Ali Məhkəmənin sədri: “Sahibkarları narahat edən çətinliklər hələ də mövcuddur”
Cəmiyyət
Oxunub: 66
14 июл 2023 | 10:48
"







Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrə baxırlar".

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu dəyişikliklə ixtisaslaşmanın artırılmasına şərait yaradıldı, məhkəmə quruluşu optimallaşdırıldı və məhkəmələrdə iş yükünün daha balanslaşdırılmış bölgüsü təmin edildi: "Yeni kommersiya məhkəmələrinin fəaliyyətə başlaması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım oldu. Bu eləcə də sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsidir. Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır. Son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib".

İ.Kərimov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur: "Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır. Qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir".
Сегодня, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Сегодня, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Сегодня, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Сегодня, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Сегодня, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Сегодня, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Сегодня, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Сегодня, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Сегодня, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Сегодня, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Сегодня, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Сегодня, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Сегодня, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var