Göygöldə olay: Qadın ərinin ona xəyanət etdiyini öyrəndi, bıçağı götürüb... – Şok
Gündəm / Hadisə
Oxunub: 29
11 дек 2023 | 14:15

Göygöl rayonunda 1991-ci il təvəllüdlü Nərminə qısqanclıq zəminində mübahisə zamanı əri Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə bu il martın 28-də baş verib. Nərminə həmin gün saat 20.30-da yaşadığı evin mətbəxində əri Vahidin istintaqla şəxsiyyəti müəyyən edilməyən başqa qadınla sevgi münasibətini öyrənməsi səbəbindən onunla mübahisə edib. Mətbəxdən götürdüyü bıçaqla ərinin qarın boşluğuna zərbə vurub.

Vahid xəstəxanaya yerləşdilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Nərminənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nərminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əri Vahidlə münasibətləri normal olsa da, son bir neçə ayda ona xəyanət etməsi səbəbindən mübahisə ediblər: “Vahidin tanımadığım qadınla münasibəti olduğunu hadisədən bir neçə gün əvvəl sonun telefonunda olan şəkildən bir daha bildiyim üçün yenə də aramızda mübahisə baş verdi. Vahid şillə ilə sağ gözümdən və bədənimin müxtəlif nahiyəsindən vuraraq məni döydü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 28-də saat 20 radələrində yaşadığı evin mətbəx otağında qayınatası Zaur və əri Vahid masada əyləşdiyi vaxt eyni məsələ ilə bağlı yenidən əri ilə mübahisə yaranıb: “Qayınatam azyaşlı övladımı götürərək evdən bayıra çıxdı. Vahid bir neçə dəfə sifətimə şillə vurdu. Hətta çörəkqabı ilə də başımdan vurdu, çörəkqabı sındı.

Əsəbiləşdiyim üçün mətbəxdə olan bıçağı götürüb bir dəfə onun qarın nahiyəsinə vurdum. Xəsarət alan ərim məni buraxdı. Nə etdiyimi deyərək kənara çəkildi. Evdən çıxıb atasını səslədi. Qayınatam gələrək onu xəstəxanaya apardı. Mən isə evdə tək qaldım. Bir qədər sonra polis əməkdaşları yaşadığımız ünvana gəldilər, hadisə ilə bağlı məndən izahat aldılar”.

İş üzrə zərərçəkmiş Vahidin sözlərinə görə, hadisə baş verməzdən üç gün əvvəl Nərminə onun mobil telefonunda başqa bir qadının şəklini gördüyü üçün aralarında söz-söhbət yaranıb:

“Martın 28-də saat 20 radələrində mətbəx otağında atamla birlikdə oturmuşduq, Nərminə mətbəxdə ev işləri görürdü. Azyaşlı övladım beşikdəydi. Mən ayağa qalxıb uşağı qucağıma aldım. Nərminə atamı nəzərdə tutaraq mənə “qurban olasan, yoxsa bu uşağın üzünü görməzdin” dedi. Yenidən eyni məsələ ilə bağlı mübahisə edəcəyini bildiyim üçün uşağı atama verdim. Atam uşaqla bayıra çıxdı.

Nərminədən nə etmək istədiyini və nə üçün mübahisəni uzatdığını soruşdum. Arxadan boynumdan şillə ilə vuraraq nalayiq ifadə işlətdi. Mən də əsəbləşərək ayağa qalxdım, Nərminənin sifətindən əlimin arxası ilə vurdum. Aramızda mübahisə yarandı. Nərminə qəflətən bıçaqla sol qarın boşluğumdan zərbə endirdi. Həyətə çıxdım və atamı çağırdım.

Atam gəldikdə arvadımın məni bıçaqladığını bildirdim. Atam məni xəstəxanaya apardı”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nərminənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.(Teleqraf.com)
Сегодня, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
Сегодня, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Сегодня, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
Сегодня, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
Сегодня, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
Сегодня, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
Сегодня, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
Сегодня, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
Сегодня, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Сегодня, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
Сегодня, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
Сегодня, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Сегодня, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:13
Yeni nazir onları işdən çıxardı
Вчера, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
Вчера, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Вчера, 14:11
Ermənisayağı PSİXİ POZĞUNLUQ – Nağıllar aləmindən nə zaman OYANACAQLAR?
Вчера, 13:14
Ramin Məmmədovun deputat mandatı ləğv edilir - Boşalan yerlərin sayı 10-a ÇATIR
Вчера, 12:15
Prezident TDT-yə üzv dövlətlərin dini rəhbərləri qəbul edib - FOTO
Вчера, 11:31
Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA
Вчера, 11:01
Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Вчера, 10:20
İlham Əliyev Forumun açılışında iştirak edir - Canlı
Вчера, 09:44
Bu gündən sağlamlıq haqqında arayışlar elektron formada verilir
Вчера, 09:07
Günün qoroskopu: işlərdə tələskənliyə və hövsələsizliyə yol verməyin
Вчера, 08:37
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
30-04-2024, 15:22
Göyçayda atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
30-04-2024, 14:30
Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var