Pirallahı rayonunda abadlıq və quruculuq işləri davam edir
Gündəm / Bölgə
Oxunub: 196
24 окт 2022 | 12:59
Bakı şəhəri Pirallahı rayonunun inkişaf planına uyğun olaraq geniş abadlıq və quruculuq işləri aparılır, təmizlik işləri davam edir.

Pirallahı rayon MKTB-nin rəisi Röyal Sarıməmmədovun göstərişinə uyğun olaraq, Yaşıllıq ərazilərdə ot örtüyü biçilib, hündür ağaclardan polietilen torbalar yığılıb, ictimai obyektlərin önündə səliqə-səhman yaradılıb.

İşlər hazırda da davam edir.






























Pirallahı rayonunda abadlıq və quruculuq işləri davam edir


Pirallahı rayon MKTB-nin rəisi Röyal Sarıməmmədov - “Dünyanın diqqəti yenə də Azərbaycan-Türkiyə birliyinin növbəti təntənəsinə yönəldi. İki dost, qardaş, müttəfiq ölkənin –Azərbaycan və Türkiyənin Prezidentləri Qarabağın ardınca Şərqi Zəngəzurun hava qapısını dünyaya birgə açdılar. Birgə atılan bu addım özündə bir sıra çağırışları ehtiva etdi. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin dünya üçün nümunə olduğu bir daha təsdiqləndi. İki qardaş ölkənin həmrəyliyini möhkəmləndirən əsas amillərdən biri hər iki dövlətin ədalətin, beynəlxalq hüququn yanında olması, ədalətsizliyə, ikili standartlara əsaslanan siyasətə “yox” deməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayılda mətbuata bəyanatında işğaldan azad edilmiş torpaqlarımızda bir ildə iki hava limanının açılışında iştirak etməyin bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi iş olmadığını önə çəkməklə yanaşı, Cəbrayılda mənfur düşmınin törətdiyi dağıntılara diqqəti yönəldərək bu çağırışı etdi: “Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.” Bu fikirlər ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən bəzi dünya güclərinə ciddi mesajdır.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, həmçinin ilk uçuşu həyata keçirən ölkə Prezidentidir: “44 günlük İkinci Qarabağ müharibəsi bu birliyi daha da möhkəmləndirdi. Müharibənin başlandığı andan qardaş ölkənin Prezidenti Azərbaycanın tək olmadığını, Türkiyənin yanında olduğunu bəyan etdi. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, ölkəmizə əlavə güc verdi, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Hazırda Türkiyə-Azərbaycan birliyini bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda da görürük.”

“Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünü Azərbaycanla birlikdə qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevlə birlikdə Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər. Qarabağda iki dost ölkənin ilk investisiya layihəsi olan “Dost Aqropark”ın təməli ötən il Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakından sonra Zəngilana səfəri zamanı qoyulmuşdir. Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də reallaşdırdığı səfərdə mühüm addımlardan biri də Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eyni zamanda, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində iştirakı oldu. Bütün bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan bir millət, iki dövlətdir”.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Azərbaycan-Türkiyə birliyini görmək böyük qürurdur. Müzəffər Ali Baş Komandan tarixi Zəfərimizdən dərhal sonra start verilən bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını arzuladığını bildirdi. Türkiyə şirkətləri bu işdə böyük fəallıq nümayiş etdirirlər: “Zəngilanda Beynəlxalq Hava Limanının açılışının Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisi olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan belə mühüm bir layihədə türk şirkətlərinin də yer almasını bir iftixar mənbəyi kimi dəyərləndirdi.”

“Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu birlik Şuşa Bəyannaməsi ilə əsl müttəfiqlik səviyyəsinə yüksəldi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına gözaydınlığı, eyni zamanda, bütün dünyaya ciddi mesajdır. Bu gün ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz nümayişidir. Bu, ürəkdən gələn duyğular, əcdadlarımızdan qalan miras, onların vəsiyyəti və zəmanəmizin tələbidir.”
Сегодня, 13:21
Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib
Сегодня, 12:24
"Meyxananı böyük səhnəyə atam gətirib"
Сегодня, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Сегодня, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Сегодня, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Сегодня, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Сегодня, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur
16-04-2024, 16:25
Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
16-04-2024, 15:52
AÇG-də yeni ACE platformasından hasilata başlanılıb
16-04-2024, 15:01
İsrail və İranın aramsız savaş anonsu - müharibə riski nə qədər ciddidir? - ŞƏRH
16-04-2024, 14:35
Prezidentdən Türkiyə-Azərbaycan Universiteti barədə FƏRMAN
16-04-2024, 14:22
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM