Ərdoğana qarşı qəsd planı işə düşdü…
Dünya
Oxunub: 64
10 фев 2023 | 09:00
Qardaş Türkiyədə yaşanan ağır faciədən Ərdoğan əleyhdarlarının, xüsusən də Qərbin Türkiyə və Azərbaycandakı şəbəkəsinin dərhal yararlanmaq cəhdləri açıq-aşkar ortadadır. Faciənin dəhşətlərini yaşamış insanların emosional ovqatına siyasi məzmun verərək, onun Ərdoğana qarşı kütləvi qəzəb və nifrətə çevrilməsi üçün hər şey edilir! Məqsəd də odur ki, Türkiyədəki 14 may seçkilərinə qədər Ərdoğan ciddi siyasi nüfuz və səs itkisinə məruz qalsın, yenidən prezident seçilməsin.

Hazırda Ukrayna üzərində Rusiya ilə taqətdənsalma savaşı aparan Qərb üçün Türkiyədəki 14 may seçkiləri fövqəladə dərəcədə əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, Ərdoğan yenidən prezident seçilməzsə və onu Qərbin müdafiə etdiyi şəxs əvəzləyərsə, bu, 2016-cı ildən etibarən daha açıq şəkildə müşahidə olunan Rusiya-Türkiyə əməkdaşlığına da son verə, beləliklə, Rusiyaya qarşı Qara dəniz hövzəsi - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti boyunca yeni bir cəbhə açıla bilər.

Şübhəsiz ki, bunu Rusiya da bilir və indi Putin üçün Ərdoğanın hakimiyyətdə qorunub saxlanması öz hakimiyyətinin qorunub saxlanması qədər önəmlidir. Bir qədər də dəqiq desək, 2024-cü ildə Rusiya, Ukrayna və ABŞ-da gözlənilən prezident seçkilərinin qədəri daha çox elə Türkiyədəki may seçkilərində yazılacaq.

Bu baxımdan, qarşıdakı 3 ayda Türkiyəyə qarşı Qərbin basqılarının xeyli artacağı, hətta bunun ölkə daxilində davamlı kütləvi iğtişaşlara, toqquşma və etirazlara çevrilməsi üçün cəhdlərə çevriləcəyi proqnozlaşdırılsa da, eyni zamanda antqərb bloku, xüsusən də Çin və Rusiya tərəfindən Ərdoğan hakimiyyətinin sonadək dəstəklənəcəyini də gözləyə bilərik.

Son 20 ildəki fəaliyyətiylə Ərdoğan hamıya sübut edib ki, o, xaraktercə təhlükə qarşısında özünü itirməyən, toparlanan, səfərbər olunan və kritik situasiyalarda daha çevik, effektli davranan, böhranı imkana çevirməyi bacaran Liderdir. İnşallah, o, qardaş Türkiyənin bu faciəsindən yararlanmaq istəyənləri növbəti dəfə məyus edərək, ölkəsinə uzanan yad əlləri kəsəcək, bütün finəkarlıqların qarşısını alacaq və öz xalqını arxasında yenidən toparlamaqla, onu yeni hədəflərə götürməyi bacaracaq!

Biz bu savaşda da, seçimdə də bir əlində “Quran”, dilində azan, Türkiyəni yenidən quran və ümmətini birləşdirərək, onu daha təhlükəsiz bir dünyaya aparmağa çalışan Ərdoğanın yanında, cinahındayıq!

Allah onun və Türkiyəmizin köməyi olsun!

Elxan Şükürlü
Вчера, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Вчера, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Вчера, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Вчера, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Вчера, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Вчера, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Вчера, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Вчера, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Вчера, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Вчера, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Вчера, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Вчера, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Вчера, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
1-05-2024, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
1-05-2024, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
1-05-2024, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
1-05-2024, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
1-05-2024, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
1-05-2024, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
1-05-2024, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
1-05-2024, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
1-05-2024, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var