Cəsarət Qasımov: Müstəqil Azərbaycan Ulu Öndərin nəsillərə əmanətidir
Bölgə
Oxunub: 418
26 апр 2023 | 17:39

Beyləqan rayonu 1 saylı notariat ofisinin Xüsusi notariusu Cəsarət Qasımov- Vətənini zirvələrə ucalda bilmək xalqını sevən insanların ən müqəddəs missiyasıdır. Bu gün əziz xatirəsini dərin hörmət və ehtiramla andığımız Ulu Öndər Heydər Əliyevin böyük dövlət və siyasi xadim kimi bütün dünyada qəbul edilməsi tarixi bir həqiqətdir.

Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanılmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu missiyasını gerçəkləşdirməklə Azərbaycan xalqının azadlıq haqqını reallığa çevirdi.
Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk növbədə milli birlik və həmrəylik ideyasını önə çəkdi, milli gücü bütün təhlükə mənbələrinə qarşı qoydu. Bununla da "siyasi müstəqillik xalq-lider birliyindən qaynaqlanan milli iradəyə söykənir" tezisini öz şəxsi nümunəsində təsdiq etdi. Vətəndaş qarşıdurmasına təhrik edilən xalqın milli birliyini bir hədəfə yönəltmək nə qədər çətin olsa da, Heydər Əliyev şəxsiyyəti bu önəmli vəzifənin öhdəsindən layiqincə gəldi.

Böyük yolun başlanğıcı

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında müsbət göstəricilərə nail oldu. Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur.

Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi mərhələdən - 1969-1982-ci illərdən götürür. Sovetlər ittifaqı dönəmində Azərbaycan zəngin potensiala malik olsa da, zəif aqrar respublika kimi tanınır, bir sıra sosial-iqtisadi göstəricilərə görə digər respublikalardan geri qalırdı. Yaranmış vəziyyət əsaslı dönüş, ciddi islahatlar tələb edirdi. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi və bundan sonra təqribən on üç illik dövr xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni təkamül mərhələsi olmuş, ictimai təfəkkürdə milli özünüdərk hissinin oyanışı ilə tarixdə öz yerini tutmuşdu. Prezideni İlham Əliyevin dediyi kimi: "Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin, əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır".
Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə, qadağalarına baxmayaraq, Ümummilli Lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdu.
Müstəqil dövlət quruculuğu
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr - 1993-2003-cü illər onun hakimiyyətə gəlişinin birinci dövrünün (1969-1982-ci illər) məntiqi davamıdır. Bu mərhələ müstəqil Azərbaycan Respublikası üçün həlledici, taleyüklü olmuş və həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuş, ölkəmizin iqtisadi-siyasi və mədəni inkişafının strateji xətti müəyyən edilmişdir.
Müstəqilliyin ilk iki ilini Azərbaycan demək olar ki, tam beynəlxalq özünütəcrid vəziyyətində keçirmişdi. Ovaxtkı rəhbərliyin məntiqsiz bəyanatları Azərbaycanın onsuz da zəif olan beynəlxalq münasibətlərini daha da gərginləşdirmişdi. Ümummilli Lider Heydər Əliyev BMT, ATƏT, MDB, AŞ PA və digər mötəbər qlobal və regional qurumların tribunalarından fəaliyyətinin aydın proqramını bəyan edərək təhlükəsizliyin təmin olunması üçün həyati vacib məsələlərin həllinə nail oldu. Ermənistanın işğalçı dövlət kimi tanınması, ölkəmizin ərazi bütövlüyünün pozulmasına beynəlxalq siyasi-hüquqi qiymət verilməsi, ağır şəraitdə yaşayan qaçqınların humanitar təhlükəsizlik haqlarının vəhşicəsinə pozulmasına dünya ictimaiyyətini inandırmaq istiqamətində fədakar diplomatik səylər göstərdi.
Bu dövrdə Ümummilli Lider gərgin fəaliyyəti ilə dünyanı Azərbaycan faktorunu tanımağa məcbur etdi. Dəyişən siyasi mühitdə ənənəvi tarixi müttəfiqlərlə yanaşı, yeni strateji tərəfdaşlar seçiminə aydınlıq gətirdi. "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir" şüarını irəli sürdü. Azərbaycanın iqtisadi təhlükəsizliyinin təməl prinsipləri gerçəkləşdirildi.
Yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.
Yeni neft diplomatiyası sayəsində Azərbaycan Avropa və Asiya arasında siyasi-ticari əlaqələrin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu, "Cənub qaz dəhlizi", TRASEKA kimi layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Azərbaycan böyük İpək yolu layihəsinə qoşulmaqla həm də beynəlxalq və regional əhəmiyyətli logistika mərkəzinə çevrildi.
Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşmasına, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqinə xüsusi əhəmiyyət verilir və bu istiqamətlər artıq yeni iqtisadi siyasətin əsas tərkib hissələrinə çevrilmişdir. Dördüncü Sənaye İnqilabının əsasını İKT-nin inkişafı təşkil edir. Ona görə də Prezident İlham Əliyev İKT-ni iqtisadi inkişafın əsas prioritetlərindən biri hesab etməklə, bu sahənin inkişafına xüsusi diqqət göstərmiş, onun tapşırıqlarına uyğun olaraq bu istiqamətdə çoxsaylı islahatlar və tədbirlər həyata keçirilmiş, proqramlar qəbul edilmişdir. İKT-nin inkişafı çərçivəsində Azərbaycanın kosmik ölkəyə çevrilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmış və bu addımlar innovativ inkişafa əsaslı şəkildə təkan vermişdir.
Ümummilli Lider Heydər Əliyevin geosiyasi təfəkkürünün bəhrəsi olan transmilli layihələr (Trans-Xəzər, Trans-Qafqaz layihələri) Azərbaycanı Avropada təhlükəsizlik sisteminin həyati vacib arteriyalarından birinə çevirdi. Onun bölgədə sülhün, əməkdaşlığın, sabitliyin simvolu kimi təsdiq edilməsinə, Azərbaycana qarşı yönəldilə biləcək real və potensial təhlükə risklərinin neytrallaşdırılmasına, qlobal təhlükəsizlik sisteminin dəstəyinə, dövlətimizin bu sistemin ən fəal subyekti kimi tanınmasına göstərdiyi təsir bu gün göz önündədir.
11-04-2025, 16:23
Baş nazir qərar İMZALADI
11-04-2025, 15:44
“Embawood”da qalmaqal: menecer İŞDƏN ÇIXARILDI
11-04-2025, 15:14
Ersin Tatar Azərbaycana səfər edəcək
11-04-2025, 14:25
Trampın xüsusi nümayəndəsi Moskvadadır
11-04-2025, 13:55
Əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir
11-04-2025, 12:32
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11-04-2025, 11:05
Bağça müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır
11-04-2025, 10:42
Tovuzda 5 şagird məktəbdə dəm qazından zəhərləndi
11-04-2025, 10:23
DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı keçiriləcək
11-04-2025, 10:02
Milli Məclis toplaşır - Deputatlar Xanlar Vəliyevi hakim seçəcəklər
11-04-2025, 09:25
Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayır
11-04-2025, 08:59
Mövqelərimiz atəşə tutuldu
11-04-2025, 08:33
Gəncədə 6 nəfər tortdan zəhərlənib
11-04-2025, 08:10
Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
10-04-2025, 17:10
İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr başa çatıb - YENİLƏNİB
10-04-2025, 16:38
Aİ müşahidəçiləri Qazaxı izlədi - Video
10-04-2025, 16:06
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
10-04-2025, 15:51
Ukrayna və ABŞ faydalı qazıntılar barədə gələcək saziş üzrə məsləhətləşmələr keçirəcək
10-04-2025, 15:12
Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
10-04-2025, 14:36
IMF 2025-ci ildən neft və qazın ucuzlaşacağını proqnozlaşdırır
10-04-2025, 14:17
Prezident və xanımı Türkiyədədir
10-04-2025, 13:25
Papuaşvili: Gürcü xalqının suverenliyinə hörmət göstərilməyənədək AŞPA-da təmsil olunmayacağıq
10-04-2025, 12:41
Sabah rayonlarda yağış yağacaq
10-04-2025, 11:28
Rusiya və ABŞ arasında İstanbuldakı məsləhətləşmələr qapalı formatda keçiriləcək
10-04-2025, 10:44
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi dəyişib
10-04-2025, 10:21
“Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
10-04-2025, 09:45
Türkiyədə mədən çökdü, 13 yaralı