15 iyun Milli Qurtuluş Günü - Xalqın və dövlətin qurtuluş günü
Gündəm / Bölgə
Oxunub: 124
15 июн 2023 | 11:41
15 iyun Milli Qurtuluş Günü - Xalqın və dövlətin qurtuluş günü

15 iyun-Heydər Əliyevin hakimiyyətə qayıdışı-Milli Qurtuluş kimi qeyd olunur. Hələ sağlığında ümumilli lider statusu qazanan, ulu öndər, dahi şəxsiyyət kimi milyonların sevimlisinə çevrilən, qəlbində taxt quran Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır. Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olan 1993-cü il 15 iyundan 30 il ötür. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini tam şəkildə qorudu, respublikada cərəyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və əsl inkişafın təməlini qoydu. Ümummilli liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərəqrar oldu. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmişdi, o zamankı hakimiyyət Azərbaycan üçün təhlükə mənbəyi idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bütün bunlar Azərbaycan cəmiyyətini çox ciddi narahat edirdi. 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin hakimiyyətə qayıdışı-Milli Qurtuluş kimi qeyd olunur. Heydər Əliyevin ölkəyə qayıtmasından əvvəl ölkədəki vəziyyət heç də ürəkaçan deyildi. Ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı, milli barış və inkişaf dövrü başlandı. Bu tarixi addım nəticəsində ölkəmizdə sabitlik bərqərar oldu. Heydər Əliyevin uzaqgörənliyi və siyasi səriştəsi nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu. 1993-cü ildən yeni inkişaf yoluna qədəm qoyan Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri uğurla qorunub saxlanılır. Əsası ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi səfərimiz dayanır. 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan şanlı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Artıq üçüncü ildir ki, ölkəmizdə Milli Qurtuluş günü fərqli əhval-ruhiyyədə qeyd olunur. 15 iyun-Milli Qurtuluş günü Ulu öndər, dahi şəxsiyyət, əvəzsiz liderin 100 illik yubileyi ilə yanaşı, 2023-cü il Heydər Əliyevin həm də hakimiyyətə qayıdışının 30 illiyinə təsadüf edir. Bu da Azərbaycan respublikasının vətəndaşı olaraq hər birimizi sevindirir.
Bu gün hər birimiz dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hafisəni-Milli Qurtuluş gününü böyük sevinclə qeyd edirik. 30 ildən sonra əminliklə deyə bilərik ki, respublikamızın tarixində Heydər Əliyevin şəxsiyyəti həlledici rol oynayıb və zaman keçdikcə, Milli Qurtuluş gününün tarixi əhəmiyyəti və dəyəri daha da aydın dərk olunacaq. Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi zəfərimiz dayanır. Xalqımız 15 iyun-Milli Qurtuluş gününü həmişə qürur və şərəf günü kimi qəbul edəcək. Hər birimiz tarixi bizlərə bəxş edən dahi insanı-Heydər Əliyevi böyük sevgi, hörmət və ehtiramla yad edəcəyik.

Cəsarət Qasımov
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu

Сегодня, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Сегодня, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Сегодня, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Сегодня, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Сегодня, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Сегодня, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Сегодня, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Сегодня, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Сегодня, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Сегодня, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Сегодня, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Сегодня, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Сегодня, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var