İman Təhməzov: Qoruyaq və inkişaf etdirək.
Bölgə
Oxunub: 63
27 апр 2023 | 19:57

Kəlbəcər rayon 83 saylı tam orta məktəbin direktoru İman Təhməzov - “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bu məqamı da böyük fəxr hissi ilə qeyd edirdi ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində Ümummilli Liderin misilsiz xidmətləri olmuşdur. Belə ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyasından bəhs edərkən xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli Lider Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirdi. Dahi şəxsiyyət ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
1978-ci il Konstitusiyası Ulu Öndər Heydər Əliyevin dövləti, xalqı, öz Vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları faciələr yaddaşlardadır. Həmin dövrdə ölkəyə səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərlik etməsi bütün sahələrdə uğursuzluqlara yol açdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə böyük narazılıqlara səbəb olan addımlardan biri də heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsinin və “türk dili” adlandırılmasının təklif edilməsi oldu. Xalqın rəyi nəzərə alınmadan Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul edilmişdir.
Azərbaycan böyük uçurumun kənarında dayananda, xalqın sabaha ümidləri tamamilə yox ediləndə Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi dövlətinin, xalqının taleyinə biganə qalmadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı bütün sahələrdə inkişaf yoluna çıxardı. Hər bir dövlətin, xalqın kimliyinin, varlığının təqdimatında əsas amil olan dilimizin qorunması məsələsi əsas diqqət göstərilən məsələlər sırasında oldu. Azərbaycan dilinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. Belə ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca Fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tariximizin, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır. Hər zaman bu çağırış edilir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimizi qoruyaq və inkişaf etdirək!
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
1-05-2024, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
1-05-2024, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
1-05-2024, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
1-05-2024, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
1-05-2024, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
1-05-2024, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
1-05-2024, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
1-05-2024, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
1-05-2024, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var