"Azərbaycan" adı Türkmənçay sazişində - Tarixi fakt
Gündəm / Mədəniyyət
Oxunub: 33
28 ноя 2023 | 08:28
"Azərbaycan" adı Türkmənçay sazişində - Tarixi fakt

Ermənilər iddia edir ki, Azərbaycan adı 1918-də yaranıb. Lakin Rusiyanın 19-cu əsrdə Türkmənçay müqaviləsini imzalaması zamanı istifadə etdiyi xəritələrdə və mətnlərdə "Azərbaycan" adı yazılıb.


Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev paylaşıb.


O bildirib ki, əksəriyyət müqavilədə "Azərbaycan" adının olmadığını iddia edirdi:


"Azərbaycan" adını Qafqazdakı rus qoşunlarının komandanı general İ.F.Paskeviç Çara yazdığı məktubda çəkir:


"Aderbeycan (Adərbəycan) itkisi ilə ingilis məmurları gəmilərə minə bilərlər. Zati-aliləri, mənim vasitəmlə ermənilərin Adərbəycana köçürülməsi üçün qəbul edilmiş üsullar və onların hazırda rayonlarımızda məskunlaşdırılması haqqında daha etibarlı məlumat əldə etməkdən məmnun qaldınız".


General İ.F.Paskeviçin rus şairi və diplomatı A.S.Qriboyedova ünvanladığı "Sülh danışıqları zamanı Türkmənçayda, xüsusən də Adərbəycanla bağlı kollegiya müşaviri Qriboyedova necə davam etmək barədə təlimat" başlıqlı məxfi məktubunda rus qoşunlarının Azərbaycan ərazilərinin əksəriyyətindən çıxarılması şərtlərindən bəhs edilir.


Başqa bir yeni fakt: Çar general Paskeviçə yazır ki, "pul tələbləri farslar tərəfindən rədd edilsə, bütün Adərbəycan vilayətinin Farsdan ayrılmasına hazır olun".


Alim müqavilədən sözügedən hissənin tərcüməsini də təqdim edib:


"(XV maddə): "Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, "Azərbaycan" adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır".


Bu fakt bir daha sübut edir ki, Rusiya və Qacar dövləti Azərbaycan adlanan coğrafiyanı iki hissəyə bölüblər".


Z.Əliyev vurğulayıb ki, Türkmənçay müqaviləsi Rusiya və Qacarlar arasında 90 il müddətinə bağlanıb:


"Artıq aradan 200 ilə yaxın bir dövr keçməkdədir. Müqavilə hüquqi qüvvəsini itirib. Müqaviləni bağlayan dövlətlər - Rusiya İmperiyası və Qacarlar dövləti artıq yoxdur.


Beynəlxalq hüquqa görə, Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından, hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq, özünü Rusiya İmperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarsın.


Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.


Nə bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisi deyil. Hətta V.İ.Lenin Sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki çar rejiminin varisi olmadığını, həmçinin çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. İndiki İran İslam Respublikası da hüquqi baxımdan Qacarlar dövlətinin varisi deyil. Eyni zamanda Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi.


Müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana Konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyət yaratmayan ölü müqavilələrdir".(kult.az)


Məqaləyə dair fotomateriallar:




Сегодня, 18:04
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
Сегодня, 17:43
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü – Narahat olan Yelisey sarayı - ŞƏRH
Сегодня, 16:50
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
Сегодня, 14:34
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək
Сегодня, 14:06
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB
Сегодня, 13:08
Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
Сегодня, 12:28
Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi
Сегодня, 10:50
Bu rayonların işığı SÖNƏCƏK
Сегодня, 10:09
“Eurovision 2024”ün rəsmi açılış mərasimi olub
Сегодня, 09:31
ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər
Сегодня, 09:04
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
3-05-2024, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
3-05-2024, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
3-05-2024, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
3-05-2024, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
3-05-2024, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
3-05-2024, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
3-05-2024, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
3-05-2024, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
3-05-2024, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
3-05-2024, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
2-05-2024, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
2-05-2024, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
2-05-2024, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
2-05-2024, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
2-05-2024, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI