Elmar Məmmədyarovdan Ermənistana mesaj: "Sülh müqaviləsini istəmirsinizsə..."
Siyasət
Oxunub: 49
11 май 2023 | 17:41






Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, digər hərbçimiz Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.
Məsələ ilə bağlı açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, düşmən təxribatlarının qarşısının tam alınması üçün sülh müqaviləsi imzalanmalıdır:
"Saziş olmasa, belə xoşagəlməz hadisələr baş verə bilər. Ermənilər başa düşməlidirlər ki, sülh müqaviləsi ilk növbədə onlar üçün vacibdir. Bu saziş imzalanmasa, Ermənistanın inkişaf səviyyəsi də sıfıra enəcək. Azərbaycan onsuz da inkişaf edir. Müharibədə də qalib gəldi. Sülh sazişi Azərbaycan üçün o qədər də vacib deyil. Ermənistana və bütün dünyaya mesaj veririk ki, istəyirsinizsə, sazişi imzalayaq, istəmirsinizsə, biz sazişsiz 30 il yaşamışıq, hələ 30 il də yaşaya bilərik".
Sabiq nazir mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək görüşün mümkün nəticələrindən də danışıb:
"Mənim fikrimcə, Brüsseldə tərəflər Vaşinqtonda razılığa gələ bilmədikləri məsələləri müzakirə edəcəklər. Təsadüfi hal deyil ki, ABŞ dövlət katibi Entoni Blinken Şarl Mişelə zəng vuraraq Azərbaycan-Ermənistan məsələlərinin hansı yerdə qaldığı barədə məlumat verir.
Məsələlər artıq nazirlər səviyyəsində yox, ölkə rəhbərləri səviyyəsində müzakirə olunacaq. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etsin. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həll olunması da olduqca vacibdir".
Сегодня, 12:41
Qərbin puç olan ÜMİDLƏRİ – Sülhməramlıların Qarabağdan çıxarılması hansı planları POZDU?
Сегодня, 12:08
İlham Əliyev Berlindəki tədbirdə çıxış edib - VİDEO
Сегодня, 11:32
Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR
Сегодня, 10:56
Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR
Сегодня, 10:39
Azərbaycandakı Çernobıl əlillərinin SAYI
Сегодня, 09:48
Bu məktəblərə şagird qəbulunda YENİLİK
Сегодня, 09:22
Çin XİN başçısı: Ukraynadakı müharibənin daha da genişlənməsi riski var
Сегодня, 08:50
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24-04-2024, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
24-04-2024, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
24-04-2024, 14:49
İntihardan əvvəl məktub yazıbmış