Hacı Tahir Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir
Bölgə
Oxunub: 56
26 апр 2023 | 18:38

Gəncə “İmamzadə” kompleksinin axundu Hacı Tahir Abbasov - Ulu Öndər xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində qətiyyətli addımlar atmış, o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.
Ümummilli Lider Heydər Əliyevin geosiyasi təfəkkürünün bəhrəsi olan transmilli layihələr (Trans-Xəzər, Trans-Qafqaz layihələri) Azərbaycanı Avropada təhlükəsizlik sisteminin həyati vacib arteriyalarından birinə çevirdi. Onun bölgədə sülhün, əməkdaşlığın, sabitliyin simvolu kimi təsdiq edilməsinə, Azərbaycana qarşı yönəldilə biləcək real və potensial təhlükə risklərinin neytrallaşdırılmasına, qlobal təhlükəsizlik sisteminin dəstəyinə, dövlətimizin bu sistemin ən fəal subyekti kimi tanınmasına göstərdiyi təsir bu gün göz önündədir.

Azərbaycanın xarici siyasətində milli maraqlara cavab verən çoxvektorlu balanslaşdırılmış model uğurla tətbiq olundu. Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu, BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlığı genişləndi. 1994-cü il mayın 4-də NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədi imzalandı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə suveren hüquqlarını qorumaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqətləri dünya birliyinə çatdırmaq üçün yeni imkanlar əldə edildi. Azərbaycan Respublikası İKT və MDB çərçivəsində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini genişləndirdi. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalandı. Bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin dərinləşməsi istiqamətində hüquqi baza rolunu oynamışdır. 2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hüquq bərabərliyi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulması, davamlı inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətlə çalışmışdır.
Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıtdığı günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 20 ildir Prezident İlham Əliyev 15 iyundan başlanan yolu - müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. "Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik", - deyir ölkə rəhbəri İlham Əliyev.
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
1-05-2024, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
1-05-2024, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
1-05-2024, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
1-05-2024, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
1-05-2024, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
1-05-2024, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
1-05-2024, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
1-05-2024, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
1-05-2024, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var