ULU ÖNDƏR - Musiqidə əbədiləşən ömür
Gündəm / Mədəniyyət
Oxunub: 68
8 май 2023 | 17:43
ULU ÖNDƏR - Musiqidə əbədiləşən ömür

Xalqımızın taleyinə düşən dahi şəxsiyyətlər onun tarixinə yeni-yeni səhifələr yazmaqla Azərbaycanımızın adını yüksək zirvələrə qaldırıb və özləri də əbədiyaşarlıq qazanıblar. Belə əbədiyaşar və dahi şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir.
O, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin fədakar qurucusu, öz xalqını və dövlətini dünyanın qabaqcıl ölkələri ilə bir məcraya gətirə bilən, Azərbaycanın bayrağını ən müqtədir ölkələrin bayraqları ilə bir sırada dalğalandırmağa qadir olan, yüksək məfkurəli yenilməz bir siyasi xadim idi. Onun güclü siyasi əqidəsi, zəngin elmi bilikləri demək olar ki, bütün sahələri ehtiva edirdi. Təbii ki, tarixdə belə insanlar az-az olub və onlar ensiklopedik biliyə malikdirlər. Heydər Əliyev də məhz belə seçilən şəxsiyyətlərdəndir. Onun xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlər Azərbaycan tarixində silinməz izlər qoyub. Bu mənada xalqımızın mədəniyyətinin inkişaf mərhələlərinin əsas təmayülləri də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi sərvətlərimizin qorunması, inkişaf etdirilməsi, elm və incəsənət xadimlərinə göstərilən xüsusi qayğı və diqqət, elmin, incəsənətin müxtəlif sahələrinə ciddi münasibət, bu sahələrlə bağlı dəyərli fikirlər söyləmək, xüsusi qərar və sərəncamlar vermək və s. Heydər Əliyevin öz xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətlərinin bariz nümunəsidir.
Təbii ki, mədəniyyətdən danışarkən onun mühüm bir qolu olan musiqi incəsənətini də xüsusi qeyd etməliyik. Bu sahəyə Heydər Əliyevin ciddi münasibəti musiqi tariximizin böyük bir şaxəsini təşkil edir. Bu yerdə Heydər Əliyevin musiqi sənəti haqqında söylədiyi fikirlərdən bəzi nümunələrə nəzər salaq:
"Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, musiqisi, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır".
"Opera sənəti, klassik musiqi həm xüsusi istedad tələb edir, həm xüsusi səs tələb edir, həm də o səsin hazırlanmasını tələb edir".
"Koroğlu" operası əzəmətli bir əsərdir və bizim opera sənətində ən yüksək zirvədə duran bir əsərdir".
Təbii ki, bu fikirlərin hər biri yüksək peşəkarlıqla söylənilən əsl mütəxəssis deyiminin ifadəsidir. Ümumiyyətlə, Heydər Əliyev elmin, incəsənətin demək olar ki, bütün sahələrinə dərindən bələd olduğu üçün hər bir sahənin peşəkarı kimi çıxış edərdi. Çünki o, ensiklopedik biliyə malik nadir şəxsiyyətlərdən idi.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi, musiqi sənətinə də xüsusi qayğı və diqqət ayırıb. Onun milli və professional musiqinin inkişafına dair imzaladığı sərəncamlar, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı müxtəlif istiqamətlərdə öz əksini tapıb. Belə ki, musiqiçilərin fəxri adlar, orden və medallarla təltif olunması, Prezidentin fərdi təqaüdü ilə təsis edilməsi, yubileylərinin keçirilməsi, həyat şəraitlərinin yaxşılaşması üçün lazımi tədbirlərin görülməsi onlarda xüsusi ruh yüksəkliyi aşılayaraq yaradıcılıq ideyalarını daha da gücləndirib. Dünyasını dəyişən sənətkarların da irsini yaşatmaq üçün onların yubiley və xatirə gecələrinin keçirilməsi, ev-muzeylərinin yaradılması, adlarına küçə və mədəniyyət ocaqlarının verilməsi və bu kimi məsələlər daim Heydər Əliyevin diqqət mərkəzində olub. Bu dahi şəxsiyyətin musiqiçilərə göstərdiyi qayğı və diqqət musiqi tariximizə yeni-yeni əsərlər bəxş edib. Çünki o, öz tövsiyələri ilə də bəstəkarlarımıza, ifaçı və musiqişünaslara düzgün istiqamət verib. Bu mənada Heydər Əliyevin 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayında etdiyi məruzənin nəşri hazırda da bəstəkarlarımızın masaüstü kitabıdır.

1979-cu il oktyabrın 1-də bəstəkarlarla Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində keçirilmiş görüşdə Heydər Əliyev geniş məruzə ilə çıxış edərək onlara musiqinin aktual problemlərindən söhbət açmışdır. O, musiqi janrlarının nə səviyyədə olduğunu, onları hansı yollarla inkişaf etdirməyi, bəstəkarların əsas vəzifələrinin, onların qarşısında duran problemlərin və bu kimi vacib məsələlərin əhəmiyyətindən danışmışdı. Doğrudan da dahilər uzaqgörən olurlar. Vaxtilə Heydər Əliyevin haqqında söhbət açdığı bəzi məsələlər elə bu günümüzün də aktual problemlərinə çevrilib. Görünür tarix təkrarlanır ifadəsi də bu yerdə öz təsdiqini tapır. Elə Heydər Əliyevin tariximiz üçün dəyərli və önəmli olan zəngin fəaliyyət yolunu möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirməklə "İnkişaf məqsədimizdir" şüarı ilə yeni bir tarix yaradır. Təbii ki, bunun da kökündə Heydər Əliyevin əbədi xidmətləri dayanır. Odur ki, müstəqil Azərbaycan möhkəm özüllər üzərində inkişaf edir.
"Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ümummilli liderimiz Heydər Əliyevə məxsus olan bu və ya buna bənzər qiymətli fikirləri onun özünə də şamil etmək olar. Çünki bu dahi şəxsiyyətin həyat və fəaliyyəti də xalqımızın milli-mənəvi sərvətidir. Bu mənada Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin həyat və fəaliyyətinin təbliği və tədqiqi istiqamətində mühüm əhəmiyyətə malikdir. Əminik ki, bu sərəncamdan irəli gələrək elm və incəsənət xadimləri Heydər Əliyevin müxtəlif fəaliyyət istiqamətlərini əks etdirən tədqiqat işləri, yeni-yeni əsərlərin meydana gəlməsinə səy göstərərək elmimizə, mədəniyyətimizə dəyərli töhfələr verəcəklər. Bu məqsədlə elm, mədəniyyət və təhsil ocaqlarında keçirilən silsilə tədbirlər Heydər Əliyev irsinin ictimaiyyətdə geniş təbliği üçün də çox əhəmiyyətlidir.
Heydər Əliyevin əziz xatirəsi təkcə ürəklərdə deyil, bax beləcə sənət əsərlərində, musiqidə əbədiləşərək tarixin yaddaşına köçüb. Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə musiqi əsərində Heydər Əliyevin şəxsiyyəti canlanacaq.

Elnur Sadıxlı
Qubadlı rayon F. Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin direktoru


Сегодня, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Сегодня, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Сегодня, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Сегодня, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Сегодня, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Сегодня, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Сегодня, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Сегодня, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Сегодня, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Сегодня, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Сегодня, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Сегодня, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Сегодня, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var