Azərbaycan quru sərhədlərini açır? - Bu həftə...
Gündəm
Oxunub: 52
21 июн 2023 | 10:40





Azərbaycanın qonşu dövlətlərlə quru sərhədinin açılacağı ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur. Yeni iddialara görə isə sərhədlərin iyulun 1-dən açılacağı gözlənilir. Belə ki, pandemiyanın dünya üzrə bitdiyi açıqlansa da, bu səbəbdən bağlanan sərhədlərimiz hələ açılmayıb.
Milli Məclisin deputatı Vahid Əhmədov Ölkə.az-a açıqlamasında bildirib ki, sərhədlərin açılması çox vacibdir: “Əhalinin gediş-gəlişi ilə bağlı çox ciddi problemlər yaşanır. Lakin hökuməti də başa düşmək lazımdır. Bölgədə, qonşu dövlətlərdə yaşananlar, onlarla sərhəddə baş verən ciddi problemlər bunu deməyə əsas verir. Lakin heç olmazsa, Gürcüstanla sərhədi aça, burada xüsusi nəzarət sistemini və yoxlamanı gücləndirə bilərik. Yəni insanlar vacib işlərində gedib-gəlmək imkanına malik olsunlar”.
Deputat onlara da çoxlu müraciətlərin daxil olduğunu deyib: “Rusiyadakı problemlər fonunda orada yaşayan həmvətənlərimiz gəlmək, ailələri ilə görüşmək istəyirlər. Onların hər birinin hava yolu ilə gəlmək imkanı yoxdur. Ona görə də sərhədlərin açılması çox vacibdir. Bu məsələyə hökumətdə də baxılır. Sərhədlərin mümkün qədər tez açılması həm iqtisadi, həm də sosial baxımdan vacibdir”.
“Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsilə viza alaraq ölkəyə gələ bilməsi quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir” - iqtisadçı-ekspert Natiq Cəfərli isə belə deyib. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ Qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq: "Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək - artıq bu məsələnin rəsmi olaraq pandemiya ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək".
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib. Bundan sonra quru sərhədlərinin bağlı saxlanılması anlaşılan deyil: “Aydındır ki, quru sərhədlərin bağlı qalması iqtisadiyyata mənfi təsir göstərir. Azərbaycanda hava nəqliyyatının qonşu ölkələrlə müqayisədə hədsiz baha olması, eyni zamanda quru sərhədlərin bağlı qalması turist axınının qarşısını alır. Pandemiya ilə bağlı tibbi faktor aradan qalxıb. Hökumət pandemiya dönəmində yaranan zərurətdən bu rejimi test etdi. Bu rejim hökumət və onun digər strukturları üçün daha rahat və asan idarəolunan görünür. Amma bu rejim sonsuzadək davam edə bilməz. Azərbaycan dövləti heç bir halda ciddi zərurət olmadığı təqdirdə vətəndaşların sərbəst hərəkətini məhdudlaşdırmamalıdır. Bu, iqtisadi inteqrasiyaya mənfi təsir göstərir, eyni zamanda son 30 ildə sərhəd bölgələrində yaşayan əhalinin də həyat tərzini pisləşdirir. Çünki bu insanların dolanışığı daha çox xırda ticarətdən formalaşırdı. Gündəlik və ya aylıq tələbat mallarını qonşu ölkələrdən - İrandan, Gürcüstandan aşağı qiymətə gətirə bilirdilər. Bu, onların ailə büdcələrini daha səmərəli idarə etməyə imkan yaradırdı. Bütün bu imkanlar son iki ildə məhdudlaşdırıldı. Bu da kifayət qədər ciddi məşğulluq problemi və sosial gərginlik yaradır. Bundan başqa, quru sərhədlərin bağlı olması üzündən ölkəyə turistlərin gəlməsi də əngəllənir. İran, Türkiyə, Rusiya və Gürcüstandan turistlərin Azərbaycana gəlişi çətinləşir. Bu ölkələrin əhalisi Azərbaycan Hava Yollarının təqdim etdiyi bahalı hava nəqliyyatı xidmətlərdən istifadə edə bilmir. Quru sərhəd qadağası Azərbaycan vətəndaşlarının istirahətini, asudə vaxtını normal şəkildə təmin etmək imkanlarını məhdudlaşdırır. Öz tətillərini xarici ölkələrdə keçirmək istəyən insanlar var. Söhbət imkanlı şəxslərdən getmir, əhalinin 5-10 faizi yüksək gəlirli sosial qrupdur. Ümumiyyətlə, bu qrup quru sərhədlər açıq olanda da bu xidmətlərdən istifadə etməyib, bu, yalnız təsadüf hallarda baş verərdi. Quru sərhədlərdən daha çox az gəlirli və kiçik büdcə ilə öz ailəsinin hansısa ehtiyaclarını qarşılamaq istəyən əhalinin 80-90 faizi istifadə edirdi. Bu, böyük bir kəsimi əhatə edir. Artıq bu imkanlar məhdudlaşdırılıb. Nəticədə xarici ölkələrdə tətillərin keçirilməsi əhəmiyyətli səviyyədə bahalaşıb. Hökumət bütün bu məqamları nəzərə alıb quru sərhədləri açmalıdır. Pandemiya 3 aydır ki, bitib!”
Natiq Ələsgərov deyir ki, quru sərhədlərin açılmamasını təhlükəsizlik məsələləri ilə əlaqələndirmək doğru deyil: “Əlbəttə ki, hər bir ölkə üçün onun əhalisinin təhlükəsizliyi vacibdir. Təhlükəsizlik olmadığı halda turizmdən də söhbət belə gedə bilməz. Amma bu gün Azərbaycanın hüquq-mühafizə, təhlükəsizlik orqanları 5-10 il öncənin orqanları deyil, inkişaf ediblər. Yəni ölkəyə qarşı hər bir təhdidin qarşısını almaq imkanındadırlar. Onlara verilən istənilən tapşırığı yerinə yetirmək, üzərlərinə düşən vəzifələri layiqli şəkildə həyata keçirmək iqtidarındadırlar. Quru sərhədləri açıq olduğu zamanlarda məgər ölkədə durum nəzarətdən çıxmışdı? Bu baxımdan, quru sərhədlərin bağlı saxlanılmasının təhlükəsizlik məsələləri ilə əlaqələndirilməsi ilə razı deyiləm. Sərhədlər açılmalıdır ki, ölkə iqtisadiyyatı dirçəlsin, müvafiq olaraq ölkə insanı da yaşayışını təmin edə bilsin”.
Вчера, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
Вчера, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
Вчера, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
Вчера, 14:37
Daha bir sabiq deputat vəfat etdi
Вчера, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
Вчера, 13:29
Əməkdar artistimiz tanınmaz halda
Вчера, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
Вчера, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
Вчера, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
Вчера, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
Вчера, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
Вчера, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
Вчера, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
Вчера, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
16-04-2024, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16-04-2024, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
16-04-2024, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
16-04-2024, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
16-04-2024, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
16-04-2024, 13:53
Azərbaycan lideri: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur
16-04-2024, 13:10
İlkinin şikayətinə başqa hakim baxacaq
16-04-2024, 12:47
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
16-04-2024, 12:24
Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb
16-04-2024, 11:40
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
16-04-2024, 11:16
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
16-04-2024, 10:39
Lənkəranda “Range Rover” yandı