeyə rəğmən – cəsazız qaldığını gördükdə özü işdən çıxıb. Bundan sonra direktor bir az da azğınlaşıb: “Gördüz də… Bundan belə gedin, hara istəyirsiz, şikayət edin!.. Mənə kimsə bata bilməz!.. Lap Mehribana yazdız, nə oldu?!.”)

Balaca olduğuna görə dərslər 4 növbədə keçirilən məktəbdə növbənin özü də satılır, nəticədə əndərəbadi bir vəziyyət yaranıb…

Direktor hər bir müəllimə 5 manat məbləğində aylıq bac kəsib. Birdəfəlik baclar da var: məsələn, Novruz bayramında hər bir sinif və sinif rəhbəri birlikdə 25 manat “tərləməli” oldular…

Məktəbdə “ölü canlar” da var – adı olub özü olmayan xadimələr…

İşdən bir günlük icazənin qiyməti 20 manatdır. (Tutaq ki, Müsadirova Səbinə son “qara bayram”da valideyninin qəbri üstə getmək üçün icazə istəyəndə direktor əvəzində ondan məhz bu məbləği istəyib…)

Xəstəlik məzuniyyətində olan rus dili müəlliminin dərsini qrupları birləşdirilməklə keçirmiş paralel qrup müəllimi Vəliyeva Xalidə buna görə ona çatası əmək haqqını almayıb, çünki əmək haqqı başqa bir müəllimə – B. Şahnaza yazılıb, müdiriyyət bu pulu da onun əlindən alıb…

Hərçənd direktorun belə əlavə gəlirlərə ehtiyacı olmaya da bilərdi, axı onun həm də müəllim olaraq müxtəlif siniflərdə dərs saatları var. Di gəl ki, o bu dərsləri özü keçmir, sadəcə haqqını alır…

İsmayılova Leylanın son “hünər”lərindən biri isə lap göz çıxarır. Martın 30-da axşam saat 8 radələrində o, ən çox intriqa apardığı iki müəllimdən biri olan Bəşirova Xoşbəxtgilə gələrək (!) onun anası ilə hədələyici tonda danışıb, nəticədə müəllimənin anasının artan qan təzyiqini düşürmək üçün iki dəfə təcili yardım çağırmalı olublar…

Əgər qarşısı alınmasa, barəsində ən ciddi tədbirlər görülməsə, Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru İsmayılova Leylanın buna bənzər işləri çox olacaq. Uduzan gələcək nəsildir. Uduzan təhsilimizin və ümumiyyətlə Azərbaycanımızın gələcəyidir ki, onu möhkəm tikmək üçün Prezident və I Vitse-prezident yorulmadan çalışır.

Xahiş edirik ki, müəllim, şagird və valideynlərin haqq səsini eşidə, təhsil ocağımızı İsmayılova Leyla kimisinin əlindən qurtarasız!

Anlayış və ədalətinizə əminik.

Hörmətlə, Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin müəllimləri”.

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə çalışsaq da, cavab verən olmadı. Qarşı tərəfin fikrini yayımlamağa hazırıq.
OXŞAR MÖVZULAR