Tanınmış həkim əhalini xaşdan uzaq durmağa ÇAĞIRDI - SƏBƏB
Gündəm / Sosial
Oxunub: 22
20 дек 2023 | 13:49


“Bilirəm ki, təzəcə start vermiş "xaş sezonu”nda xaş barədə neqativ bir şey demək çoxlarının xoşuna gəlməyəcək. Amma məsləkim gərəyi bəzi nəsnələri söyləmək zorundayam”.

Bunu tanınmış həkim Səxavət Əlisoy xaş yeməyin zərərlərindən danışarkən deyib.

“Həkim olduğumu ona görə vurğuladım ki, kimsə xaşın insan sağlamlığına pozitiv təsirinə dair nağıl danışmaq qərarına gəlməsin.

Xaşı nə zamandan yeməyə başlamışıq?

Şifahi ədəbiyyatda – dastanlarımızda xaş barədə bir şeyə rast gələn varmı?

Koroğlunun axşam-axşam bir qazan plov yediyi olub, ancaq nə onun, nə deyək ki, Dədə Qorqudun, Məcnunun, Kərəmin, Fərhadın, hətta Qatır Məmmədin belə xaş yeməsi barədə nəsə oxumadım.

Qulaqdan-qulağa çatan və həqiqətə ən yaxın sayılan odur ki, 200-300 il əvvəl xanlarımız və bəylərimiz qoç kəsib kabab edərkən, o qoçun baş-ayağını və içalatını nökər-naib üçün ayırarmış.

Bu xaş da nökər-naibi o qədər tuturmuş ki, həmin gün günorta yeməyi belə yemirlərmiş”, - S.Əlisoy bildirib.

Həkimin sözlərinə görə, sümük sınıqlarında, çatlarında xaş yeməyin faydalı olduğunu iddia edənlər də nağıl danışanlardı:

“Yaponlar xaş yemir, sümük sınığı birləşmir məgər?

Gedin xaşxanaya hər bazar xaşa gələnlərin hamısını aparıb angioqrafiya etdirin və damarların həngaməsini o zaman görün.

Hipertenziyanın (qan təzyiqi) yaranmasında və xolesterinin yüksəlməsində xaşın əlahiddə rolu var.

Hörmətli əhalimizin tanıdığım peşəkar xaş yeyənlərinin heç biri damarları tutulandan sonra xaşa yaxın durmur.

Sübh tezdəndən xaş yeyib üstündən də yarım litr araq içmək tər-təmiz öz orqanizminə düşmənçilik etmək anlamındadır”.



S.Əlisoy bildirib ki, xaşı digər bir parametrə görə də əhalimiz üçün əks-göstəriş saymaq olar:

“Zatən ayıq deyil hörmətli əhalimiz, xaşı yeyəndən sonra yuxusu daha da dərinləşir.

Günümüzün “xanlarının” və “bəylərinin” eynən dəyərli əhalimiz kimi xaş yediyinə inanırsınızmı?

Suala özüm cavab verirəm: Xəzərin ağ balığı, osetrini, ov quşları və ov heyvanlarının kababını yeyənin ağlı yoxdur ki, gedib xaş yesin...

Niyə xaşdan əl çəkmirik? Cavabı kasıblıqdı.

Xaş yüzdəyüz kasıb yeməyidir. Müasir bəylər və xanlar da arabir xaş yeyər. Nədən ki, qanları “kasıblıq virusu”ndan hələ ki tam təmizlənməyib”.

S.Əlisoy sonda əhaliyə tövsiyə edib: “Sağlam olmaq istəyirsinizsə, xaşı ildə 1-2 dəfə dadın. Balıq və quş əti yeyin! Qərar sizindir”.
Вчера, 16:25
Gürcüstan olayları – Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ
Вчера, 15:47
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Вчера, 15:06
Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?
Вчера, 14:24
Bakıda kişi özünü küçədə yandırdı
Вчера, 12:37
Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR
Вчера, 12:10
Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir
Вчера, 11:22
Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi
Вчера, 10:37
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları azad olunan ərazilərə səfər edib
Вчера, 10:03
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Вчера, 09:29
Bu gün Bakının 2 rayonunda qaz olmayacaq
Вчера, 09:05
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
2-05-2024, 16:13
Bu şəxslər birdəfəlik maddi yardım alacaq - Sərəncam
2-05-2024, 15:48
İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
2-05-2024, 15:09
Son 7 ildə Azərbaycanda quraqlıq müşahidə olunub - Prezident
2-05-2024, 14:25
Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...
2-05-2024, 13:50
Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI
2-05-2024, 13:05
Dolu düşəcək, sulu qar yağacaq - Sabahın havası
2-05-2024, 12:31
Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar
2-05-2024, 11:39
“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ
2-05-2024, 11:00
Bu təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
2-05-2024, 10:20
Rezident olmaq istəyənlər imtahan verəcək
2-05-2024, 09:49
“Azeri Light” bir az da ucuzlaşdı
2-05-2024, 09:22
Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
2-05-2024, 08:57
Hazırda tıxac olan yolların SİYAHISI
1-05-2024, 16:13
Yeni nazir onları işdən çıxardı
1-05-2024, 15:30
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib
1-05-2024, 14:52
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib